Fikrət Əyyubov
Fikrət Əyyubov | |
---|---|
Əyyubov Fikrət Cabbar oğlu | |
Fikrət Əyyubov. | |
Doğum tarixi | 1 mart 1934 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | 29 iyun 1991 (57 yaşında) |
Elm sahəsi | kənd təsərrüfatı |
Elmi dərəcəsi | kənd təsərrüfatı elmləri namizədi |
Təhsili |
• S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, geologiya-coğrafiya fakültəsi (1951–1956) • Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin eroziya sektoru, aspirantura, qiyabi (1958–1961) |
Elmi rəhbəri | professor Kazım Ələkbərov |
Adının digər versiyaları | Fikret Eyyubov, Fikret Ayyubov, Fikrat Eyyubov, Fikrat Ayyubov, Фикрет Эйюбов, Фикрат Эйюбов, Фикрет Айюбов, Фикрат Айюбов, Фикрәт Әјјубов |
Fikrət Əyyubov (1934–1991) — kənd təsərrüfatı elmləri namizədi, Azərbaycan SSR EA Kosmik Tədqiqatlar Elmi-İstehsalat Birliyinin laboratoriya müdiri.
Haqqında məlumatlar
1 mart 1934-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1941 – 1951-ci illərdə əvvəl Nuxa şəhər 2 №-li orta məktəbində, sonra Nuxa şəhər 10 №-li orta məktəbində,
1951 – 1956-cı illərdə isə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsində təhsil alıb.
1958 – 1961-ci illərdə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin eroziya sektorunda qiyabi aspirant olub.
Əmək fəaliyyəti
1956 – 1958-ci illərdə təyinatla Şəki rayonunun Baş Küngüt kənd orta məktəbdə coğrafiya müəllimi,
1958 – 1961-ci illərdə Hidrometeorologiya idarəsində (Bakı) hidroqrafik partiyanın rəisi,
1969-cu ildən Azərbaycan EA-nın Coğrafiya İnstitutunda baş elmi işçi,
1976-cı ildən Azərbaycan SSR EA Kosmik Tədqiqatlar Elmi-İstehsalat Birliyində laboratoriya müdiri vəzifəsində çalışıb.
Elmi fəaliyyəti
1967-ci ildə professor Kazım Ələkbərovun rəhbərliyi altında “Üçüncü dövr platosunda (Göyçay və Əlciyan çayları arası) torpaqların eroziyası” mövzusunda dissertasiyasını müdafiə edib və kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsi alıb.
Müxtəlif vaxtlarda Moskva, Perm, Vladivostok, Daşkənd və digər şəhərlərdə kosmik tədqiqatlar, torpaq eroziyası və başqa problemlərlə əlaqədar çağırılan elmi konfrans və simpoziumlarda məruzələrlə çıxış edib.
Təltif və mükafatları
Azərbaycan SSR “Bilik” Cəmiyyətinin diplomu – zəhmətkeşlər arasında kosmik tədqiqatlar sahəsində elmi-texniki nailiyyətlərin təbliğində fəal iştirakına görə (24.12.1986 və 5.05.1987).
Vəfatı
29 iyun 1991-ci il tarixdə – 57 yaşında, Bakıda vəfat edib.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Əyyubov Fikrət // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 120-122. — 1.000 nüsx.
- Mete Ə. Təbiət “həkimi” – Əyyubov qardaşları // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 272-274. — 500 nüsx.
Həmçinin, bax:
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- F
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- 1934-cü ildə doğulanlar
- 1 martda doğulanlar
- Martda doğulanlar
- 29 iyunda vəfat edənlər
- İyunda vəfat edənlər
- 1991-ci ildə vəfat edənlər
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- “O torpağın övladları” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr