Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Mahir Xəlifəzadə

Şəki Ensiklopediyası səhifəsi
70.53.37.149 (Müzakirə) (yeni əlavələr) tərəfindən edilmiş 06:02, 10 iyun 2023 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Mahir Xəlifəzadə
Xəlifəzadə Mahir Çingiz oğlu
ing. Mahir Khalifa-zadeh
Mahir Xəlifəzadə
Mahir Xəlifəzadə, 5 iyun 2021-ci il.
Doğum tarixi 25 dekabr 1961 (1961-12-25) (62 yaş)
Doğum yeri Tbilisi, Flag of the Georgian Soviet Socialist Republic (1951–1990).svg Gürcüstan SSR, Flag of the Soviet Union.svg SSRİ
Elmi dərəcəsi fizika-riyaziyyat elmləri namizədi
Elmi adı siyasi elmlər üzrə professor
Təhsili

 • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti (–1984)

 • SSRİ EA Beynəlxalq Bioloji Tədqiqatlar Mərkəzi, Nəzəri və Təcrübi Biofizika İnstitutu, məqsədli aspirantura (Moskva, 1988–1992)
Atası Çingiz Xəlifəzadə
Anası Solmaz Xəlifəzadə
saytı
linkedin səhifəsi

Mahir Xəlifəzadə — peşəkar diplomat, siyasi elmlər üzrə professor, Kanadanın Toronto şəhərində fəaliyyət göstərən “Azərbaycan Qlobal Konteksdə” adlı tarix və siyasi araşdırmalar mərkəzinin rəhbəri[1]. Uzun müddət Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində və Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərində (ABŞ və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı) məsul vəzifələr tutmuş, müxtəlif vaxtlarda AMEA-nın müxtəlif institutlarında baş elmi işçi, şöbə müdiri və s. vəzifələrdə çalışmışdır.

Haqqında məlumatlar

25 dekabr 1961-ci il tarixdə Tbilisidə anadan olub.

Təhsili

1979-cu ildə Bakı şəhər 20 №-li orta məktəbini,

1984-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetini bitirib.

1988 – 1992-ci illərdə SSRİ EA Beynəlxalq Bioloji Tədqiqatlar Mərkəzinin Nəzəri və Təcrübi Biofizika İnstitutunun məqsədli aspiranturasında (Moskva) təhsil alıb.

1994-cü ilin sentyabr ayında Yaponiya Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunmuş diplomatik kurslarda iştirak edib və Yaponiya Xarici İşlər Nazirliyinin sertifikatını alıb.

1997-cü ilin sentyabr ayında Yunanıstan Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunmuş diplomatik kurslarda iştirak edib və Avropa birliyinin siyasətinə dair Yunanıstan Xarici İşlər Nazirliyinin sertifikatını alıb.

2000-ci ilin oktyabr ayında İsveç Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunmuş diplomatik kurslarda iştirak edib və Avropa birliyinin siyasətinə dair İsveç Xarici İşlər Nazirliyinin sertifikatını alıb.

Əmək fəaliyyəti

1984 – 1987-ci illərdə Azərbaycan SSR EA Fiziologiya İnstitutunun əməkdaşı olub.

1993-cü ildə AMEA Fiziologiya İnstitutunda böyük elmi işçi,

1993 – 1994-ci illərdə Azərbaycan Resuplikası Milli Məclisin yanında Strateji Araşdırmalar Mərkəzinin global siyasət və beynəlxalq təhlükəsizlik məsələlər üzrə şöbə müdiri,

1994 – 1995-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Avropa, ABŞ və Kanada İdarəsinin ABŞ sektoruna II katib,

1995 – 1998-ci illərdə Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyində siyasi məsələlər üzrə II katib vəzifəsində çalışıb.

1998-ci ilin avqust ayından yenidən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Avropa, ABŞ və Kanada İdarəsinin ABŞ sektoruna II katib vəzifəsinə təyin olunub.

2000-ci ilin fevral ayında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ABŞ və Kanada şöbəsinin I katibi (müdir əvəzi) vəzifəsinə təyin olunub.

2002-ci ilin fevral ayının 25-də Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin İkinci Ərazi İdarəsinin Orta Şərq və Cənubi Asiya şöbəsində I katib vəzifəsinə (müdir müavini) təyin olunub.

2004 – 2007-cı illərdə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyində siyasi məsələlər üzrə I katib vəzifəsində çalışıb.

2007 – 2009-cu illərdə ildən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi I Avropa şöbəsinin (İngiltərə və Skandinaviya ölkələri) müdiri olub.

2010-cu ildən Kanadanın Monreal şəhərində fəaliyyət göstərən Qloballaşdırma Problemləri üzrə Araşdırma Mərkəzində beynəlxalq məsələlər üzrə araşdırmaçı vəzifəsində çalışıb.

2017-ci ildə Kanadanın Toronto şəhərində özünün “Azərbaycan Qlobal Konteksdə” adlı tarix və siyasi araşdırmalar mərkəzini açıb və həmin mərkəzə rəhbərlik edir.

İkinci iş yerləri

2009-ci ildən AMEA-nın İnsan Hüquqları İnstitutunda beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb.

Elmi fəaliyyəti

1992-ci ildə “Görə prosesinin molekulyar əsasları” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

25 elmi məqalənin müəllifidir.

11. ISRAELI-AZERBAIJANI ALLIANCE AND IRAN.

Source: Israel, Middle Eastern Research of International Affairs (MERIA) Journal . 2013, Vol. 17 Issue 1, p1-16. 16p. [1]

İctimai-elmi qurumlarında üzvlüyü

  • Kanada Siyasi Elm üzrə Assosiasiyası (2011-ci ildən);
  • ABŞ Siyasi Elm üzrə Assosiasiyası (2012-ci ildən).

İstinadlar

Ədəbyyat

  1. Məmmədov Ə., Xalıqov F. Xəlifəzadə Mahir // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 186-188. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
  2. Diplomatic List Summer 1999 : AZERBAIJAN : [arx. 3 Jan 2017 - 29 Dec 2020] : [ing.] // U.S. Department of State. — 1999. — 1 June. — Müraciət tarixi: 24.12.2021.
  3. Mahir Xəlifəzadə, Azərbaycan Respublikası Diaspora Üzrə Dövlət Komitəsi http://www.azglobalcontext.org/2023/06/abs-in-obscure-histories-sayti-bakdak.html?m=1

4. Mahir Khalifa-Zadeh

https://ca.linkedin.com/in/prof-mahir-khalifa-zadeh-02a43844

Videolar