Qeysər Xəlilov
Qeysər (Qeysəl) Xəlilov | |||||||
---|---|---|---|---|---|---|---|
Xəlilov Qeysər Veysəl oğlu | |||||||
Qeysər Xəlilov, 1991-ci il. | |||||||
|
|||||||
Sələfi | vəzifə təsis olunub | ||||||
|
|||||||
Sələfi | vəzifə təsis olunub | ||||||
|
|||||||
Xələfi | komitə ləğv edilib | ||||||
Doğum tarixi | 9 oktyabr 1929 | ||||||
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, ZSFSR, SSRİ | ||||||
Vəfat tarixi | 7 aprel 2000 (70 yaşında) | ||||||
Vəfat yeri | Bakı, Azərbaycan | ||||||
Vətəndaşlığı | SSRİ→ Azərbaycan | ||||||
Təhsili | S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, hüquq fakültəsi (1946–1951) | ||||||
Elmi dərəcəsi | fəlsəfə elmləri doktoru | ||||||
Elmi adı | professor | ||||||
Təltifləri |
Qeysər Xəlilov (1929–2000) — fəlsəfə elmləri doktoru, professor, Azərbaycan SSR əməkdar elm xadimi. Uzun müddət Azərbaycan SSR “Bilik” cəmiyyəti idarə heyəti sədrinin birinci müavini[1] olmuş, sonra bir müddət Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri vəzifəsində çalışmış, daha sonra isə bir sıra digər məsul vəzifələr tutmuşdur.
Haqqında məlumatlar
9 oktyabr 1929-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1936 – 1946-cı illərdə Nuxa şəhər M.Qorki adına 10 №-li orta məktəbində,
1946 – 1951-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. Daha sonra aspiranturada dəhsil alıb.
İş yerləri
1954 – 1963-cü illərdə Azərbaycan radiosunda jurnalist, uşaq və gənclər şöbəsinin müdiri, Azərbaycan SSR Radio və Televiziya Komitəsi və Rabitə Nazirliyi partiya komitəsinin katibi,
1963 – 1990-cı illərdə Azərbaycan SSR “Bilik” cəmiyyəti idarə heyəti sədrinin birinci müavini,
1990 – 1991-ci illərdə Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri (12 mart 1991-ci il tarixədək), Azərbaycan Respublikası Dövlət Teleradio Verilişləri Şirkətinin sədri (12 mart 1991-ci il tarixdən sonra),
1991 – 1992-ci illərdə Azərbaycan Respublikası prezidentinin müşaviri,
1992-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinin sədri olub.
1993-cü ildə əmək təqaüdünə çıxıb.
Elmi fəaliyyəti
1960-cı ildə namizədlik,
1982-ci ildə doktorluq dissertasiyasını müdafiə edib.
1989-cu ildə professor elmi adını alıb.
40-dan çox elmi əsərin, 10-a qədər monoqrafiyanın müəllifidir.
Mükafatları
Vəfatı
7 aprel 2000-ci il tarixdə – 70 yaşında, Bakıda vəfat edib.
İstinadlar və qeydlər
- ↑ Azərbaycan SSR “Bilik” cəmiyyəti idarə heyətinin sədri vəzifəsinə ənənəvi olaraq Azərbaycan SSR EA-nın prezidentləri seçilirdi.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Xəlilov Qeysər // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 258-259. — 1.000 nüsx.
- Mete Ə. Xəlilov Qeysər Veysəl oğlu // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 305. — 500 nüsx.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- Q
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış dövlət xadimləri
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış jurnalistlər
- Şəkidən çıxmış görkəmli şəxslər
- 1929-cu ildə doğulanlar
- 9 oktyabrda doğulanlar
- Oktyabrda doğulanlar
- 7 apreldə vəfat edənlər
- Apreldə vəfat edənlər
- 2000-ci ildə vəfat edənlər
- Azərbaycan SSR əməkdar elm xadimləri
- Dövlət xadimləri
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- “O torpağın övladları” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə