Əmiraslan xan Xoyski
Əmiraslan xan Xoyski | |
---|---|
Xoyski Əmiraslan xan Cahangir xan oğlu | |
Əmiraslan xan Xoyski. | |
Anadan olub | 1885 |
Anadan olduğu yer | Yelizavetpol (indiki Gəncə), Rusiya İmperiyası |
Vəfat edib | 1966 |
Vəfat etdiyi yer | İsanbul, Türkiyə |
Həyat yoldaşı | Əfşan xanım |
Uşaqları | Cəfər ağa və Bilqeys bəyim |
Atası | Cahangir xan Xoyski |
Anası | Səltənət bəyim |
Təhsili | Sankt-Peterburq Universiteti, hüquq fakültəsi |
Əmiraslan xan Xoyski (1885–1966) — Azərbaycan Xalq Cümhuriyyətində (1918–1920) məsul vəzifələr tutmuş dövlət məmuru. Cümhuriyyətin əsas qurucularından biri olan Fətəli xan Xoyskinin qardaşı oğludur.
Haqqında məlumatlar
1885-ci ildə Yelizavetpol (indiki Gəncə) anadan olub.
Təhsili
Sankt-Peterburq Universitetinin hüquq fakültəsini bitirib.
Əmək fəaliyyəti
1918 – 1929-cl illərdə — Azərbaycan Xalq Cümhuriyyəti dövründə, əvvəl Quba qəzasının rəisi,
11 avqust 1919-cu il tarixdən Bakı qubernatorunun böyük köməkçisi,
14 oktyabr 1919-cu il tarixdən isə Qazax qəzasının general-qubernatoru vəzifəsində çalışıb.
Mühacirətdə
28 aprel 1920-ci il tarixdə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Türkiyəyə mühacirət etmiş və İstanbulda yaşamağa başlamışdır. İstanbulda fəaliyyət göstərən Azərbaycan Məlumat Bürosunun üzvü olub.
Ailəsi
Maku xanlarından Cəfərqulu xanın qızı Əfşan xanım ilə evlənmiş və bu nikahdan Cəfər ağa və Bilqeys bəyim adlı iki övladı doğulmuşdur.
Nəsil şəcərəsi
İsmayıl xan | Tuti ağa | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
İsgəndər xan Xoyski | Səadət bəyim | Zaman bəy Şeyxəlibəyov | Səkinə bəyim | Həsən xan Sultanov | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Səltənət bəyim | Cahangir xan Xoyski | Səltənət bəyim | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Əfşan xanım | Əmiraslan xan Xoyski | Sara bəyim | Sehran bəyim | Teymur xan | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Cəfər ağa | Bilqeys bəyim | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Azad Cahangirli | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ədəbiyyat
- XOYSKİ Əmiraslan xan Cahangir xan oğlu (1888, Şəki – 1954, Ankara). — Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. — Bakı: Lider nəşriyyat, 2005. — II cild. — Səhifələrin sayı: 472. — Səh.: 23. — ISBN 9952-417-44-4. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 18 Oct 2015 - 28 Mar 2022.
- Mərdanov M., Tahirzadə Ə. XOYSKİ Əmir(aslan) xan Cahangir xan oğlu // 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (ensiklopedik soraq kitabı). — Bakı: Təhsil, 2019. — III cild. — Səh.: 362 – 367. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 28 avqust 2021.