Müseyib Sadıqov
Müseyib Sadıqov | |
---|---|
Sadıqov Müseyib Əlibala oğlu | |
Müseyib Sadıqovun “İpəkçi” qəzetinin 13 mart 1934-cü il tarixli sayında dərc olunmuş fotoşəkli. | |
Anadan olub | 1906 |
Vəfat edib | + 1942 (36 yaşından sonra) |
Müseyib Sadıqov (1906–+1940) — sovet dövrünün ilk onilliklərində Nuxada fəaliyyət göstərmiş partiya və komsomol fəalı, şair və jurnalist, “Şəki fəhləsi”/“Nuxa işçisi”/“Nuxa fəhləsi” qəzetinin readktoru olmuş şəxs.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
1906-cı ildə fəhlə ailəsində anadan olub. İki yaşında olarkən atası vəfat edib.
Təhsili[redaktə | HTML redaktə]
Uşaq vaxtı ibtidai təhsilini başa vura bilməyib. Böyüdükdən sonra həm ibtidai təhsil alıb və həm də ikinci dərəcəli məktəbi bitirib.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
Uşaq yaşlarında qoyun-quzu otararaq çörək pulu qazanıb.
1926 – 1929-cu illərdə Nuxadakı ipək fabriklərindən birində işləyib.
1930 – 1940-ci illərdə ayrı-ayrı vaxtlarda “Şəki fəhləsi”/“Nuxa işçisi”/“Nuxa fəhləsi” qəzetinin redaksiyasında partiya şöbəsinin müdiri, qəzetin redaktoru, Azərbaycan LKGİ MK Nuxa şəhər komitəsi katibi əvəzi, Nuxa şəhər soveti yanında incəsənət işləri idarəsinin rayon müvəkkili və s. vəzifələrdə çalışıb.
4 mart 1940-cı il tarixdə keçirilmiş Azərbaycan K(b)P Nuxa şəhər komitəsinin birinci plenumunda yenidən “Nuxa fəhləsi” qəzetinin redaktoru vəzifəsinə təsdiqlənib.
Siyasi-ictimai fəaliyyəti[redaktə | HTML redaktə]
İpək fabrikində işləyərkən komsomol sıralarına daxil olmuş, az sonra komsomol komitə katibi və Azərbaycan LKGİ MK üzvü seçilmişdir.
Bədii yaradıcılığı[redaktə | HTML redaktə]
1927-ci ildən dövri-mətbuatda bir sıra şeir və poemaları çap olunub.
1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.
1940-cı ildə Zəhmətkeş deputatlarının Nuxa rayon sovetinə deputat seçilib.
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Azərbaycan K (b) P Nuxa şəhər komitəsinin birinci plenumu haqqında informasiya məlumatı // Nuxa fəhləsi : qəzet. — Nuxa, 1940. — В. 6 mart. — № 52 (2814). — Səh. 1.
- Orsər R. Müseyib Sadıqov // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I cild. — Səhifələrin sayı: 856. — Səh.: 194-196. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |