Şəkinin Orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə)
Şəkinin Orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə) | |
---|---|
“Şəkinin Orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə)” kitabı, üz qabığının görünüşü. | |
Müəlliflər | Həsənov R. və Məmmədov A. |
Orijinalın dili | azərbaycanca |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
İl | 2023 |
Rəssam | Asim Abbasov |
Nəşriyyat | Elm və təhsil |
Səhifə | 150 |
Tiraj | 500 |
ISBN 978-9952-568-30-1 |
Şəkinin Orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə) — AMEA Şəki Regional Elmi Mərkəzi Tarixi irs və etnoqrafiya şöbəsinin müdiri Rahim Həsənovun və M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin əməkdaşı Aydın Məmmədovun birlikdə tərtib etdikləri kitab. 2023-cü ilin iyun ayının 22-də, Bakıda “Elm və təhsil” nəşriyyat-poliqrafiya müəssisəsində çap olunub. Kitabın nəşrinə AMEA Şəki Regional Elmi Mərkəzi Elmi Şurasının 21 aprel 2023-cü il tarixli 3 №-li protokoluna əsasən icazə verilmişdir. Kitabın elmi redaktoru tarix elmləri doktoru, professor Mehman Süleymanovdur. Kitab 150 səhifədən ibarətdir və Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə ithaf edilmişdir. Kitaba millət vəkili Vüqar İsgəndərov ön söz yazmışdır.
Kitabda tədqiqatçı alim Tağı Musəvinin 1969-cu ildə “Şəki fəhləsi” qəzetində hissə-hissə çap olunmuş “Şəkinin orta əsrlər tarixi haqqında” adlı geniş məqaləsinin elmi-tənqidi mətni, XVI – XVIII əsrlər Şəkisinə aid tərcümə etdiyi rəsmi sənədlər öz izahları ilə birlikdə geniş oxucu kütləsinə təqdim olunur. Tağı Musəvinin bu araşdırmalarında əsasən XVI əsrin başlanğıcı ilə XVIII əsrin 40-cı illəri arasındakı dövrdə Şəki ilə Səfəvilər dövləti arasındakı münasibətlər, Şəkinin Səfəvilər dövlətində mövqeyi, bölgədə baş verən ictimai-siyasi prosseslər və s. məsələlər yer almışdır.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |