Vəhyəddin Səlimov
Vəhyəddin Səlimov | |
---|---|
Səlimov Vəhyəddin Salman oğlu | |
Vəhyəddin Səlimov. | |
Digər adı | Məhyəddin |
Anadan olub | 23 fevral 1920 |
Anadan olduğu yer | Nuxa (indiki Şəki), Azərbaycan Cümhuriyyəti |
Vəfat edib | 2 avqust 1992 (72 yaşında) |
Həyat yoldaşı | Tatyana Andreyevna Bragina |
Uşaqları | Səlim, Elmira, Rəna |
Atası | Salman |
Anası | Mədinə |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Təhsili |
• Nuxa fəhlə fakültəsi və Nuxa sənaye texnikumu • Azərbaycan Dövlət Tibb İnstitutu, müalicə-profilaktika fakültəsi (1936–1941) |
Mükafatları | |
Adının digər versiyaları | Vehyeddin Selimov, Vahyeddin Salimov, Mehyeddin Selimov, Mahyeddin Salimov, Махяддин Селимов, Махяддин Салимов, Вахяддин Селимов, Вахяддин Салимов, Мәһјәддин Сәлимов, Вәһјәддин Сәлимов |
Vəhyəddin Səlimov (1920–1992) — tanımış həkim-cərrah. Uzun müddət Şəkidə xəstəxanada cərrahiyyə şöbəsinin müdiri vəzifəsində çalışmış, 1967-ci ildən isə həm də ictimai əsaslarla Azərbaycan SSR Səhiyyə Nazirliyinin Şəki-Zaqatala zonası üzrə baş cərrahı olmuş, Gəncə, Zaqatala, Qax, Oğuz, Qəbələ, Balakən və digər rayon xəstəxanalarında həyata keçirilən ağır cərrahiyyə əməliyyatlarına məsləhətçi həkim kimi dəvət edilmişdir. Azərbaycanda cərrah kadrların yetişməsində xidmətləri var.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
23 fevral 1920-ci il tarixdə Nuxada (indiki Şəki) fəhlə ailəsində anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
1927 – 1932-ci illərdə Nuxada ibtidai təhsil alıb, sonra Nuxa fəhlə fakültəsində və Nuxa sənaye texnikumunda,
1936 – 1941-ci illərdə isə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində təhsilini davam etdirib.
Həbi xidmətdə[redaktə | HTML redaktə]
6 iyul 1941-ci il tarixdə Bakı şəhər hərbi komissarlığından hərbi xidmətə qəbul edilib. Tibb xidməti həkimi rütbəsi ilə 81-ci atıcı diviziyanın 323-cü atıcı alayında xidmət edib.
6 sentyabr 1941-ci il tarixdə Çerniqovda (Ukrayna SSR) itkin düşmüş elan olunub (əslində almanlara əsir düşmüşdü).
1942 – 1944-cü illərdə Polşa, Fransa və Almaniyada hərbi əsirlərinin olduğu hərbi xəstəxanada,
1944-cü ilin avqust ayından isə partizan dəstəsində Fransanın Liypi şəhərində həkim-cərrah işləyib.
1944 – 1945-ci illərdə Fransada SSRİ vətəndaşları üçün həkim-cərrah və hərbi xəstəxanada rəis vəzifəsində çalışıb.
1945-ci ilin avqust ayından SSRİ-də 2.100 №-li qospitalda,
1945 – 1947-ci illərdə xüsusi hərbi düşərgədə,
1947 – 1949-cu illərdə Leninabad vilayətinin (Qırğızıstan SSR) Proletarsk şəhərində,
1949 – 1955-ci illərdə Arxangelsk vilayətinin (RSFSR) Pukso-Ozero rayonundakı Pliseyskiy şəhər xəstəxanasında,
1955-ci ildən Nuxa rayonarası xəstəxanasında (Azərbaycan SSR) həkim-cərrah,
1957-ci ildən Nuxa rayonarası xəstəxanasında cərrahiyyə şöbəsinin müdiri vəzifəsində çalışıb.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
Təltif və mükafatları[redaktə | HTML redaktə]
- “1941 – 1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi” yubiley medalı (1965)
- “Qırmızı Əmək Bayrağı” ordeni (1966);
- “Səhiyyə əlaçısı” döş nişanı (1966).
Hesabatlarda[redaktə | HTML redaktə]
1966 – 1968-ci illərdə travmatologiya, urologiya, akuşero-ginekologiya və digər sahələr üzrə 1173,
1983 – 1985-ci illərdə isə 1107 xəstə üzərində uğurlu cərrahiyyə əməliyyatları keçirmişdir.
Vəfatı[redaktə | HTML redaktə]
2 avqust 1992-ci il tarixdə – 72 yaşında, Şəkidə vəfat edib.
Xatirəsi[redaktə | HTML redaktə]
Şəki şəhərində bir küçəyə adı verilib.
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Салимов Вахверти Салман-оглы : [arx. 05.06.2023] : [rus.] // Память Народа. — Müraciət tarixi: 05.06.2023.
- Салимов Вахаддин Салман-оглы : [arx. 05.06.2023] : [rus.] // Память Народа. — Müraciət tarixi: 05.06.2023.
- Sarıtorpaq Kərimuşaqları və ya papaqçılae // Şəkidə məhəllə adları, soyadlar və ləğəblər / Zəkəriyyə Əlizadə və Sevinc Bəharəddin qızı. — AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: Nafta–Press, 2004. — 2 kitab. — I kitab. — Səhifələrin sayı: 345. — Səh.: 164-166. — 550 nüsx.
- Məmmədov Ə., Xalıqov F. Səlimov Vəhyəddin // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 354-355. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- V
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış Böyük Vətən müharibəsi iştirakçıları
- Şəkidən çıxmış həkimlər
- 1920-ci ildə doğulanlar
- 23 fevralda doğulanlar
- Fevralda doğulanlar
- 2 avqustda vəfat edənlər
- Avqustda vəfat edənlər
- 1992-ci ildə vəfat edənlər
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "Qırmızı Əmək Bayrağı" ordeni (SSRİ) laureatları
- Səhiyyə əlaçıları (SSRİ)
- Şəxslər (ad sırası ilə)
- “Şəkidə məhəllə adları, soyadlar və ləqəblər” kitabına istinad olunan məqalələr
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr