Şəki Xan qəbiristanlığındakı epiqrafik abidələr
Qəbiristanlıq | |
Xan qəbiristanlığı
| |
Şəki şəhərindəki Xan məscidi və Xan qəbiristanlığı | |
Ölkə | Azərbaycan |
Şəhər | Şəki |
Ən köhnə və ən yeni yazılı başdaşılarda tarixlər | 1815—1920 |
41°12′09″N 47°11′30″E / 41.202529°N 47.191714°E |
Şəki Xan qəbiristanlığındakı epiqrafik abidələr hal-hazırda orada mövcud olan, yaxud vaxtilə orada mövcud olmuş yazılı başdaşılardan, yazılı başdaşı qəlpələrindən və bir yazılı qəbirüstü abidədən ibarətdir.
Ümumi məlumat[Vizual/Mobil redaktə | HTML redaktə]
Şəki Xan məscidinın şərq tərəfində yerləşən Şəki Xan qəbiristanlığında vaxtilə 15-20-yə qədər yazılı başdaşı olmuşdur[1]. Hal-hazırda orada cəmi 10 yazılı başdaşı və bir yazılı qəbirüstü abidə var.
Qəbiristanlıqdakı 9 başdaşının kitabəsi haqqında Məşədixanım Nemət 1961-ci ildə elmi nəşrdə dərc olunmuş məqaləsində[1], bir neçə başdaşı haqqında isə 1984-cü və 2001-ci ildə çap olunmuş kitablarında[2][3] məlumat vermişdir. 2009-cu ildə Aydın Məmmədov bir başdaşı hissəsi üzərində göstərilən vəfat tarixinin İsmayıl xanın qızı Saadət bəyimin vəfat tarixi ilə üst-üstə düşməsini və həmin başdaşının Saadət bəyimin qızı Səltənət bəyimin başdaşı ilə eyni üslubda olmasını əsas götürərək onun Saadət bəyimə aid olması fikrini irəli sürmüşdür[4].
Qəbiristanlıqda Şəki xanlarından cəmi birinin — Fətəli xanın, qəbrinin üzərində başdaşı var. Onun 1831-ci ildə Həştərxanda vəfat etmiş qardaşı Məhəmmədhəsən xanın da bu qəbiristanlıqda dəfn edilməsi[5], atası Məhəmmədhüseyn xanın isə Xan məscidinin mehrabı içində dəfn edilməsi[6] məlum olsa da başdaşıları aşkar edilməmişdir.
Heç bir şübhə yoxdur ki, Gəncə xanı Cavad xanın arvadının da qəbri buradadır; mənbədə göstərilir ki, Cavad xan ruslarla döyüşdə öldürüldükdən sonra onun arvadı Nuxaya qayıtmış (Məhəmmədhəsən xanın bacısı idi) və 1830-cu ildə burada vəfat etmişdir[7].
2010-cu ilin əvvəllərində salamat vəziyyətdə olan bir bütöv başdaşı və bir neçə başdaşı hissəsi qəbristanlıqdan götürülərək R.B.Əfəndiyev adına Şəki Tarix-Diyarşünaslıq muzeyinə aparılmışdır[8] və indiyə qədər orada saxlanılmaqdadır. Xan qəbristanlığından götürülmüş bütöv başdaşı Azərbaycanın görkəmli dövlət xadimi Fətəli xan Xoyskinin atabir bacısı Səltənət bəyimin qəbrinin üstündəki başdaşı idi.
Siyahı[Vizual/Mobil redaktə | HTML redaktə]
Şəkil | Adı, atasının adı, və familiyası |
Anadan olduğu il |
Vəfat tarixi |
Əlavə qeyd |
---|---|---|---|---|
Mustafa ağanın başdaşı | ||||
Mustafa ağa Kərim ağa oğlu Şəkixanov |
≈1831 | 1895, 5 noyabr (Hicri 1313, cəmadiyəl-əvvəl ayının 17-si) |
||
Göyçək xanımın başdaşı | ||||
Göyçək xanım Məhəmmədhüseyn xan qızı |
1849, may/iyun ayı (Hicri 1265-ci il ilin rəcəb ayı) |
|||
Güllü xanımın başdaşı | ||||
Güllü xanım Kərim ağa qızı Şəkixanova |
19.11.1858-ci il (Hicri 12.04.1275-ci il) |
|||
Fətəli xanın başdaşı | ||||
Fətəli xan Məhəmmədhüseyn xan oğlu |
11.05.1815-ci il (Hicri 02.05.1230-cu il) |
|||
Kərim ağa Şəkixanovun başdaşı | ||||
Kərim ağa Fətəli xan oğlu Şəkixanov |
≈1788 | 10.12.1858-ci il (Hicri 14.05.1275-ci il) |
||
Cəmilə xanımın başdaşı | ||||
Cəmilə xanım Məhəmmədhüseyn xan qızı |
26.07.1835-ci il (Hicri 02.01.1251-ci il) |
|||
Telli bəyimin başdaşı | ||||
Telli bəyim Əbdülhəmid ağa qızı |
1899/1900-ci il (Hicri 1317-ci il) |
|||
Əbdülhəmid ağanın başdaşı | ||||
Əbdülhəmid ağa Əbdülhəşım ağa oğlu |
1854/55-ci il (Hicri 1271-ci il) |
Baş daşı kitabəsində öz əcəli ilə ölmədiyi, öldürüldüyü qeyd olunub. | ||
Tutu ağanın başdaşı | ||||
Tutu ağa Məhəmmədhəsən xan qızı |
23.11.1859-ci il (Hicri 23.04. 1276-cı il) |
|||
Hacı Ağa Nigarın/Zeynəbin başdaşı | ||||
Hacı Ağa Nigarın/ Zeynəbin başdaşı |
1817/1818 (Hicri 1233) |
Meşədixanım Neymət 2001-ci ildə çap olunmuş kitabında başdaşı üzərindəki adı "şəkili Hacı Ağa bəyin qızı Zeynəb" [3] kimi göstərsə də, 1981-ci ildə çap olunan kitabında bu adı "Hacı Ağa Nigar Hacı qızı"[9] kimi təqdim edib. | ||
Səltənət bəyimin başdaşı | ||||
Səltənət bəyim İskəndər xan qızı |
06.01.1869-cu il (Hicri 22.09.1285-cı il) |
2010-cu ilin əvvəllərində salamat vəziyyətdə olan bu başdaşı bir neçə başdaşı hissəsi ilə birlikdə qəbristanlıqdan götürülərək R.b.əfəndiyev adına Şəki Tarix-Diyarşünaslıq muzeyinə aparılmış[8] və indiyə qədər orada saxlanılmaqdadır. Səltənət bəyim Azərbaycanın görkəmli dövlət xadimi Fətəli xan Xoyskinin atabir bacısı idi. | ||
Səadət xanımın aid edilən başdaşı | ||||
Səadət xanım İsmayıl xan qızı? |
1819 | 24.07.1892 (Hicri 28.12.1309 -cu il) |
2009-cu ildə Aydın Məmmədov bu başdaşı hissəsi üzərində göstərilən vəfat ilinin İsmayıl xanın qızı Saadət bəyimin vəfat ili ilə üst-üstə düşməsinə və həmin başdaşının Saadət bəyimin qızı Səltənət bəyimin başdaşı ilə eyni üslubda olmasına görə bu başdaşının Saadət bəyimə aid olması fikrini irəli sürmüşdür[4]. 2010-cu ilin əvvəllərində isə bu başdaşı hissəsi qəbristanlıqdan götürülərək R.b.əfəndiyev adına Şəki Tarix-Diyarşünaslıq muzeyinə aparılmışdır və indiyə qədər orada saxlanılmaqdadır. Səadət xanımın anası Hacı Tuti ağa idi. | |
Qəbirüstü abidə | ||||
Məhəmməd paşa Əhməd xan oğlu |
20 may 1859 (Hicri 17 şəvval 1275-ci il) |
5 oktyabr 1920-ci il (Hicri 21 məhərrəm 1339-cu il) |
Qəbirüstü abidə üzərinə həkk olunmuş kitabə. |
İstinadlar[Vizual/Mobil redaktə | HTML redaktə]
- ↑ 1,0 1,1 Nemətova M.S., 1961, p. 19-37.
- ↑ Нейматова М.С., 1981.
- ↑ 3,0 3,1 Нейматова М.С., 2001, p. 108.
- ↑ 4,0 4,1 Məmmədov A.S., 2009, p. 4.
- ↑ Tahirzadə Ə.Ş., 2005, p. 277.
- ↑ Salman Mümtaz, 1925.
- ↑ AKAK, səh.: 905, 1875.
- ↑ 8,0 8,1 Məmmədov A.S., 2010.
- ↑ Нейматова М.С., 1981, p. 27.
İstifadə edilmiş mənbələr[Vizual/Mobil redaktə | HTML redaktə]
- Nemətova M.S. Nuxa “Xan qəbiristanlığı”ndakı başdaşıların kitabələri haqqında (azərb.) // Azərbaycan SSR Elmlər Akademiyasının Xəbərləri : İctimai elmlər seriyası. — Bakı, 1961. — № 6.
- Tahirzadə Ə.Ş. Şəkinin tarixi qaynaqlarda. — Bakı: “Master” nəşriyyatı, 2005.
- Нейматова М.С. Мемориальные памятники Азербайджана: XII-XIX века. — Элм, 1981.
- Неймат М.С. Корпус эпиграфических памятников Азербайджана / ред. З. М. Буниятов. — Баку: XXI-YNE, 2001. — Т. II : Арабо-персо-тюркоязычные надписи Шеки-Закатальской зоны : ХIV век. — 1.000 экз.
- Mətnin linki // Акты, собранные Кавказской археографической комиссией / под редакцией: А. П. Берже. — Тифлис, 1875. — Т. VI, часть вторая. — С. 905.
- Məmmədov A.S. F. x. Xoyskinin bacısının baş daşı Şəki Xan qəbristanlığından “yığışdırılmış”dır! (azərb.) : “İpəkçi” qəzetinin saytı. — 2010.
- Məmmədov A.S. Ədalət Tahirzadənin “Şəkinin tarixi qaynaqlarda” kitabı (azərb.) : “İpəkçi” qəzetinin saytı. — 2006.
- Məmmədov A.S. Şəki Xan qəbiristanlığı (azərb.) : “Şəkinin səsi” qəzeti. — 2009. — № 3 (436).
- Məhəmmədhüseyn xan Müştaq / Salman Mümtazın redaktəsi ilə. — Azərbaycanı tədqiq və təəbbö cəmiyyəti. — Bakı, 1925.
Həmçinin, bax:[Vizual/Mobil redaktə | HTML redaktə]
Bildiriş[HTML redaktə]
© 2019 – 2024 Şəki Ensiklopediyası |
Bildiriş[HTML redaktə]
© 2019 – 2024 Şəki Ensiklopediyası |