Diqqət! Saytın stabil versiyası www.sheki.org domenində fəaliyyət göstərir. Burada səhifə xətaları ola bilər...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Nabat Abdullayeva

Şəki Ensiklopediyası materialı
Naviqasiyaya keç Axtarışa keç
......
Nabat Abdullayeva
Abdullayeva Nabat Cumay qızı
Nabat Abdullayeva
Nabat Abdullayeva.

Nabat Abdullayeva (1925–2006) — filologiya elmləri doktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və onun tədrisi kafedrasının professoru.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

20 may 1925-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1941-ci ildə Nuxa Pedaqoji Texnikumunu bitirib.

1946 – 1950-ci illərdə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsində, daha sonra isə bu institutun aspiranturasında təhsil alıb.

Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1965-ci ildə ADPİ-nin müvafiq şurasında Azərbaycan EA-nın müxbir üzvü Ə.M.Dəmirçizadənin rəhbərliyi altında “Müasir Azərbaycan dilində cüttərkibli sadə cümlə” mövzusunda namizədlik dissertasiyasını,

1980-ci ildə isə Nəsimi adına Dilçilik İnstitutunda D.004.07.01 İxtisaslaşdırılmış Şurasında 10.02.06 - Türk dilləri ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə edib.

Ali məktəblər üçün bir sıra dərslik, dərs vəsaiti, proqramlarının və 50-dən çox elmi məqalənin müəllifidir. 3 doktorluq (azərbaycan, türkmən, qazax), 14 namizədlik dissertasiyasına rəsmi opponentlik edib.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1954 – 2006-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (əvvəlki adları: Azərbaycan Dövlət Pedaqoji İnstitutu; N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu) Azərbaycan dili və onun tədrisi kafedrasında işləyib; o cümlədən,

1954-cü ildən müəllim,

1966-cı ildən baş müəllim,

1968-ci ildən dosent,

1982-ci ildən isə professor vəzifəsini tutub.

Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]

27 dekabr 2006-cı il tarixdə – 81 yaşında, Bakıda vəfat edib.

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. ... ... // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 22-24. — 1.000 nüsx.
  2. Şükürov R., Orsər R. Abdullayeva Nabat Cumay qızı // İşıq məbədi. — Bakı: İdeal-Print, 2010. — Səhifələrin sayı:  310. — Səh.: 167. — (Ş 4702060200). — 1.000 nüsx. — ISBN 978995244710.
  3. Abdullayeva Nabat Cumay qızı // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya  : [25 cilddə] (tiraj: 10 000; 608 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2009. —I  c. — Səh. 39. — ISBN 978-9952-441-02-4.

Bildiriş[HTML redaktə]

...