Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Akif Salam

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 17:47, 17 iyul 2023 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Akif Salam
Salamov Akif Salam oğlu
Akif Salam
Akif Salam, 1990-cı il.
Anadan olub 24 iyul 1950 (1950-07-24) (74 yaş)
Anadan olduğu yer Kiçik Dəhnə, Nuxa (indiki Şəki) rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili

 • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti), jurnalistika fakültəsi (1967–1972)

 • Bakı Ali Partiya Məktəbi, ideoloji kadr ixtisası, qiyabi (1983–1986)
Mükafatları "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı
"Tərəqqi" medalı

Akif SalamAzərbaycan Respublikasının əməkdar jurnalisti, “Şəki” qəzetinin baş redaktoru.

Haqqında məlumatlar

24 iyul 1950-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Kiçik Dəhnə kəndində anadan olub.

Təhsili

1957 – 1967-ci illərdə Kiçik Dəhnə kənd orta məktəbində,

1967 – 1972-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsində,

1983 – 1986-cı illərdə isə Bakı Ali Partiya Məktəbində təhsil alıb.

Əmək fəaliyyəti

1972-ci ildən “Şəki fəhləsi”/“Şəki” qəzetinin redaksiyasında işləyir; o cümlədən, əvvəlcə ədəbi işçi, sonra şöbə müdiri, məsul katib, redaktor müavini vəzifəsində çalışıb.

1990-cı ildən isə redaktor olub.

1992-ci ildən isə həmin qəzetin baş redaktorudur.

2010 – 2022-ci illərdə həm də millət vəkili Cavanşir Feyziyevin köməkçisi vəzifəsində çalışıb.

İkinci iş yerləri

Müxtəlif illərdə “Azərbaycan gəncləri” və “Naxçıvan” qəzetlərinin, AZƏRTAC və SİA informasiya agentciklərinin Şəki-Zaqatala bölgəsi üzrə xüsusi müxbiri, Şəki Texniki Kollecində müəllim, “Bilik” Maarifçilik Cəmiyyətinin mühazirəçisi olub.

2010 – 2023-cü ilə kimi Azərbaycan Respublikası Milli Məclisinin deputatı Cavanşir Feyziyevin köməkçisi vəzifəsində çalışıb.

Digər

Uzun müddət “Şəki fəhləsi”/“Şəki” qəzetinin nəzdində fəaliyyət göstərən “Səbuhi” ədəbi məclisinə rəhbərlik edib.

Təltif və mükafatları

İctimai-siyasi aktivliyi

YAP üzvüdür.

Ailəsi

Ailəlidir, altı övladı var.

Ədəbiyyat

  1. Orsər R. Akif Salam // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 531-534. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.