Abid Şərifov
Abid Şərifov | |||||||
---|---|---|---|---|---|---|---|
Şərifov Abid Qoca oğlu | |||||||
Abid Şərifov, Şəki 10 saylı məktəbdə, 2007-ci il. | |||||||
|
|||||||
Doğum tarixi | 6 yanvar 1940 | ||||||
Doğum yeri | Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ | ||||||
Həyat yoldaşı | Şərifova Sədayə Yaqub qızı | ||||||
Uşaqları | Təranə və Elçin Şərifov (–2023) | ||||||
Təhsili | Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutu, mülki tikinti fakültəsi (–1962) | ||||||
Təltifləri | |||||||
Adının digər versiyaları | Abid Şerifov, Abid Şarifov, Abid Sherifov, Abid Sharifov, Абид Шерифов, Абид Шарифов, Абид Шәрифов | ||||||
Commonsda da Abid Şərifov ilə əlaqəli mediafayllar var |
Abid Şərifov — tanınmış dövlət xadimi, Azərbaycan Respublikası baş nazirinin sabiq müavini.
Haqqında məlumatlar
6 yanvar 1940-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1957-ci ildə Nuxa şəhər M.Qorki adına 10 №-li orta məktəbini,
1962-ci ildə isə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun mülki tikinti fakültəsini bitirib.
Əmək fəaliyyəti
1962-ci ildə Bakı Baş Tikinti İdarəsində iş icraçısı, böyük iş icraçısı, texniki istehsalat şöbəsinin rəisi, baş mühəndis əvəzi,
1972-ci ildən isə 23 saylı tikinti idarəsinin rəisi vəzifəsində işləyib.
Daha sonralar Azərbaycan SSR Nazirlər Sovetinin əsaslı tikinti şöbəsində böyük referent, “Azərnəqliyyattikinti” trestinin rəisi,
1988-ci ildən "Azərnəqliyyatyoltikinti" Layihə-Sənaye Tikinti Birliyinin rəisi,
1991 – 1993-cü illərdə Türkiyədə Çerkesköy – Kapıkulu şəhərləri arasında dəmir yolunu elektrikləşdirən tikinti idarəsi rəisinin müavini,
1993-cü ildən “Azərnəqliyyatyoltikinti” Dövlət Şirkətinin prezidenti,
1995 – 2018-ci illərdə isə Azərbaycan Respublikası baş nazirinin müavini olub.
Ailəsi
Evlidir, 2 övladı var.
Təltif və mükafatları
- “Şərəf Nişanı” ordeni (1976);
- “Oktyabr İnqilabı” ordeni (1980);
- “Şərəf” ordeni (2010);
- “Şöhrət” ordeni (2015);
- Geniş lentli “Gündoğar” ordeni (Yaponiya) – 2016.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Şərifov Abid // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 525-526. — 1.000 nüsx.
- Mete Ə. Daim axtarışda... Tikmişəm ki, izim qala // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 249-251. — 500 nüsx.
- Bəşirov R., Hacıyev N. Şərifov Abid Qoca oğlu // Unudulmaz illər. — Bakı: “Qismət” mətbəəsi, 2007. — Səhifələrin sayı: 200. — Səh.: 170-176.
- Abid Şərifov // Məzunlar / Akif Əli (tərtibçi). — Bakı: Elm və təhsil, 2012. — Səhifələrin sayı: 356. — Səh.: 69-71. — ISBN 978-9952-8176-4-5.
- Şərifov Abid Qoca oğlu // Məzunlar / Akif Əli (tərtibçi). — Bakı: Elm və təhsil, 2012. — Səhifələrin sayı: 356. — Səh.: 235-242. — ISBN 978-9952-8176-4-5.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- A
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış dövlət xadimləri
- Şəkidən çıxmış görkəmli şəxslər
- 6 yanvarda doğulanlar
- Yanvarda doğulanlar
- 1940-cı ildə doğulanlar
- "Oktyabr İnqilabı" ordeni laureatları
- "Şərəf Nişanı" ordeni laureatları
- "Şərəf" ordeni ilə təltif edilənlər
- "Şöhrət" ordeni ilə təltif edilənlər
- Dövlət xadimləri
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- “O torpağın övladları” kitabına istinad olunan məqalələr
- “İşıq məbədi” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə