Nuxa Dövlət Müəllimlər İnstitutu
Jump to navigation
Jump to search
Nuxa Dövlət Müəllimlər İnstitutu | |
---|---|
Nuxa Dövlət Müəllimlər İnstitutu (“Nuxa fəhləsi” qəzeti), 1 yanvar, 1941-ci il) | |
Qeyri-rəsmi adı | Nuxa İkiillik Müəllimlər İnstitutu |
Əsası qoyulub | 1940 |
Bağlanıb | 1953 |
Direktor | Rəsul Rəsullu |
Şəhər | Nuxa |
Nuxa Dövlət Müəllimlər İnstitutu — 1940–1953-cü illərdə Nuxada (indiki Şəki) fəaliyyət göstərmiş ali təhsil müəssisəsi.
Dörd ixtisas üzrə müəllim kadrları hazırlayırdı.
Direktoru Rəsul Rəsullu idi. 1942-cı ilin aprel ayınadık tədris hissəsi müdiri Əhməd Rəhimli olmuşdu.
İnstitut fəaliyyət göstərdiyi 13 il ərzində institututu 1100-dən çox tələbə bitirmişdi.
1953-cü ildə institut Həsən bəy Zərdabi adına Kirovabad Pedaqoji İnstitutunun filialına çevrildi.
Ədəbiyyat
Şükürov R., Orsər R. Rəsullu Rəsul Yusif oğlu // İşıq məbədi. — Bakı: İdeal-Print, 2010. — Səhifələrin sayı: 310. — Səh.: 115. — (Ş 4702060200). — 1.000 nüsx. — ISBN 978995244710.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |