Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Valeh Hacıyev

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 14:50, 18 sentyabr 2023 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Valeh Hacıyev
Hacıyev Valeh Məhəmmədsaleh oğlu
Valeh Hacıyev
Valeh Hacıyev.
Doğum tarixi 15 fevral 1932(1932-02-15)
Doğum yeri Nuxa, Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 20 yanvar 1983 (50 yaşında)
Vəfat yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Dəfn yeri Qurd qapısı qəbiristanlığı, Bakı
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ
Təhsili

 • Azərbaycan Politexnik İnstitutu, memarlıq fakültəsi (–1957)

 • Azərbaycan KP MK Marksizm–Leninizm Universiteti(–1979)
Evladları Nailə, Sevinc və Hidayət
Adının digər versiyaları Валех Гаджиев, Валеһ Һаҹыјев

Valeh Hacıyev (1932–1983) — tanınmış memar və pedaqoq, Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun rəsm və incəsənət kafedrasının baş müəllimi. Qarabağ bölgəsində, Şəki, Qax və Zaqatala rayonlarında bir sıra tarixi abidələrin bərpasında, həmçinin Azıx mağarasının qazıntısında yaxından iştirak etmişdir.

Haqqında məlumatlar

15 fevral 1932-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1957 ildə Azərbaycan Politexnik İnstitutun memarlıq fakültəsini,

1979-cu ildə Azərbaycan KP MK yanında Marksizm–Leninizm Universitetini bitirib.

Əmək fəaliyyəti

1960-illərdən Çingiz İldırım adına Azərbaycan Politexnik institutunun rəsm və incəsənət kafedrasında baş müəllim vəzifəsində çalışıb.

İctimai aktivliyi

1965-ci ildən Memarlar İttifaqının üzvü olub.

Vəfatı

20 yanvar 1983-cü il tarixdə – 50 yaşında, Bakıda vəfat edib. Bakıda Qurd qapısı qəbiristanlığında dəfn olunub.

Digər

Tanınmış tikinti mütəxəssisi və SSRİ kateqoriyalı basketbol hakimi Xalid Hacıyevin qardaşı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyevanın əmisidir.

Aidiyyəti linklər

  1. П.Басти. Вопреки режиму, или как удалось Борису Ревазову завуалировать под орнамент здания надпись на арабском : [arx. 18.09.2023] : [rus.] // Anl.az. — 2022. — 1 декабря. — Müraciət tarixi: 18.09.2023.