Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs 4169 7388 5183 5607 (05/26 VISA) Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Vəhyəddin Səlimov

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) (Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]{{Əvvəlcə familiya|{{PAGENAME}}}}Kateqoriya:Şəkidən çıxmış Böyük...' ilə yarat) tərəfindən edilmiş 14:05, 5 iyun 2023 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Vəhyəddin Səlimov
Səlimov Vəhyəddin Salman oğlu
Vəhyəddin Səlimov
Vəhyəddin Səlimov.
Digər adı Məhyəddin
Doğum tarixi 23 fevral 1920(1920-02-23)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of Azerbaijan 1918.svg Azərbaycan Cümhuriyyəti
Vəfat tarixi 2 avqust 1992 (72 yaşında)
Uşağı Səlim Səlimov
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili

 • Nuxa fəhlə fakültəsi və Nuxa sənaye texnikumu

 • Azərbaycan Dövlət Tibb İnstitutu, müalicə-profilaktika fakültəsi (1936–1941)
Mükafatları "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı — 1965"Qırmızı Əmək Bayrağı" ordeni  — 1966Səhiyyə əlaçısı (SSRİ)
Adının digər versiyaları Vehyeddin Selimov, Vahyeddin Salimov, Mehyeddin Selimov, Mahyeddin Salimov, Махяддин Селимов, Махяддин Салимов, Вахяддин Селимов, Вахяддин Салимов, Мәһјәддин Сәлимов, Вәһјәддин Сәлимов

Vəhyəddin Səlimov (1920–1992) — tanımış həkim-cərrah. Uzun müddət Şəkidə baş cərrah işləmiş, həmçinin Gəncə, Zaqatala, Qax, Oğuz, Qəbələ, Balakən və digər rayonlara ağır cərrahiyyə əməliyyatlara məsləhətçi həkim kimi çağırılmışdır. Azərbaycanda cərrah kadrların yetişməsində xidmətləri var.

Haqqında məlumatlar

23 fevral 1920-ci il tarixdə Nuxada (indiki Şəki) fəhlə ailəsində anadan olub.

Təhsili

1927 – 1932-ci illərdə Nuxada ibtidai təhsil alıb, sonra Nuxa fəhlə fakültəsində və Nuxa sənaye texnikumunda,

1936 – 1941-ci illərdə isə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində təhsilini davam etdirib.

Həbi xidmətdə

Vəhyəddin Səlimovun hərbi sənədlərindəki gənclik fotoşəkli.

6 iyul 1941-ci il tarixdə Bakı şəhər hərbi komissarlığından hərbi xidmətə qəbul edilib. Tibb xidməti həkimi rütbəsi ilə 81-vi atıcı diviziyanın 323-cü atıcı alayında xidmət edib.

6 sentyabr 1941-ci il tarixdə Çerniqovda itkin düşmüş elan olunub (əslində almanlara əsir düşmüşdü).

1942 – 1944-cü illərdə Polşa, Fransa və Almaniyada hərbi əsirlərinin olduğu hərbi xəstəxanada,

1944-cü ilin avqust ayından isə partizan dəstəsində Fransanın Liypi şəhərində həkim-cərrah işləyib.

1944 – 1945-ci illərdə Fransada SSRİ vətəndaşları üçün həkim-cərrah və hərbi xəstəxanada rəis vəzifəsində çalışıb.

1945-ci ilin avqust ayından SSRİ-də 2.100 №-li qospitalda,

1945 – 1947-ci illərdə xüsusi hərbi düşərgədə,

1947 – 1949-cu illərdə Leninabad vilayətinin Proletarsk şəhərində,

1949 – 1955-ci illərdə Arxangelsk vilayətinin Pukso-Ozero rayonundakı Pliseyskiy şəhər xəstəxanasında,

1955-ci ildən Nuxa rayonarası xəstəxanasında həkim-cərrah,

1957-ci ildən Nuxa rayonarası xəstəxanasında cərrahiyyə şöbəsinin müdiri, 1967-ci ildən isə baş cərrah vəzifəsində çalışıb.

Əmək fəaliyyəti

Şəki Mərkəzi Rayon Xəstəxanasının həkim və feldşerləri xəstəxananın baş həkimi Fərrux Həmidzadənin kabinetində (soldan: Samiyə Ocaqova, Vəhyəddin Səlimov, Gülü İlyasov (feldşer, ayaq üstə), Əsəd Məmmədov, Cabbar, Rövşən (feldşer), Adilə, Nəsib Əbdürrəhmanov, Fərrux Həmidzadə (baş həkim), Cavahir Abbasova, Sabir Həmidov), 1973-cü il.

Təltif və mükafatları

Hesabatlarda

1966 – 1968-ci illərdə travmatologiya, urologiya, akuşero-ginekologiya və digər sahələr üzrə 1173,

1983 – 1985-ci illərdə isə 1107 xəstə üzərində uğurlu cərrahiyyə əməliyyatları keçirmişdir.

Vəfatı

2 avqust 1992-ci il tarixdə – 72 yaşında, Şəkidə vəfat edib.

Xatirəsi

Şəki şəhərində bir küçəyə adı verilib.

Ədəbiyyat

  1. Салимов Вахверти Салман-оглы : [arx. 05.06.2023] : [rus.] // Память Народа. — Müraciət tarixi: 05.06.2023.
  2. Салимов Вахаддин Салман-оглы : [arx. 05.06.2023] : [rus.] // Память Народа. — Müraciət tarixi: 05.06.2023.
  3. Məmmədov Ə., Xalıqov F. Səlimov Vəhyəddin // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 354-355. — 600 nüsx. — ISBN 5-8066-1708-4.