Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs 4169 7388 5183 5607 (05/26 VISA) Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Akif Sultanov

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) (Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]{{Əvvəlcə familiya|{{PAGENAME}}}}Kateqoriya:Şəkidən çıxmış rəssam...' ilə yarat) tərəfindən edilmiş 19:21, 22 oktyabr 2023 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Akif Sultanov
Sultanov Akif Ənvər oğlu
Akif Sultanov
Akif Sultanov
Doğum tarixi 28 sentyabr 1938(1938-09-28)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 2009(2009-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Vəfat yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi (1962–1967)
Janrı İpək parçaların tərtibatı, mənzərə və natümort
Uşağı 3 uşaq

Akif Sultanov (1938–2009) — uzun müddət Şəki ipək kombinatının rəssamlıq emalatxanasında çalışmış rəssam. Paralel olaraq uzun müddət Nuxa/Şəki Pedaqoji Məktəbində təsviri incəsənət fənnindən də dərs demişdir.

Haqqında məlumatlar

28 sentyabr 1938-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1957-ci ildə Nuxa şəhər M.Qorki adına 10 №-li orta məktəbini bitirib.

1962 – 1967-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb.

Hərbi xidmətdə

1957 – 1959-cu illərdə həqiqi hərbi xidmətdə olub.

Əmək və rəssamlıq fəaliyyəti

1959-cu ildə V.İ.Lenin adına Nuxa İpək Kombinatının rəssamlıq emalatxanasında köməkçi rəssam vəzifəsində əmək fəaliyyətinə başlayıb.

1967-ci ildən paralel olaraq həm də Nuxa/Şəki Pedaqoji Məktəbində təsviri incəsənət fənnindən dərs deyib.

SSRİ Yüngül Sənaye Nazirliyinin nəzdindəki Bədii Şura tərəfindən əvvəl 3-cü dərəcəli, sonra isə 1-ci dərəcəli rəssam adına layiq görülüb.

1975-ci ildə keçmiş SSRİ Rəssamlar İttifaqına üzv qəbul olunub. Dəfələrlə əsərləri V.Səmədova adına sərgi salonunda, Dövlət Rəsm Qalereyasında nümayiş etdirilib.

Azərbaycan Respublikası Rəssamlar İttifaqının və Bədii fondunun da üzvü idi.

Təltif və mükafatları

Parça üçün çəkdiyi rəsmlərə görə SSRİ Yüngül Sənaye Nazirliyinin 1-ci dərəcəli diplomuna layiq görülüb, eləcə də SSRİ Xalq Təsərrüfatı nailiyyətləri sərgisinin fəxri fərmanına layiq görülüb.

2008-cu ildə – 70 yaşında, Şəkidə vəfat edib.

Ədəbiyyat

  1. Bəşirov R., Hacıyev N. SULTANOV AKİF ƏNVƏR OĞLU // Unudulmaz illər. — Bakı: “Qismət” mətbəəsi, 2007. — Səhifələrin sayı:  200. — Səh.: 167.
  2. Məmmədov Ə., Xalıqov F. Sultanov Akif // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 362. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
  3. SULTANOV AKİF ƏNVƏR OĞLU // Məzunlar / Akif Əli (tərtibçi). — Bakı: Elm və təhsil, 2012. — Səhifələrin sayı:  356. — Səh.: 233. — ISBN 978-9952-8176-4-5.