Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Allahverdi Həsənov

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 23:22, 5 sentyabr 2024 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Allahverdi Həsənov
Həsənov Allahverdi Biyakir oğlu
Allahverdi Həsənov
Allahverdi Həsənov.
Doğum tarixi 16 fevral 1957(1957-02-16)
Doğum yeri Kiş, (indiki Şəki) rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 29 avqust 2024 (67 yaşında)
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
İş yeri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun Dinamik sistemlərin kompüter modelləşdirilməsi laboratoriyası (müdir)
Elmi dərəcəsi texnika elmləri doktoru
Elmi adı professor
Təhsili

 • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, mexanika-riyaziyyat fakültəsi (1973–1978)

 • Azərbaycan SSR EA Mexanika Riyaziyyat İnstitutu, aspirantura (1980–)

Allahverdi Həsənov (1957–2024) — texnika elmləri doktoru, professor, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun Dinamik sistemlərin kompüter modelləşdirilməsi laboratoriyasının müdiri.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

16 fevral 1957-ci il tarixdə (indiki Şəki) rayonunun Kiş kəndində anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

1973-cü ildə Kiş kənd 1 №-li orta məktəbini bitirib.

1973 – 1978-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil alıb.

1980-cı ildə Azərbaycan SSR EA Mexanika Riyaziyyat İnstitutunun aspiranturasına daxil olub.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

1978-ci ildə təyinat üzrə Azərbaycan SSR EA Mexanika Riyaziyyat İnstitutunun riyazi modelləşdirmə üzrə xüsusi konstruktor bürosunda işə başlayıb.

1992-ci ildən AMEA İdarəetmə Sistemləri İnstitutunda sektor və laboratoriya rəhbəri vəzifəsində çalışıb; o cümlədən, əvvəl 3 saylı İdarəetmə üsulları və modelləşdirmə şöbəsinin, sonra isə Dinamik sistemlərin kompüter modelləşdirilməsi laboratoriyasının müdiri olub.

İkinci iş yerləri[redaktə | HTML redaktə]

Azərbaycan Memarlıq və İnşaat Universitetində professor (0,5 ştat) vəzifəsində çalışıb.

Elmi fəaliyyəti[redaktə | HTML redaktə]

1984-cü ildə deformasiya edən bərk cisimlərin mexanikası ixtisası üzrə “Özlü elastik mühitlərdə qərarlaşmamış istilik mexaniki dalğaların yayılmasının bəzi məsələləri” mövzusunda namizədlik dissertasiyasını,

2005-ci ildə “Mexaniki sistemlərin xarici qeyri-stasionar təsirlərə reaksiyasının riyazi modelləşdirilməsi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

Çapdan çıxmış 200 elmi əsərin (28-si xarici ölkədə çap olunmaqla) müəllifidir. 4 fəlsəfə doktorunun elmi rəhbəri olub.

Vəfatı[redaktə | HTML redaktə]

29 avqust 2024-cü il tarixdə – 67 yaşında vəfat edib.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. Həsənov Allahverdi // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 236-237. — 1.000 nüsx.
  2. Həsənov Allahverdi Biyakir oğlu : [arx. 3 Feb 2018 - 20 Feb 2024] // İdarəetmə Sistemləri İnstitutu. — Müraciət tarixi: 05.09.2024.
  3. Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib : [arx. 05.09.2024] // İdarəetmə Sistemləri İnstitutu. — 2024. — 29 avqust. — Müraciət tarixi: 05.09.2024.