Şəki Xan qəbiristanlığındakı epiqrafik abidələr

Bu cədvəl Şəki Ensiklopediyasının yoxlanılmış siyahıları sırasına daxildirdir
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Şəki Ensiklopediyası materialı
Mammadov2 (müzakirə | redaktələr) tərəfindən edilmiş 20:47, 3 dekabr 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Qəbiristanlıq
Xan qəbiristanlığı
Şəki şəhərindəki Xan məscidi və Xan qəbiristanlığı
Şəki şəhərindəki Xan məscidiXan qəbiristanlığı
Şəki şəhərindəki Xan məscidiXan qəbiristanlığı
Ölkə Azərbaycan
Şəhər Şəki
Ən köhnə və ən yeni yazılı başdaşılarda tarixlər 1815—1920 
 41°12′09″N 47°11′30″E / 41.202529°N 47.191714°E / 41.202529; 47.191714

Şəki Xan qəbiristanlığındakı epiqrafik abidələr hal-hazırda orada mövcud olan, yaxud vaxtilə orada mövcud olmuş yazılı başdaşılardan, yazılı başdaşı qəlpələrindən və bir yazılı qəbirüstü abidədən ibarətdir.

Ümumi məlumat[Vizual/Mobil redaktə | HTML redaktə]

Şəki Xan məscidinın şərq tərəfində yerləşən Şəki Xan qəbiristanlığında vaxtilə 15-20-yə qədər yazılı başdaşı olmuşdur[1]. Hal-hazırda orada cəmi 10 yazılı başdaşı və bir yazılı qəbirüstü abidə var.

Qəbiristanlıqdakı 9 başdaşının kitabəsi haqqında Məşədixanım Nemət 1961-ci ildə elmi nəşrdə dərc olunmuş məqaləsində[1], bir neçə başdaşı haqqında isə 1984-cü və 2001-ci ildə çap olunmuş kitablarında[2][3] məlumat vermişdir. 2009-cu ildə Aydın Məmmədov bir başdaşı hissəsi üzərində göstərilən vəfat tarixinin İsmayıl xanın qızı Saadət bəyimin vəfat tarixi ilə üst-üstə düşməsini və həmin başdaşının Saadət bəyimin qızı Səltənət bəyimin başdaşı ilə eyni üslubda olmasını əsas götürərək onun Saadət bəyimə aid olması fikrini irəli sürmüşdür[4].

Qəbiristanlıqda Şəki xanlarından cəmi birinin — Fətəli xanın, qəbrinin üzərində başdaşı var. Onun 1831-ci ildə Həştərxanda vəfat etmiş qardaşı Məhəmmədhəsən xanın da bu qəbiristanlıqda dəfn edilməsi[5], atası Məhəmmədhüseyn xanın isə Xan məscidinin mehrabı içində dəfn edilməsi[6] məlum olsa da başdaşıları aşkar edilməmişdir.

Heç bir şübhə yoxdur ki, Gəncə xanı Cavad xanın arvadının da qəbri buradadır; mənbədə göstərilir ki, Cavad xan ruslarla döyüşdə öldürüldükdən sonra onun arvadı Nuxaya qayıtmış (Məhəmmədhəsən xanın bacısı idi) və 1830-cu ildə burada vəfat etmişdir[7].

2010-cu ilin əvvəllərində salamat vəziyyətdə olan bir bütöv başdaşı və bir neçə başdaşı hissəsi qəbristanlıqdan götürülərək R.B.Əfəndiyev adına Şəki Tarix-Diyarşünaslıq muzeyinə aparılmışdır[8] və indiyə qədər orada saxlanılmaqdadır. Xan qəbristanlığından götürülmüş bütöv başdaşı Azərbaycanın görkəmli dövlət xadimi Fətəli xan Xoyskinin atabir bacısı Səltənət bəyimin qəbrinin üstündəki başdaşı idi.

Siyahı[Vizual/Mobil redaktə | HTML redaktə]

Şəki Xan qəbiristanlığındakı epiqrafik abidələrTelli bəyimin başdaşıƏbdülhəmid ağanın başdaşıTutu ağanın başdaşıHacı Ağa Nigarın/Zeynəbin başdaşıQəbirüstü abidəCəmilə xanımın başdaşıKərim ağa Şəkixanovun başdaşıFətəli xanın başdaşıGüllü xanımın başdaşıGöyçək xanımın başdaşıMustafa ağanın başdaşı
Şəki Xan qəbiristanlığındakı epiqrafik abidələr
Şəkil Adı,
atasının adı,
və familiyası
Anadan
olduğu
il
Vəfat
tarixi
Əlavə qeyd
Mustafa ağanın başdaşı
Mustafa ağa
Kərim ağa oğlu
Şəkixanov
≈1831 1895, 5 noyabr
(Hicri 1313, cəmadiyəl-əvvəl ayının 17-si)
Göyçək xanımın başdaşı
Göyçək xanım
Məhəmmədhüseyn xan qızı
1849, may/iyun ayı
(Hicri 1265-ci il ilin rəcəb ayı)
Güllü xanımın başdaşı
Güllü xanım
Kərim ağa qızı
Şəkixanova
19.11.1858-ci il
(Hicri 12.04.1275-ci il)
Fətəli xanın başdaşı
Fətəli xan
Məhəmmədhüseyn xan oğlu
11.05.1815-ci il
(Hicri 02.05.1230-cu il)
Kərim ağa Şəkixanovun başdaşı
Kərim ağa
Fətəli xan oğlu Şəkixanov
≈1788 10.12.1858-ci il
(Hicri 14.05.1275-ci il)
Cəmilə xanımın başdaşı
Cəmilə xanım
Məhəmmədhüseyn xan qızı
26.07.1835-ci il
(Hicri 02.01.1251-ci il)
Telli bəyimin başdaşı
Telli bəyim
Əbdülhəmid ağa qızı
1899/1900-ci il
(Hicri 1317-ci il)
Əbdülhəmid ağanın başdaşı
Əbdülhəmid ağa
Əbdülhəşım ağa oğlu
1854/55-ci il
(Hicri 1271-ci il)
Baş daşı kitabəsində öz əcəli ilə ölmədiyi, öldürüldüyü qeyd olunub.
Tutu ağanın başdaşı
Tutu ağa
Məhəmmədhəsən xan qızı
23.11.1859-ci il
(Hicri 23.04. 1276-cı il)
Hacı Ağa Nigarın/Zeynəbin başdaşı
Hacı Ağa Nigarın/
Zeynəbin başdaşı
1817/1818
(Hicri 1233)
Meşədixanım Neymət 2001-ci ildə çap olunmuş kitabında başdaşı üzərindəki adı "şəkili Hacı Ağa bəyin qızı Zeynəb" [3] kimi göstərsə də, 1981-ci ildə çap olunan kitabında bu adı "Hacı Ağa Nigar Hacı qızı"[9] kimi təqdim edib.
Səltənət bəyimin başdaşı
Səltənət bəyim
İskəndər xan qızı
06.01.1869-cu il
(Hicri 22.09.1285-cı il)
2010-cu ilin əvvəllərində salamat vəziyyətdə olan bu başdaşı bir neçə başdaşı hissəsi ilə birlikdə qəbristanlıqdan götürülərək R.b.əfəndiyev adına Şəki Tarix-Diyarşünaslıq muzeyinə aparılmış[8] və indiyə qədər orada saxlanılmaqdadır. Səltənət bəyim Azərbaycanın görkəmli dövlət xadimi Fətəli xan Xoyskinin atabir bacısı idi.
Səadət xanımın aid edilən başdaşı
Səadət xanım
İsmayıl xan qızı?
1819 24.07.1892
(Hicri 28.12.1309 -cu il)
2009-cu ildə Aydın Məmmədov bu başdaşı hissəsi üzərində göstərilən vəfat ilinin İsmayıl xanın qızı Saadət bəyimin vəfat ili ilə üst-üstə düşməsinə və həmin başdaşının Saadət bəyimin qızı Səltənət bəyimin başdaşı ilə eyni üslubda olmasına görə bu başdaşının Saadət bəyimə aid olması fikrini irəli sürmüşdür[4]. 2010-cu ilin əvvəllərində isə bu başdaşı hissəsi qəbristanlıqdan götürülərək R.b.əfəndiyev adına Şəki Tarix-Diyarşünaslıq muzeyinə aparılmışdır və indiyə qədər orada saxlanılmaqdadır. Səadət xanımın anası Hacı Tuti ağa idi.
Qəbirüstü abidə
Məhəmməd paşa
Əhməd xan oğlu
20 may
1859
(Hicri 17 şəvval 1275-ci il)
5 oktyabr 1920-ci il
(Hicri 21 məhərrəm 1339-cu il)
Qəbirüstü abidə üzərinə həkk olunmuş kitabə.

İstinadlar[Vizual/Mobil redaktə | HTML redaktə]

İstifadə edilmiş mənbələr[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Nemətova M.S. Nuxa “Xan qəbiristanlığı”ndakı başdaşıların kitabələri haqqında (azərb.) // Azərbaycan SSR Elmlər Akademiyasının Xəbərləri : İctimai elmlər seriyası. — Bakı, 1961. — № 6.
  2. Tahirzadə Ə.Ş. Şəkinin tarixi qaynaqlarda. — Bakı: “Master” nəşriyyatı, 2005.
  3. Нейматова М.С. Мемориальные памятники Азербайджана: XII-XIX века. — Элм, 1981.
  4. Неймат М.С. Корпус эпиграфических памятников Азербайджана / ред. З. М. Буниятов. — Баку: XXI-YNE, 2001. — Т. II : Арабо-персо-тюркоязычные надписи Шеки-Закатальской зоны : ХIV век. — 1.000 экз.
  5. Mətnin linki // Акты, собранные Кавказской археографической комиссией / под редакцией: А. П. Берже. — Тифлис, 1875. — Т. VI, часть вторая. — С. 905.
  6. Məmmədov A.S. F. x. Xoyskinin bacısının baş daşı Şəki Xan qəbristanlığından “yığışdırılmış”dır! (azərb.) : “İpəkçi” qəzetinin saytı. — 2010.
  7. Məmmədov A.S. Ədalət Tahirzadənin “Şəkinin tarixi qaynaqlarda” kitabı (azərb.) : “İpəkçi” qəzetinin saytı. — 2006.
  8. Məmmədov A.S. Şəki Xan qəbiristanlığı (azərb.) : “Şəkinin səsi” qəzeti. — 2009. — № 3 (436).
  9. Məhəmmədhüseyn xan Müştaq / Salman Mümtazın redaktəsi ilə. — Azərbaycanı tədqiq və təəbbö cəmiyyəti. — Bakı, 1925.

Həmçinin, bax:[Vizual/Mobil redaktə | HTML redaktə]