Cəlil Hüseynov
Cəlil Hüseynov | |
---|---|
Hüseynov Cəlil Yusif oğlu | |
Cəlil Hüseynov. | |
Doğum tarixi | 28 dekabr 1896[1] |
Doğum yeri | Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | 21 mart 1979 (82 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Elm sahəsi | tibb |
İş yeri | Azərbaycan Dövlət Tibb İnstitutunda patoloji anatomiya kafedrasının müdiri |
Elmi dərəcəsi | tibb elmləri doktoru |
Elmi adı | professor |
Təhsili | Azərbaycan Dövlət Universiteti, tibb fakültəsi (–1924) |
Həyat yoldaşı | Leyla Adıgözəlova |
Evladları | Fərid Hüseynov, Gülarə Hüseynova, Ədilə Hüseynova |
Üzvlüyü | Azərbaycan SSR EA-nın həqiqi üzvü |
Mükafatları |
|
Cəlil Hüseynov (1896–1979) — tanınmış sovet patanatomu və Azərbaycanda patoloji anatomiyanın banilərindən biri[2], tibb elmləri doktoru, professor, Azərbaycan SSR EA-nın həqiqi üzvü, Azərbaycan SSR Səhiyyə Nazirliyinin baş patoloq anatomu, Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun patoloji anatomiya kafedrasının müdiri.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
28 dekabr 1896-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
1905 – 1907-ci illərdə Nuxa şəhər məktəbində,
1908 – 1918-ci illərdə Tiflisdəki birinci kişi gimnaziyasında,
1919-cu ildə Tiflisdəki ikinci kişi gimnaziyasında təhsil alıb.
1924-cü ildə Azərbaycan Dövlət Universitetinin tibb fakültəsini bitirib.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
1923 – 1924-cü illərdə Bakıda fəhlə fakültəsində dərs deyib.
1924 – 1925-ci illərdə “Muğan malyariya ekspedisiyası”nın Cənub – Muğan qrupuna rəhbərlik etməklə yanaşı, Azərbaycan Dövlət Universitetinin patoloji anatomiya kafedrasında prozektor,
1926 – 1930-cu illərdə assistent,
1930 – 1935-ci illərdə dosent,
1936 – 1946-cı illərdə isə professor vəzifəsində çalışıb.
1946 – 1979-cu illərdə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun patoloji anatomiya kafedrasının müdiri, eyni zamanda Azərbaycan SSR Səhiyyə Nazirliyinin baş patoloq anatomu olub.
İkinci iş yerləri[redaktə | HTML redaktə]
1926 – 1935-cu illərdə Bakıdakı Semaşko adına klinik xəstəxanada, diş həkimliyi və veterianarlıq texnikumlarında, tibb müəssisələrində, histologiya və mikrobiologiyadan dərs deyib.
1941 – 1945-ci illərdə, Böyük Vətən müharibəsi illərində, Azərbaycanda təşkil edilmiş hərbi hospitalların baş patoloji anatomu olub.
Elmi fəaliyyəti[redaktə | HTML redaktə]
1930 – 1935-ci illərdə patoloji anatomiyaya dair azərbaycan dilində üç kitabı çap olunub.
1930-cu ildə dosent elmi adını,
1936-cı ildə isə tibb elmləri doktoru elmi dərəcəsi və professor elmi adını alıb.
1959-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü,
1967-ci ildə isə həqiqi üzvü seçilib.
200-ə yaxın elmi əsərin, monoqrafiya, dərslik və dərs vəsaitinin, o cümlədən, azərbaycan dilində “Ümumi patoloji anatomiya” (1963), “Xüsusi patoloji anatomiya” (1977) dərsliklərinin[3], həmçinin, apardığı elmi tədqiqat işlərinin nəticələrinin yekunu kimi “Periferik sinir sisteminin – reseptor və sinapsların patomorfologiyası barədə” (1957) və “Patologiya şəraitində və sinapslarda struktur dəyişikliklər (makro-, mikro- və elektron mikroskopik dəyişikliklər)” (1965) adlı 2 klassik monoqrafiyanın müəllifidir.
İlk dəfə Azərbaycan Dövlət Tibb İnstitutu nəzdində histologiya, mikrobiologiya, patoloji anatomiya fənlərindən Azərbaycan dilində mühazirə və praktik dərslər aparıb.
SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının təklifi ilə histologiya, patoloji anatomiya və patoloji fiziologiya üzrə azərbaycan dilində 2500 termindən ibarət terminoloji lüğət tərtib etmişdir. Onun məsləhətçiliyi və rəhbərliyi altında 15 doktorluq, 28 namizədlik dissertasiyası müdafiə olunub. Xarici ölkələrdə təşkil edilən bir sıra beynəlxalq qurultay, konfrans və simpoziumlarda iştirak etmiş, elmi məruzələrlə çıxış etmişdir.
Elmi-ictimai aktivliyi[redaktə | HTML redaktə]
1946-cı ildən Azərbaycan Patoloqlar Cəmiyyətinin sədri,
1971-ci ildən Ümumittifaq Patoloji Anatomiya Cəmiyyətinin fəxri üzvü,
1976-cı ildən Azərbaycan Sovet Ensiklopediyası elmi redaksiya şurasının üzvü olub.
Təltif və mükafatları[redaktə | HTML redaktə]
- Səhiyyə əlaçısı (1943);
- Azərbaycan SSR əməkdar elm xadimi adı (1957);
- “Lenin” ordeni, 2 dəfə;
- “Qırmızı Əmək Bayrağı” ordeni, 2 dəfə;
- “Şərəf nişanı” ordeni;
- medallar.
Vəfatı[redaktə | HTML redaktə]
21 mart 1979-cu il tarixdə – 82 yaşında, Bakıda vəfat edib.
Xatirəsi[redaktə | HTML redaktə]
Şəkidə adına küçə var.
Ailəsi[redaktə | HTML redaktə]
Həyat yoldaşı: Leyla Adıgözəlova, həkim-terapevt;
Oğlu: Fərid Hüseynov, mühəndis-elektronik;
Qızları: Gülarə Hüseynova – tibb elmləri namizədi, dosent, patomorfoloq elektronomikroskopist; Ədilə Hüseynova – fizik, Moskva Dövlət Universitetinin məzunu.
Nəvələri: Elmira Nəcəfova – həkim-psixoterapevt; Murad Hüseynov – pianist musiqiçi, Azərbaycan respublikasının əməkdar artisti; Fuad və Fərhad Hüseynovlar – musiqiçi və damaçı; Zaur Hüseynov – mühəndis; Leyla Məmmədova – kafedra dosenti.
İstinad və qeydlər[redaktə | HTML redaktə]
- ↑ ASE-də və Ənvər Metenin “O torpağın övladları” kitabında 20 dekabr, AMEA saytının “Vəfat etmiş həqiqi üzvlər/Hüseynov Cəlil Yusif oğlu” səhifəsində 28 dekabr.
- ↑ ASE, 1987, s. 290.
- ↑ “Ümumi patoloji anatomiya” (1963) və “Xüsusi patoloji anatomiya” (1977) dərsliklərinə görə 1979-cu ildə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülüb.
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Hüseynov // Azərbaycan Sovet Ensiklopediyası : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1987. — X cild. — Səhifələrin sayı: 610. — Səh.: 290. — 80.000 nüsx.
- Məmmədov Ə., Xalıqov F. Hüseynov Cəlil // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 244-245. — 1.000 nüsx.
- Mete Ə. Akademik Cəlil Hüseynov // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 333-335. — 500 nüsx.
- Azərbaycan Milli Elmlər Akademiyası. "Vəfat etmiş həqiqi üzvlər/Hüseynov Cəlil Yusif oğlu". http://science.gov.az (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası. 28 Mar 2018 – 18 Jul 2019 tarixində arxivləşdirilib.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- C
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış həkimlər
- Şəkidən çıxmış pedaqoqlar
- Şəkidən çıxmış görkəmli şəxslər
- 1896-cı ildə doğulanlar
- 28 dekabrda doğulanlar
- Dekabrda doğulanlar
- 21 martda vəfat edənlər
- Martda vəfat edənlər
- 1979-cu ildə vəfat edənlər
- Azərbaycan SSR əməkdar elm xadimləri
- Lenin ordeninin kavalerləri
- "Qırmızı Əmək Bayrağı" ordeni (SSRİ) laureatları
- "Şərəf Nişanı" ordeni laureatları
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- ASE-yə istinad olunan məqalələr
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- “O torpağın övladları” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr