Vaqif Mustafazadə

Şəki Ensiklopediyası materialı
WikiSysop (müzakirə | redaktələr) (→‎Ailəsi) tərəfindən edilmiş 02:36, 22 iyun 2020 tarixli redaktə
Vaqif Mustafazadə
Mustafazadə Vaqif Əziz oğlu
Vaqif Mustafazadə
Vaqif Mustafazadə, 1970-ci il
Şəxsi məlumatlar
Doğum tarixi 16 mart 1940(1940-03-16)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 16 dekabr 1979 (39 yaşında)
Vəfat yeri Daşkənd, Özbəkistan SSR], SSRİ
Dəfn yeri Yasamal qəbiristanlığı, Bakı, Azərbaycan, SSRİ
Peşələri bəstəkar, pianoçu

Üslub caz-muğam
Musiqi aləti
  • piano
  • elektrogitara
  • zərb alətləri
Fəaliyyət illəri 1958 – 1979
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1979 Azərbaycan SSR dövlət mükafatı — 1982
http://vagif.musigi-dunya.az/
Commonsda da Vaqif Mustafazadə ilə əlaqəli mediafayllar var

Vaqif Mustafazadə (Mustafazadə Vaqif Əziz oğlu; d.  16 mart 1940-cı ildə, Bakı, Azərbaycan SSR – ö.  16 dekabr 1979-cu ildə, Daşkənd, Özbəkistan SSR, SSRİ) — bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi, Azərbaycan SSR-in əməkdar artisti (1979) və dövlət mükafatı laureatı (1982).

Haqında məlumatlar

Bakıda Vaqif Mustafazadənin vaxtilə yaşadığı binanın fasadında xatirə barelyefi.

1940-cı ildə Bakı şəhərində anadan olub.

1963-cü ildə Asəf Zeynallı adına Bakı Dövlət Musiqi Texnikumunu bitirib.

1965-cı ildə Gürcüstan Dövlət filarmoniyasında “Qafqaz” caz-triosunu yaradıb.

1970-ci ildə “Leyli” ilk qadın vokal kvartetinə,

1971 – 1977-ci illərdə “Sevil” vokal-instrumental ansamblina,

1977 – 1979-cu illərdə “Muğam” instrumental ansamblina rəhbərlik edib.

1966-cı ildə “Tallin-66”,

1978-ci ildə “Tbilisi-78” ümumittifaq caz festivallarının laureatı olub.

1978-ci ildə Bəstəkarlarının VIII beynəlxalq caz müsabiqəsində (Monako) birinci mükafata layiq görülüb.

1979-ci ildə Azərbaycan SSR əməkdar artisti fəxri adını alıb.

1979-cu ildə Daşkəndə qastrol zamanı ürək tutmasından vəfat edib.

Bakıda dəfn olunub

1982-ci ildə – ölümündən sonra, Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb.

Fortepiano ilə orkestr üçün Konsertin, “Muğam” simfoniyasının və sairə əsərlərin müəllifidir.

Ailəsi

Atası: Mustafazadə Əziz Əbdülkərim oğlu 1912-ci ildə Nuxada anadan olmuşdur, hərbi həkim idi, tar və kamança çala bilirdi.

Anası: Əliyeva Zivər Ağasəf qızı Bakı neftxudasının qızı idi; ilk azərbaycanlı qadın pianoçularından, Ü.Hacıbəyovun tələbələrindən biri olub.

Qızı: Əzizə Mustafazadə, məşhur azərbaycanlı pianoçu, bəstəkar və caz ifaçısı, Azərbaycan Respublikasının xalq artisti (2018).

Xatirəsi

Vaqifi Mustafazadə haqqında “Caz əfsanəsi - Vaqif Mustafazadə” adlı sənədli film çəkilmişdir.

Ev muzeyi

Bakıda Vaqif Mustafazadənin məzarı

1989-cu ildə Mədəniyyət Nazirliyi tərəfindən Vaqif Mustafazadənin ev muzeyi yaradılıb. Muzeyin ilk direktoru Vaqif Mustafazadənin anası Zivər Müstafazadə olub. Onun vəfatından – 1997-ci ildən sonra isə qardaşı qızı Afaq Əliyeva muzeyin direktoru olub.

İstifadə edilmiş əsas mənbələr

  • Üzeyir Hacıbəyov Ensiklopediyası. Bakı, 2007. səh.159
  • Məmmədov Ə., Xalıqov F. Mustafazadə Vaqif // Şəki: Alim və ziyalılar. — Bakı. — 2 cilddə. — Səh.: 421 – 422.
  • "Tərcümeyi-hal". vagif.musigi-dunya.az (azərb.). vagif.musigi-dunya.az. 21 Dec 2010 – 9 Sep 2019 tarixində arxivləşdirilib.

Şablon:Yaxşı məqalə