İlqar Kərimov
İlqar Kərimov | |
---|---|
Kərimov İlqar Abdulkərim oğlu | |
İlqar Kərimov. | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 21 avqust 1960 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Həyat yoldaşı | Fəridə Əjdər qızı Kərimova |
Uşaqları | Aysel Məmmədbəyli və Nigar Kərimli-Ağayeva |
Atası | Abdulkərim Kərimov |
Anası | Rəfiqə Kərimova |
|
|
Musiqi aləti | qarmon |
Təhsili |
• Şəki şəhər 43 №-li texniki-peşə məktəbi, rəngsaz ixtisası (1975–1978) • Azərbaycan İnşaat Mühəndisləri İnstitutu, sənaye və mülki tikinti ixtisası (1979–1984) |
Adının digər versiyaları | Ilqar Kerimov, İlqar Kerimov, Илгар Керимов, Ильгар Керимов, Илгар Кәримов |
facebook səhifəsi |
İlqar Kərimov — tanınmış qarmon ifaçısı və həvəskar bəstəkar, təmir-tikinti sahəsi üzrə mütəxəssis və rəhbər kadr, “İFAN” şirkətinin direktoru.
Haqqında məlumatlar
21 avqust 1960-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1967 – 1975-ci illərdə Nuxa/Şəki şəhər 2 №-li orta məktəbində,
1975 – 1978-ci illərdə Şəki şəhər 43 №-li texniki-peşə məktəbində,
1979 – 1984-cü illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda təhsil alıb.
Əmək fəaliyyəti
1978 – 1979-cu illərdə Şəki kolxozlararası tikinti idarəsində rəngsaz,
1984 – 1987-ci illərdə Azərbaycan SSR Avtomobil Yolları Tikintisi və İstismarı Nazirliyinin təmir-tikinti sahəsində iş icraçısı,
1988-ci ildə “Azərkinovideo” İstehsalat Birliyində sahə rəisi,
1989 – 1991-ci illərdə “Azərkinovideo” İstehsalat Birliyinin təmir-tikinti idarəsinin rəisi,
1991 – 1996-cı illərdə “Azərkinovideo” İstehsalat Birliyinin təmir-tikinti trestinin müdiri,
1996 – 2016-cı illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təmir-tikinti trestinin müdiri vəzifəsində çalışıb.
2016-cı ildən “İFAN” şirkətinin direktorudur.
Musiqi fəaliyyəti
1966-cı ildə – 6 yaşında, ilk dəfə qarmon aləti ilə məşğul olmağa başlayıb. İlk müəllimi Nurəddin Bədəlov, sonra isə Vaqif Mustafayev olub.
1976 – 1978-ci illərdə Şəkidə Şahid Əbdülkərimovun “Şəfa” ansamblında,
1979 – 1984-cü illərdə Bakıda Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun “Arzu” ansamblında,
1983 – 1986-cı illərdə əməkdar incəsənət xadimi Agası Məşədibəyovun rəhbərlik etdiyi “Azərbaycan təranələri” ansamblında,
1979 – 1990-cı illərdə professor Abbasqulu Nəcəfzadənin rəhbərlik etdiyi “Günaydın” instrumental ansamblında,
1982 – 1989-cu illərdə “Meyxana” ansamblında və Baba Mahmudoğlunun rəhbərlik etdiyi Azərbaycan Televiziyası və Radiosunun “Dastan” folklor ansamblında qarmon ifaçısı olub.
Uzun illər Azərbaycan Televiziya və Radiosunun çəkilişlərində, dövlət tədbirlərində, böyük konsert salonlarında Azərbaycanın populyar müğənnilərini, o cümlədən xalq artistləri Baba Mahmudoğlunu, Teymur Mustafayevi, Səfa Qəhrəmanovu, İlhamə Quliyevanı, Gülağa Məmmədovu, Yalçın Rzazadəni, Qəndab Quliyevanı, Canəli Əkbərovu, həmçinin, Xədicə Abbasova, Nazim Agayev, Səyyad Əlizadə, Saleh Bədəlov, Süleyman Zeynalov, Rəna Axundova və Elçin Cəlilov kimi tanınmış müğənniləri müşayiət edib.
“Qarmon məktəbini yaradan Əhəd” kitabının həmmüəllifidir.
Bəstələri
- “Ayla” rəqsi (1982)
- “Banu” rəqsi (2021)
- “Aygün” rəqsi (2021)
- “Fidan” rəqsi (2021)
- “Məryəm” rəqsi (2021)
- “Mədinə” rəqsi (2021)
- “Aytən” rəqsi (2022)
- “Duyğular” kompozisiyası (2022)
- “Lirik an” kompozisiyası (2022)
- “Fərəh” rəqsi (2022)
- “Tahir” rəqsi (2022)
- “Səid” rəqsi (2022)
- “Yubiley” rəqsi (2022)
- “Nurlu yol” kompozisiyası (2022)
- “Əziz bacım” rəqsi (2023)
- “Nigar” rəqsi (2023)
- “Gənclər” valsı (2023)
- “Ustad” kompozisiya (2023)
Rəqslərin əksəriyyəti Azərbaycan Televiziyası və Radiosunun Fonduna daxil edilib.
105 FM dalğalarında bu rəqslər tez-tez səsləndirilir. Həmin rəqslər “Əqli Mülkiyyət Agentliyində qeydə alınmış və müəlliflik “Şəhadətnamə”si verilmişdir. Rəqslərin müəllif hüquqları qorunur.
2021-ci ildə Azərbaycan Radiosu yardacılığı haqqında “Daha bir görüş” proqramında 45 dəqiqəlik radio-oçerk səsləndirilmişdir.
Audio və videolar
Zakir Mirzəyevin İlqar Kərimova həsr etdiyi melodiya
Ailəsi
Ailəlidir. 2 övladı var. Böyük qızı Aysel Məmmədbəyli alimdir, filologiya elmləri doktoru, Azərbaycan Dillər Universitetinin dosentidir. Kiçik qızı Nigar Kərimli-Ağayeva, Azərbaycan Neft və Sənaye Universitetinin müəllimidir.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |