Afaq Rəşidova

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 09:25, 26 iyun 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Afaq Rəşidova
Rəşidova Afaq Məmməd qızı
Afaq Rəşidova
Afaq Rəşidova
Doğum tarixi 24 fevral 1956 (1956-02-24) (68 yaş)
Doğum yeri Flag of the Soviet Union.svg SSRİ
Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Nuxa
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Elm sahəsi biologiya
İş yeri AMEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutu, aparıcı elmi işçi
Elmi dərəcəsi biologiya üzrə fəlsəfə doktoru
Elmi adı dosent
Təhsili V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu

Afaq Rəşidova (Rəşidova Afaq Məmməd qızı; d.  24 fevral 1956-cı il, Nuxa, Azərbaycan SSR, SSRİ) – azərbaycanlı alim, biologiya üzrə fəlsəfə doktoru, AMEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutunun aparıcı elmi işçisi.

Haqqında məlumatlar

1956-cı ildə Nuxa şəhərində anadan olub.

1961-ci ildə ailəsi ilə birlikdə Bakıya köçüb.

1977-ci ildə Nəsrəddin Tusi adına V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun biologiya fakültəsini bitirib.

İş yerləri

1977–ci ildən Azərbaycan SSR EA-nın Fizika İnstitutunun Molekulyar biologiya və molekulyar genetika bölməsinin Tibbi-biokimyəvi genetika laboratoriyasında baş laborant (1977-1982), kiçik elmi işçi (1982-1994), böyük elmi işçi (1994-1998), AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun Müqayisəli və yaş neyrokimyası laboratoriyasında, sonra isə Sinir sisteminin energetik mübadilə fermentləri yaradıcı sektorunda böyük elmi işçi (1998-2008) vəzifələrində çalışıb. 2008-ci ildən Ontogenezin biokimyası laboratoriyasında aparıcı elmi işçi vəzifəsini icra edir.

Elmi fəaliyyəti

1992-ci ildə Moskva şəhərindəki (Rusiya Federasiyası) Hematologiya və Qanköçürmə İnstitutunda biokimya ixtisası üzrə namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib.

2007-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə biokimya ixtisası üzrə dosent elmi adını alıb.

2012-ci ildə biokimya ixtisası üzrə doktorluq dissertasiyasının mövzusu Problem Şurasında qeydiyyatdan keçmiş və təsdiqlənmişdir. Doktorluq dissertasiyası üzərində işləyir və onu tamamlamaq ərəfəsindədir.

100-dən artıq elmi əsərin müəllifidir. Onlardan 1-i tam fəsil kitabda (ABŞ-da), 7 məqaləsi isə xaricdə (Avstriya, Türkiya, Polşa, Ukrayna, Rusiya) nüfuzlu jurnallarda çap olunaraq impakt faktora malikdirlər. Çoxsaylı məqalə və tezisləri ABŞ, İtaliya, İspaniya, Türkiyə, Gürcüstan, Ukrayna, Rusiya, Moldova, Avstriya, Polşa, İran və s. ölkələrdə nəşr olunub. Apardığı işlərin nəticəsi kimi müxtəlif enzim və hemoqlobinopatiyaların biokimyəvi və molekulyar əsasları, etnik xüsusiyyətləri, yayılması, biokimyəvi mexanizminin öyrənilməsi, sensor impulsasiyaların çatışmaması şəraitində və zülal açlığı zamanı postnatal ontogenezdə transaminaza ferment qrupu, qlükoza mübadiləsinin tənzimləyici fermentlərinin və zülalın, eyni ilə neft mənşəli bəzi toksiki maddələrin, elektromaqnit dalğaları ilə qeyri-ionlaşdırıcı şüalanmanın və hipoksiyanın baş beyin qabığının müxtəlif nahiyyələrində, hipotalamusda və beyincikdə energetik mübadiləyə təsiri dinamikasına aid maraqlı nəticələr alıb və elmi tədqiqatlarla sübuta yetirmişdir.

4 Beynəlxalq və yerli qrant layihəsinin fəal icraçısı olub (ABŞ, Azərbaycan). Bununla bərabər Beynəlxalq və Respublika elmi konqreslərin, simpoziumların, konfransların işində iştirak edib, sertifikatlarla təltif olunub.

İctimai fəallığı

  • MDB ölkələrinin Fizioloqlar cəmiyyətinin üzvüdür.
  • AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun nəzdində biokimya ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün fəaliyyət göstərən şuranın üzvüdür.
  • AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun “Fiziologiya” jurnalının redaksiya heyətinin üzvüdür.

Mükafatları

«Gənc alimlərin və mütəxəssislərin elmi konfransında ən yaxşı elmi-tədqiqat işi üçün» diplom (1991).

Ailəsi

Oğlu – Ülvi Rəşid, 1986 il təvəllüdlü, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunu, Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsü, “Золотой резерв нефтегаза-2008” Beynəlxalq layihənin qalibidir. 2018-ci ildə ABŞ-ın Karnegi Mellon Universitetinin (Pensilvaniya ştatı, Pittsburq şəhəri) magistraturasını uğurla bitirmiş, ABŞ-ın Kaliforniya Ştatında işə dəvət olunmuş və hal-hazırda orada fəaliyyət göstərir.

Rəşidovların nəsil şəcərəsi

Rəşidovların nəsil şəcərəsi

Rəşidovların nəsil şəcərəsi

 
 
 
 
 
 
 
 
Telli bəyim Cəfər ağa qızı Şəkixanova
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Mirzə Həmid bəy (polkovnik)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Həmid bəy
 
Mürsəl bəy
 
Mələksima
(Qönçə)
 
 
 
 
 
 
 
 
 
 
İsmayıl Rəşidov
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Həmid
 
Mirzə Həmid
 
Münəvvər Rəşidova (Qaragözova)
 
Məmməd İsmayıl oğlu Rəşidov
 
Əhməd Rəşidov
 
Fəridə Rəşidova
 
Səyyarə Rəşidova
 
Hüseyn Kazımov
 
Lətafət Rəşidova
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Rəna Rəşidova
 
Rəşad Rəşidov
 
Şəmsa Rəşidova
 
Namiq
Rəşidov
 
Mübariz
Rəşidov
 
Səadət Zeynalova
 
Afaq Rəşidova
 
Azər Rəşidov
 
Rəşidov İlkin
 
Tamella Məmmədova
 
Tofiq Kazımov
 
Elmira Rəcəbova

Şəkillər

İstifadə edilmiş mənbələr

Şablon:Yaxşı məqalə