Nurməmməd Quliyev

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Şəki Ensiklopediyası materialı
Mammadov2 (müzakirə | redaktələr) tərəfindən edilmiş 13:59, 22 aprel 2023 tarixli redaktə
Nurməmməd Quliyev
Quliyev Nurməmməd Həsən oğlu
Nurməmməd Quliyev.
bayraqAzərbaycan SSR DTK sədrinin müavinibayraq
1946 — 1954
bayraqAzərbaycan SSR Daxili İşlər Nazirliyi baş idarəsinin rəisi və daxili işlər nazirinin müavinibayraq
1954
Şəxsi məlumatlar
Doğum tarixi 1905(1905-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi 1979(1979-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri Fəxri Xiyaban, Bakı
Təltifləri "Şərəf Nişanı" ordeni  — 1942"Qırmızı Ulduz" ordeni

Nurməmməd Quliyev (1905–1979) — Ümumittifaq Səhmdarlar Cəmiyyəti Xarici Turizm İdarəsinin başçısı. Daha əvvəllər Azərbaycan SSR daxili işlər nazirinin müavini, Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini və digər məsul vəzifələrdə çalışmışdır.

Haqqında məlumatlar

1905-ci ildə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1930-cu ilin sentyabr ayında Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Zaqatala-Şəki mahalı komitəsinin qərarı ilə Bakıya – Kənd Təsərrüfatı İnstitutuna oxumağa göndərilsə də, az sonra Baş Siyasi İdarəyə daimi işə götürülməsi ilə əlaqədar olaraq təhsilini davam etdirməmişdir.

Əmək və xidməti fəaliyyəti

1920 – 1924-cü illərdə bir sıra idarələrdə işləyib.

1924 – 1930-cu illərdə əvvəlcə Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Nuxa/Şəki qəza komitəsində, sonra Nuxa şəhər komitəsində, daha sonra isə Zaqatala-Şəki mahalı komitəsində kargüzar, şöbə katibi, ümumi şöbə müdiri, daxili işlər müdiri və məxfi hissə müdiri vəzifələrində çalışıb.

1941-ci ildə İrana xidməti ezamiyyətə göndərilib.

1943 – 1945-cı illərdə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Təbrizdəki nümayəndəsi, Pəhləvi şəhərində SSRİ Ticarət Nümayəndəliyi rəhbərinin müavini, Qəzvin şəhərində “İransovneft” İran-SSRİ Assosiasiyasında şöbə müdiri, SSRİ-nin Təbrizdəki Baş Konsulluğunda vitse-konsul vəzifələrini tutub.

1945 – 1947-ci illərdə SSRİ-nin Təbrizdəki Baş Konsulluğunda vitse-konsul vəzifəsində çalışıb[1]. Bu illərdə Seyid Cəfər Pişəvəri və Qulam Yəhya ilə birlikdə İran ərazisində yaranmış Azərbaycan Demokratik Respublikasının rəhbərlərindən biri olub. İranda xidmətlərinə görə polkovnik rütbəsi alıb, İranın bir çox görkəmli şəxslərinin həyatını xilas edib Bakıya köçürülməsində yaxından iştirak edib.

1946 – 1954-cü illərdə Azərbaycan SSR DTK sədrinin müavini,

1954-cü ilin yanvr ayından Azərbaycan SSR Daxili İşlər Nazirliyi baş idarəsinin rəisi və eyni zamanda daxili işlər nazirinin müavini[qeyd 1],

1963 – 1979-cu illərdə Ümumittifaq Səhmdarlar Cəmiyyəti Xarici Turizm İdarəsinin başçısı vəzifəsində çalışıb.

Mükafatları

Vəfatı

1979-cu ildə vəfat edib. Bakıda Fəxri xiyabanda dəfn olunub.

Qeydlər

  1. 1955-ci ilin may ayında bu vəzifəyə general-mayor Teymur Bünyadov təyin olunub.

İstinadlar

Ədəbiyyat

  1. НКВД – МВД Азербайджанской ССР : Заместители начальника УНКВД – министра: : [arx. 7 Mar 2011 - 16 Jul 2020] : [rus.] // История отечественных спецслужб и правоохранительных органов. — Müraciət tarixi: 11.10.2021.
  2. КГБ Азербайджанской ССР : Заместители председателя: : [arx. 24 Oct 2010 - 14 Jan 2021] : [rus.] // История отечественных спецслужб и правоохранительных органов. — Müraciət tarixi: 11.10.2021.
  3. Кулиев Нур-Мамед Гасан-оглы : Орден «Знак Почета» : [arx. 23.07.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 23.07.2021.# Кулиев Нурмамед : [arx. 6 Aug 2016 - 6 Jul 2020] : [rus.] // [ttp://www.knowbysight.info Справочник по истории Коммунистической партии и Советского Союза 1898 - 1991]. — Müraciət tarixi: 23.01.2022.
  4. Məmmədov Ə., Xalıqov F. Quliyev Nurməmməd // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 341-342. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
  5. Məmmədov Ə., Xalıqov F. Quliyev Nurməmməd // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 242-243. — 600 nüsx. — ISBN 5-8066-1708-4.