Fərman Hacıyev
Fərman Hacıyev | |
---|---|
Hacıyev Fərman Mustafa oğlu | |
Fərman Hacıyev. | |
Doğum tarixi | 15 noyabr 1929 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | 18 avqust 2002 (72 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elmi dərəcəsi | texnika elmləri doktoru |
Elmi adı | professor |
Təhsili |
• M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutu, inşaatçı fakültəsi (1947–1950) • Azərbaycan Politexnik İnstitutu, inşaatçı fakültəsi (1950–1953) |
Həyat yoldaşı | Hacıyeva Tamella Allahyar qızı |
Atası | Hacıyev Mustafa Hacıhəmid oğlu |
Anası | Hacıyeva Minayə Məmmədsadıq qızı |
Mükafatları | |
Adının digər versiyaları | Ferman Haciyev, Farman Haciyev, Фарман Гаджиев, Ферман Гаджиев, Фәрман Һаҹыјев |
Fərman Hacıyev (1929–2002) — dəniz neft-qaz mədən qurğularının hesablanması və layihələndirilməsi üzrə tanınmış mütəxəssis, texnika elmləri doktoru və professor. Texnika elmləri namizədi, Azərbaycan SSR Dövlət mükafatı laureatı İmran Hacıyevin (1929–2002) əkiz qardaşıdır.
Haqqında məlumatlar
15 noyabr 1929-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1937 – 1947-ci illərdə Nuxa şəhər 10 №-li orta məktəbində,
1947 – 1950-ci illərdə M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun inşaatçı fakültəsində,
1950 – 1953-cü illərdə isə Azərbaycan Sənaye İnstitutunun bazasında yeni yaradılmış Azərbaycan Politexnik İnstitutunun inşaatçı fakültəsində təhsil alıb.
Elmi fəaliyyəti
1960-cı ildə texnika elmləri namizədi elmi dərəcəsini,
1991-ci ildə texnika elmləri doktoru elmi dərəcəsini alıb.
Neft-qaz mədən qurğularının hesablanması və layihələndirilməsi üzrə 200-dən çox elmi əsərin müəllifidir. 12 nəfər elmlər namizədi yetişdirmişdir.
Əmək fəaliyyəti
1953-cü ildən “Qipromorneft” (“Dənizneftqazlayihə”) Elmi-Tədqiqat Layihə İnstitutunda (Bakı) mühəndis-konstruktor,
1956-cı ildən böyük mühəndis,
1959-cu ildən layihə baş mühəndisi,
1961-ci ildən böyük elmi işçi,
1963-cü ildən dəniz neft yataqlarının strukturları şöbəsinin rəhbəri,
1979-cu ildən institutun baş mütəxəssisi,
1991-ci ildən sonra “Dənizneftqazlayihə” Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifəsində çalışıb.
Pedaqoji fəaliyyəti
1981-ci ildən Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun inşaat konstruksiyaları kafedrasında dosent,
1984-cü ildən Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun inşaat konstruksiyaları kafedrasında professor,
1991-ci ildən Azərbaycan Dövlət Neft Akademiyasında professor vəzifəsində çalışıb.
Təltif və mükafatları
- “Leninin yubiley” medalı (1970).
İctimai-siyasi aktivliyi
1971-ci ildən Sov.İKP-nin üzvü olub.
“Azərbaycan neft təsərrüfatı” jurnalının redaksiya şurasının üzvü,
“Dənizneftqazlayihə” İnstitutu Elmi Şurasının üzvü,
Azərbaycan Dövlət Neft Akademiyasında dissertasiya müdafiəsi üzrə ixtisaslaşmış Elmi Şuranın sədr müavini,
Azərbaycan İnşaat Mühəndisləri Universitetində dissertasiya müdafiəsi üzrə İxtisaslaşmış Elmi Şuranın üzvü idi.
Vəfatı
18 avqust 2002-ci il tarixdə – 72 yaşında, Bakıda vəfat edib.
Ədəbiyyat
- İmran və Fərman Hacıyevlərin şəxsi işləri. — Müraciət tarixi: 10.12.2023.
- Məmmədov Ə., Xalıqov F. Hacıyev Fərman // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 216-217. — 1.000 nüsx.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- F
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış pedaqoqlar
- Şəkidən çıxmış alimlər
- 1929-cu ildə doğulanlar
- 15 noyabrda doğulanlar
- Noyabrda doğulanlar
- 18 avqustda vəfat edənlər
- Avqustda vəfat edənlər
- 2002-ci ildə vəfat edənlər
- Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı ilə təltif edilənlər
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr