Şəki Xan qəbiristanlığındakı epiqrafik abidələr
Qəbiristanlıq | |
Xan qəbiristanlığı
| |
Şəki şəhərindəki Xan məscidi və Xan qəbiristanlığı | |
Ölkə | Azərbaycan |
Şəhər | Şəki |
Ən köhnə və ən yeni yazılı başdaşılarda tarixlər | 1815—1920 |
41°12′09″N 47°11′30″E / 41.202529°N 47.191714°E |
Şəki Xan qəbiristanlığındakı epiqrafik abidələr hal-hazırda orada mövcud olan, yaxud vaxtilə orada mövcud olmuş yazılı başdaşılardan, yazılı başdaşı qəlpələrindən və bir yazılı qəbirüstü abidədən ibarətdir.
Ümumi məlumat
Şəki Xan məscidinın şərq tərəfində yerləşən Şəki Xan qəbiristanlığında vaxtilə 15-20-yə qədər yazılı başdaşı olmuşdur[1]. Hal-hazırda orada cəmi 10 yazılı başdaşı və bir yazılı qəbirüstü abidə var.
Qəbiristanlıqdakı 9 başdaşının kitabəsi haqqında Məşədixanım Nemət 1961-ci ildə elmi nəşrdə dərc olunmuş məqaləsində[1], bir neçə başdaşı haqqında isə 1984-cü və 2001-ci ildə çap olunmuş kitablarında[2][3] məlumat vermişdir. 2009-cu ildə Aydın Məmmədov bir başdaşı hissəsi üzərində göstərilən vəfat tarixinin İsmayıl xanın qızı Saadət bəyimin vəfat tarixi ilə üst-üstə düşməsinə və həmin başdaşının Saadət bəyimin qızı Səltənət bəyimin başdaşı ilə eyni üslubda olmasına görə həmin başdaşının Saadət bəyimə aid olması fikrini irəli sürmüşdür[4].
Qəbiristanlıqda Şəki xanlarından cəmi birinin — Fətəli xanın, qəbrinin üzərində başdaşı var. Onun 1831-ci ildə Həştərxanda vəfat etmiş qardaşı Məhəmmədhəsən xanın da bu qəbiristanlıqda dəfn edilməsi[5], atası Məhəmmədhüseyn xanın isə Xan məscidinin mehrabı içində dəfn edilməsi[6] məlum olsa da başdaşıları aşkar edilməmişdir.
Heç bir şübhə yoxdur ki, Gəncə xanı Cavad xanın arvadının da qəbri buradadır; mənbədə göstərilir ki, Cavad xan ruslarla döyüşdə öldürüldükdən sonra onun arvadı Nuxaya qayıtmış (Məhəmmədhəsən xanın bacısı idi) və 1830-cu ildə burada vəfat etmişdir[7].
2010-cu ilin əvvəllərində salamat vəziyyətdə olan bir bütöv başdaşı və bir neçə başdaşı hissəsi qəbristanlıqdan götürülərək R.B.Əfəndiyev adına Şəki Tarix-Diyarşünaslıq muzeyinə aparılmışdır[8] və indiyə qədər orada saxlanılmaqdadır. Xan qəbristanlığından götürülmüş bütöv başdaşı Azərbaycanın görkəmli dövlət xadimi Fətəli xan Xoyskinin atabir bacısı Səltənət bəyimin qəbrinin üstündəki başdaşı idi.
Siyahı
Şəkil | Adı, atasının adı, və familiyası |
Anadan olduğu il |
Vəfat tarixi |
Əlavə qeyd |
---|---|---|---|---|
Mustafa ağanın başdaşı | ||||
Mustafa ağa Kərim ağa oğlu Şəkixanov |
≈1831 | 1895, 5 noyabr (Hicri 1313, cəmadiyəl-əvvəl ayının 17-si) |
||
Göyçək xanımın başdaşı | ||||
Göyçək xanım Məhəmmədhüseyn xan qızı |
1849, may/iyun ayı (Hicri 1265-ci il ilin rəcəb ayı) |
|||
Güllü xanımın başdaşı | ||||
Güllü xanım Kərim ağa qızı Şəkixanova |
19.11.1858-ci il (Hicri 12.04.1275-ci il) |
|||
Fətəli xanın başdaşı | ||||
Fətəli xan Məhəmmədhüseyn xan oğlu |
11.05.1815-ci il (Hicri 02.05.1230-cu il) |
|||
Kərim ağa Şəkixanovun başdaşı | ||||
Kərim ağa Fətəli xan oğlu Şəkixanov |
≈1788 | 10.12.1858-ci il (Hicri 14.05.1275-ci il) |
||
Cəmilə xanımın başdaşı | ||||
Cəmilə xanım Məhəmmədhüseyn xan qızı |
26.07.1835-ci il (Hicri 02.01.1251-ci il) |
|||
Telli bəyimin başdaşı | ||||
Telli bəyim Əbdülhəmid ağa qızı |
1899/1900-ci il (Hicri 1317-ci il) |
|||
Əbdülhəmid ağanın başdaşı | ||||
Əbdülhəmid ağa Əbdülhəşım ağa oğlu |
1854/55-ci il (Hicri 1271-ci il) |
Baş daşı kitabəsində öz əcəli ilə ölmədiyi, öldürüldüyü qeyd olunub. | ||
Tutu ağanın başdaşı | ||||
Tutu ağa Məhəmmədhəsən xan qızı |
23.11.1859-ci il (Hicri 23.04. 1276-cı il) |
|||
Hacı Ağa Nigarın/Zeynəbin başdaşı | ||||
Hacı Ağa Nigarın/ Zeynəbin başdaşı |
1817/1818 (Hicri 1233) |
Meşədixanım Neymət 2001-ci ildə çap olunmuş kitabında başdaşı üzərindəki adı "şəkili Hacı Ağa bəyin qızı Zeynəb" [3] kimi göstərsə də, 1981-ci ildə çap olunan kitabında bu adı "Hacı Ağa Nigar Hacı qızı"[9] kimi təqdim edib. | ||
Səltənət bəyimin başdaşı | ||||
Səltənət bəyim İskəndər xan qızı |
06.01.1869-cu il (Hicri 22.09.1285-cı il) |
2010-cu ilin əvvəllərində salamat vəziyyətdə olan bu başdaşı bir neçə başdaşı hissəsi ilə birlikdə qəbristanlıqdan götürülərək R.b.əfəndiyev adına Şəki Tarix-Diyarşünaslıq muzeyinə aparılmış[8] və indiyə qədər orada saxlanılmaqdadır. Səltənət bəyim Azərbaycanın görkəmli dövlət xadimi Fətəli xan Xoyskinin atabir bacısı idi. | ||
Səadət xanımın aid edilən başdaşı | ||||
Səadət xanım İsmayıl xan qızı? |
1819 | 24.07.1892 (Hicri 28.12.1309 -cu il) |
2009-cu ildə Aydın Məmmədov bu başdaşı hissəsi üzərində göstərilən vəfat ilinin İsmayıl xanın qızı Saadət bəyimin vəfat ili ilə üst-üstə düşməsinə və həmin başdaşının Saadət bəyimin qızı Səltənət bəyimin başdaşı ilə eyni üslubda olmasına görə bu başdaşının Saadət bəyimə aid olması fikrini irəli sürmüşdür[4]. 2010-cu ilin əvvəllərində isə bu başdaşı hissəsi qəbristanlıqdan götürülərək R.b.əfəndiyev adına Şəki Tarix-Diyarşünaslıq muzeyinə aparılmışdır və indiyə qədər orada saxlanılmaqdadır. Səadət xanımın anası Hacı Tuti ağa idi. | |
Qəbirüstü abidə | ||||
Məhəmməd paşa Əhməd xan oğlu |
20 may 1859 (Hicri 17 şəvval 1275-ci il) |
5 oktyabr 1920-ci il (Hicri 21 məhərrəm 1339-cu il) |
Qəbirüstü abidə üzərinə həkk olunmuş kitabə. |
İstinadlar
- ↑ 1,0 1,1 Nemətova M.S., 1961, p. 19-37.
- ↑ Нейматова М.С., 1981.
- ↑ 3,0 3,1 Нейматова М.С., 2001, p. 108.
- ↑ 4,0 4,1 Məmmədov A.S., 2009, p. 4.
- ↑ Tahirzadə Ə.Ş., 2005, p. 277.
- ↑ Salman Mümtaz, 1925.
- ↑ AKAK, səh.: 905, 1875.
- ↑ 8,0 8,1 Məmmədov A.S., 2010.
- ↑ Нейматова М.С., 1981, p. 27.
İstifadə edilmiş mənbələr
- Nemətova M.S. Nuxa “Xan qəbiristanlığı”ndakı başdaşıların kitabələri haqqında (azərb.) // Azərbaycan SSR Elmlər Akademiyasının Xəbərləri : İctimai elmlər seriyası. — Bakı, 1961. — № 6.
- Tahirzadə Ə.Ş. Şəkinin tarixi qaynaqlarda. — Bakı: “Master” nəşriyyatı, 2005.
- Нейматова М.С. Мемориальные памятники Азербайджана: XII-XIX века. — Элм, 1981.
- Неймат М.С. Корпус эпиграфических памятников Азербайджана / ред. З. М. Буниятов. — Баку: XXI-YNE, 2001. — Т. II : Арабо-персо-тюркоязычные надписи Шеки-Закатальской зоны : ХIV век. — 1.000 экз.
- Mətnin linki // Акты, собранные Кавказской археографической комиссией / под редакцией: А. П. Берже. — Тифлис, 1875. — Т. VI, часть вторая. — С. 905.
- Məmmədov A.S. F. x. Xoyskinin bacısının baş daşı Şəki Xan qəbristanlığından “yığışdırılmış”dır! (azərb.) : “İpəkçi” qəzetinin saytı. — 2010.
- Məmmədov A.S. Ədalət Tahirzadənin “Şəkinin tarixi qaynaqlarda” kitabı (azərb.) : “İpəkçi” qəzetinin saytı. — 2006.
- Məmmədov A.S. Şəki Xan qəbiristanlığı (azərb.) : “Şəkinin səsi” qəzeti. — 2009. — № 3 (436).
- Məhəmmədhüseyn xan Müştaq / Salman Mümtazın redaktəsi ilə. — Azərbaycanı tədqiq və təəbbö cəmiyyəti. — Bakı, 1925.
Həmçinin, bax:
Bu cədvəl Şəki Ensiklopediyasının yoxlanılmış siyahısılarından biridir. |
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |