Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;
Xəbər-xülasələr aşağıdakı kimi görünəcəkdir ↓
20 may
Filologiya elmləri doktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və onun tədrisi kafedrasının professoru Nabat Abdullayeva (1925–2006) 20 may 1925-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Şəkil: Nabat Abdullayeva.
20 may
Görkəmli Azərbaycan ədəbiyyatşünası, mətnşünas və biblioqrafı, orta əsr əlyazmalarının kolleksiyaçısı Salman Mümtaz (Əsgərov Salman Məmmədəmin oğlu; 1884–1941) 20 may 1884-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Şəkil: Salman Mümtaz.
20 may
Sovet dövründə Nuxa rayonunda fəaliyyət göstərmiş tanınmış aqronom və rəhbər kadr Hüseyn Əbdürrəhimov (1912–1966) 20 may 1966-cı il tarixdə – 54 yaşında, Nuxada (indiki Şəki) vəfat edib. O, 1940-cı illərin ikinci yarısında Nuxa rayon kənd təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışarkən Nuxa rayonunda tütün tədarükü üzrə yüksək nailiyyətin əldə olunmasına görə “Sosialist Əməyi Qəhrəmanı” adını alıb. Bundan sonra bir müddət Nuxa rayon zəhmətkeş deputatları Soveti icraiyyə komitəsinin sədri olub və bir dəfə də Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.
Şəkil: Hüseyn Əbdürrəhimov.
20 may
Sovet dövrünün son onilliklərində Şəkidə tanınmış partiya işçisi olmuş Vahid Mehdiyev (1929–1999) 20 may 1999-cu il tarixdə Şəki rayonununQoxmuq kəndində vəfat edib. O, uzun müddət Azərbaycan KP Şəki şəhər komitəsində ümumi şöbənin müdiri vəzifəsində çalışmışdır.
Xülasə sayı:5 (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)