Mirzə Fətəli Axundovun ev muzeyi
Muzey | |||||
Mirzə Fətəli Axundovun ev muzeyi
| |||||
Ümumi görünüş. | |||||
Ölkə | Azərbaycan | ||||
Şəhər | Şəki | ||||
Tikinti tarixi | ≈1800 | ||||
Xronologiya: 1940 — Evdə Mirzə Fətəli Axundovun ev muzeyi açılıb.
1975 — Birotaqlı pavilyon-ekspozisiya zalı əlavə edilib. 2011 – 2012 — Əsaslı təmir olunub. | |||||
Status | xatirə muzeyi | ||||
Material | çiy kərpic | ||||
Açılış tarixi | 1940 | ||||
Eksponat sayı | 421 | ||||
Direktoru | Xəlilova Ulduz Orxan qızı | ||||
Ünvan | Şəki şəhəri, M.F.Axundzadə küçəsi, 1. | ||||
Telefon | +994242443708 | ||||
Sayt | muzeyin rəsmi facebook səhifəsi | ||||
| |||||
Koordinatlar | 41°12′08″N 47°11′57″E / 41.202175°N 47.199150°E 41°12′08″N 47°11′57″E / 41.202175°N 47.199150°E |
Mirzə Fətəli Axundovun ev muzeyi — Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Şəki Regional Mədəniyyət İdarəsinin tabeçiliyində fəaliyyət göstərən xatirə muzeyi. Şəkinin tarixi hissəsində – “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşir. 1940-cı ildə Azərbaycan SSR Xalq Komissarları Sovetinin qərarı ilə təşkil edilmişdir və Azərbaycanda açılmış ilk xatirə muzeyidir[1]. Mirzə Fətəli Axundovun vaxtilə anadan olduğu, habelə 1812 – 1814 və 1826 – 1832-ci illərdə yaşadığı, təqribən 1800-cü ildə çiy kərpicdən tikilmiş 2 otaqlı və üstü kirəmitlə örtülmüş evdən və 1975-ci ildə həmin evə əlavə edilmiş birotaqlı pavilyon-ekspozisiya zalından ibarətdir. 2011 – 2012-ci illərdə əsaslı təmir edilib. 2022-ci ilin birinci yarısı üçün muzeyin fond və ekspozisiyasında Mirzə Fətəli Axundovun həyat və fəaliyyətinə, yaşadığı dövrə aid eksponatların sayı 421 ədəd olub. Muzeydə vaxtaşırı olaraq Mirzə Fətəli Axundova həsr edilmiş müxtəlif mədəni, maarifləndirici tədbirlər keçirilir və tematik sərgilər təşkil olunur[2][3][4].
Şəkillər
İstinadlar
Ədəbiyyat
- Bayramov A. Ədəbi-xatirə muzeyləri : [arx. 10 Apr 2018 - 17 Feb 2020] // Mədəniyyət qəzeti. — 2010. — 1 sentyabr. — Müraciət tarixi: 21.06.2022.
- Axundzadənin ev–muzeyi // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya : [25 cilddə] (tiraj: 10 000; 608 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2009. —I c. — Səh. 227. — ISBN 978-9952-441-02-4.
- Tabe təşkilatlar : Mirzə Fətəli Axundzadənin ev muzeyi : [arx. 21.06.2022] // Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Şəki Regional Mədəniyyət İdarəsi. — Müraciət tarixi: 21.06.2022.
- Mirzə Fətəli Axundzadənin ev-muzeyi : [arx. Şəki İrs Reyestri] // Şəki İrs Reyestri. — Müraciət tarixi: 21.06.2022.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |