Vahid Qəniyev
Vahid Qəniyev | |
---|---|
Qəniyev Vahid Hüseyn oğlu | |
Vahid Qəniyev, 2019-cu il. | |
Anadan olub | 26 aprel 1929 |
Anadan olduğu yer | Nuxa (indiki Şəki), Şəki qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Təhsili | Azərbaycan Kənd Təsərrüfatı İnstitutu, hidromeliorasiya fakültəsi (1948–1953) |
Mükafatları |
Vahid Qəniyev — Şəki şəhərinin və Şəki rayonunun sabiq meri; 1971–1975-ci illərdə Şəki Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1975–1991-ci illərdə Şəki Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1985–1990-cı illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.
Haqqında məlumatlar
26 aprel 1929-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1947-ci ildə Nuxa şəhər M.Qorki adına 10 №-li orta məktəbini bitirib.
1948 – 1953-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun hidromeliorasiya fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti
1953-cü ildə Nuxa Suvarma Sistemləri İdarəsində mühəndis vəzifəsində əmək fəaliyyətinə başlayıb, sonrakı illərdə həmin idarənin baş mühəndisi olub.
1965-ci ilin əvvəllərində bir müddət Qax/Nuxa Suvarma sistemləri idarəsinin baş mühəndisi,
1965-ci ilin iyul ayından 1971-ci ilin mart ayınadək isə Nuxa/Şəki Suvarma sistemləri idarəsinin rəisi,
1971-ci ilin mart ayından Şəki Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri,
1975-ci ilin aprel ayından isə Şəki Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olub və 1991-ci ilədək həmin vəzifədə çalışıb.
1992-ci ildə Şəki-İsmayıllı zonası İstismar İstehsalat birliyinin rəisi vəzifəsinə təyin edilib.
2005-ci ilin dekabr ayında Əyriçay SAİİ-nin rəisi vəsifəsində əmək fəaliyyətini tamamlayıb.
İctimai-iyasi fəaliyyəti
1958-ci ildən Sov.İKP üzvü,
1971, 1976, 1981, 1986-cı illərdə Azərbaycan KP-nın XXVIII, XXIX, XXX, XXXI qurultaylarının nümayəndəsi,
1985 – 1990-cı illərdə XI çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub.
1990-cı ildə 330 nömrəli Şəki rayon Cəfərabad seçki dairəsindən Azərbaycan SSR xalq deputatlığına namizədliyi irəli sürülüb, lakin seçilməyib.
Azərbaycan Ağsaqqallar Şurasının Şəki rayon təşkilatının sədridir.
Təltif və mükafatları
- “Qırmızı Əmək Bayrağı” ordeni.
- “Şərəf Nişanı” ordeni.
- “Şərəf Nişanı” ordeni (1981).
- Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı (1970).
- Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanları.
- Şəki Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı – anadan olmasının 90 illiyi münasibəti ilə (26 aprel 2019)[1].
İstinadlar
- ↑ "Şəkidə Ağsaqqallar Şurasının rayon təşkilatının sədrinin yubileyi qeyd olunub". http://sheki-ih.gov.az (azərb.). www.sheki-ih.gov.az. 2019-04-27. 22 Dec 2019 – 20 Feb 2020 tarixində arxivləşdirilib.
Ədəbiyyat
- Vahid Hüseyn oğlu QƏNİYEV (azərb.) // İpəkçi : çoxtirajlı qəzet / Salis Məmmədov. — Şəki: Şəki mətbəəsi, 22 sentyabr 1990. — № 25 – 26 (1959 – 1960). — Səh. 2.
Həmçinin, bax:
- Nuxa rayon və şəhər sovetlərinin deputatları (1965)
- Şəkidən Azərbaycan SSR xalq deputatlığına namizədlərin siyahısı (1990)
Video
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- V
- Şəxslər (familiya sırası ilə)
- 26 apreldə doğulanlar
- Apreldə doğulanlar
- 1929-cu ildə doğulanlar
- "Qırmızı Əmək Bayrağı" ordeni (SSRİ) laureatları
- "Şərəf Nişanı" ordeni laureatları
- Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı ilə təltif edilənlər
- Şəxslər (ad sırası ilə)
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə