Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Veysəl Mustafayev (rəhbər kadr)

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) (Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]{{Əvvəlcə familiya|{{PAGENAME}}}}{{Şəxs |Adı = Veysəl Mus...' ilə yarat) tərəfindən edilmiş 21:40, 23 avqust 2022 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Veysəl Mustafayev
Mustafayev Veysəl Məmmədkərim oğlu
Veysəl Mustafayev
Doğum tarixi 25 iyun 1909(1909-06-25)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 1971(1971-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-25)
Uşaqları Fərman, Nəriman və Ramiz
Mükafatları "Qafqazın müdafiəsinə görə" medalı"1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı

Veysəl Mustafayev (1909–1971) — 1940-cı illərdə Azərbaycan KP Samux rayon komitəsinin birinci katibi olmuş şəxs.

Haqqında məlumatlar

26 iyun 1909-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Əmək fəaliyyəti

Ailəsinin ağır maddi vəziyyəti ilə bağlı olaraq kiçik yaşlarından Насı Qəninin baramaaçan fabrikində fəhlə işləyib.

1935-ci ildə 1 saylı ipək fabriki partiya təşkilatının katibi,

1942-ci ildə Samux Rayon Partiya Komitəsinin birinci katibi seçilib.

1969-cu ildən respublika əhəmiyyətli fərdi pensiyaçı idi.

İctimai aktivliyi

29 dekabr 1939-cu il tarixdə Nuxa rayon və şəhər sovetlərinə keçirilmiş seçkilərdə Zəhmətkeş deputatlarının Nuxa rayon sovetinə deputat seçilib.

4 mart 1940-cı il tarixdə Azərbaycan K(b)P Nuxa şəhər komitetinin birinci plenumunda Azərbaycan K(b)P Nuxa şəhər komitetinin plenumun üzvü seçilib.

1957-ci ildə Nuxa Rayon Sovetinin deputatı seçilib.

Təltif və mükafatları

Vəfatı

1971-ci ildə – 62 yaşında, Şəkidə vəfat edib.

Ailəsi

Üç oğlu olub: Fərman, Nəriman və Ramiz. Onlardan Fərman Şəki şəhər 11 və 19 saylı məktəblərində tarix müəllimi idi. Nəriman uzun illər Bakıda Layihə İnstitutunda çalışıb. Ramiz isə Şəki Rayon Kooperativ İttifaqında işləyib.

Ədəbiyyat

  1. Zəhmətkeş deputatlarının Nuxa rayon sovetinə seçilmiş deputatları // Nuxa fəhləsi : qəzet. — 1940. — В. yanvar. — № 1 (2763). — Səh. 2.
  2. Azərbaycan K (b) P Nuxa şəhər komitəsinin birinci plenumu haqqında informasiya məlumatı // Nuxa fəhləsi : qəzet. — Nuxa, 1940. — В. 6 mart. — № 52 (2814). — Səh. 1.
  3. Мустафаев Вейсал Мамед Керим (Мамед Керим-оглы) : [arx. 23.08.2022] : [rus.] // Память народа. — Müraciət tarixi: 23.08.2022.
  4. Məmmədkərimuşağı (patronim)/Veysəl Məmmədkərim oğlu Mustafayev // Şəkidə məhəllə adları, soyadlar və ləğəblər / Zəkəriyyə Əlizadə, Ulduz MürşüdovaKamil Adışirinov. — AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: Nafta–Press, 2009. — 2 kitab. — II  kitab. — Səhifələrin sayı:  605. — Səh.: 385-386. — 500 nüsx. — ISBN 5-8066-1708-4.