Zəbi Quliyev
Zəbi Quliyev (1910–1972) — sovet dövründə Azərbaycanda tanınmış partiya işçisi və rəhbər kadr olmuş şəxs. Müxtəlif illərdə bir neçə rayonda birinci, yaxud ikinci katib vəzifəsində çalışmışdır.
Haqqında məlumatlar
1910-cu ildə Lənkəran qəzasının Hacıtəpə kəndində, din xadiminin ailəsində anadan olub.
Təhsili
Hacıtəpə kəndində molla yanında ibtidai,
Xırmandalı kəndində yeddiillik,
Masallıdakı məktəbdə tam orta təhsil alıb.
1928-ci ildə Lənkəran Pedaqoji məktəbinə daxil olub.
1931-ci ildə isə Bakıda partiya-sovet məktəbini bitirib.
1942-ci ildə Tbilisi hərbi-siyasi məktəbində,
1940-cı illərin ikinci yarısında V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda (qiyabi),
1952 – 1953-cü illərdə isə Moskva Ali Partiya Məktəbində təhsil alıb.
Əmək fəaliyyəti
1931-ci ildən sonra Göynük, Nuxa (indiki Şəki), Masallı, Samux rayonlarında komsomolun birinci katibi vəzifəsində çalışıb.
1940-сı ildə Azərbaycan KP Samux rayon komitəsinin birinci katibi idi[1].
1943 – 1952-ci illərdə, əvvəl Nuxa şəhər partiya komitəsinin ikinci katibi, sonra Göyçay rayon partiya komitəsinin birinci katibi, daha sonra Tovuz rayon partiya komitəsinin birinci katibi vəzifəsini tutub.
1952 – 1953-cü illərdə Gəncə vilayət partiya komitəsində şöbə müdiri,
1955 – 1957-cı illərdə Nuxa şəhər partiya komitəsinin birinci katibi olub.
1957-ci ildən əmək təqaüdə çıxanadək isə Azərbaycan SSR Ali Sovetində işləyib.
Hərbi xidmətdə
10 fevral 1942-ci il tarixdə Bakı şəhər Dzerjinski Rayon Həbi Komissarlığından ordu sıralarına qəbul edilib. Böyük Vətən Müharibəsi iştirakçısıdır, amma elə həmin 1942-ci ildə başından yaralanaraq ordudan tərxis olunub.
Digər
1939-cu ildə Moskvada keçirilmiş ÜİK(b)P-nın XVIII qurultayının nümayəndəsi olub[2].
1957-ci ildə Nuxa rayon Sovetinə deputat seçilib və rayon sovetinin birinci sessiyasında rayon soveti icraiyyə komitəsi heyətinə seçilib.
Təltif və mükafatları
- “Şərəf Nişanı” ordeni (27.04.1940[1]);
- “Qafqazın müdafiəsinə görə” medalı (01.05.1944);
- “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalı (09.05.1945);
- “1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə” medalı. (06.06.1945);
- “Qırmızı Ulduz” ordeni (06.11.1947);
- II dərəcəli “Vətən Müharibəsi” ordeni.
Vəfatı
24 sentyabr 1972-ci il tarixdə – 62 yaşında, Bakıda vəfat edib.
Xatirəsi
2005-ci ildə Masallıda bir küçəyə adı verilib.
İstinadlar
Ədəbiyyat
- Делегаты XVIII-го съезда ВКП(б) 10 - 21.3.1939 : [arx. 21 Jul 2020 - 23 Aug 2020] : [rus.] // Справочник по истории Коммунистической партии и Советского Союза 1898 - 1991. — Müraciət tarixi: 24.09.2021.
- О награждении работников нефтяной промышленности.. : [arx. 21 Jul 2020 - 23 Aug 2020] : [rus.] // Наш Баку. — 1940. — 27 апреля. — Müraciət tarixi: 24.09.2021.
- Кулиев Заби Ахад-оглы : [arx. 23.09.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 23.09.2021.
- Baxış Ə. Quliyev Zəbi Əhəd oğlu : [arx. 26 Sep 2020 - 29 Nov 2020] // Cənub xəbərləri. — Müraciət tarixi: 24.09.2021.
- Ədiloğlu N. Rüşvət alsaydım, Zəbi Quliyev olmazdım : [arx. 27.07.2020] // Moderator.az. — 2015. — 24 iyun. — Müraciət tarixi: 23.09.2021.
Həmçinin, bax:
Azərbaycan KP Şəki şəhər partiya komitəsinin birinci katibləri.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- Z
- Şəxslər (familiya sırası ilə)
- 1910-cu ildə doğulanlar
- Qeyri-müəyyən ayda doğulanlar
- 24 sentyabrda vəfat edənlər
- Sentyabrda vəfat edənlər
- 1972-ci ildə vəfat edənlər
- "Şərəf Nişanı" ordeni laureatları
- "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif edilənlər
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı ilə təltif edilənlər
- "Qırmızı Ulduz" ordeni laureatları
- II dərəcəli Vətən Müharibəsi Ordeni laureatları
- Şəxslər (ad sırası ilə)
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə