Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Hüseyn Əbdürrəhimov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Hüseyn Əbdürrəhimov
Əbdürrəhimov Hüseyn Yəhya oğlu
Hüseyn Əbdürrəhimov
Hüseyn Əbdürrəhimov.
Doğum tarixi 20 fevral 1912(1912-02-20)
Doğum yeri Nuxa (İndiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 20 may 1966 (54 yaşında)
Vəfat yeri Nuxa (İndiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ
Mükafatları Sosialist Əməyi Qəhrəmanı
Lenin ordeni

Hüseyn Əbdürrəhimov (1912–1966) — sovet dövründə Nuxa rayonunda fəaliyyət göstərmiş tanınmış aqronom və rəhbər kadr. 1948-ci ildə Nuxa rayonunda tütün tədarükü üzrə yüksək nailiyyətin əldə olunmasına görə “Sosialist Əməyi Qəhrəmanı” adını almış, bir müddət Nuxa Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsində də çalışmış və bir dəfə də Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

20 fevral 1912-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

Nuxa nümunə zəhmət məktəbini və Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

1934-cü ildən Nuxa rayonunda aqronom işləyib.

1947 – 1952-ci illərdə Nuxa rayon kənd təsərrüfatı şöbəsinin müdiri,

1953 – 1956-cı illərdə Nuxa Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olub.

1956-ci ildən sonra isə Nuxa rayonunda təsərrüfat sahəsi üzrə rəhbər vəzifələrdə çalışıb.

Təltif və mükafatları[redaktə | HTML redaktə]

Digər[redaktə | HTML redaktə]

Azərbaycan SSR Ali Sovetinin V çağırış (1959–1962) deputatı olub.

Vəfatı[redaktə | HTML redaktə]

20 may 1966-cı il tarixdə – 54 yaşında, Nuxada (indiki Şəki) vəfat edib.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Əbdürrəhimov Hüseyn Yəhya oğlu // Azərbaycan Sovet Ensiklopediyası  : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1980. — IV  cild. — Səhifələrin sayı:  616. — Səh.: 127. — 80.000 nüsx.
  2. Mete Ə. Əməyi ilə ucalanlar // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 402. — 500 nüsx.
  3. Məmmədov Ə., Xalıqov F. Əbdürrəhimov Hüseyn // Şəki: Alim və ziyalılar. — Bakı: “Elm”, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 76. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
  4. Əbdürrəhimov Hüseyn Yəhya oğlu // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya  : [25 cilddə] (tiraj: 10 000; 600 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2018. —VIII  c. — Səh. 178. — ISBN 978-9952-441-13-0.