Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Ələşrəf Kərimov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Ələşrəf Kərimov
Kərimov (İsmayılov) Ələşrəf İsmayıl oğlu
Ələşrəf Kərimov
Ələşrəf Kərimov.
Anadan olub 24 iyul 1888(1888-07-24) (Yuli təqvimi ilə 12 iyul)
Anadan olduğu yer Nuxa (indiki Şəki), Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat edib 6 oktyabr 1963 (75 yaşında)
Vəfat etdiyi yer Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Atası İsmayıl Kərim oğlu
Anası Səltənət Əli qızı
Milliyyəti azərbaycanlı

Ələşrəf Kərimov (1888–1963) — sovet dövrünün ilk onilliklərində, müxtəlif vaxtlarda Azərbaycanın bir neçə bölgəsində rəhbər və məsul vəzifələr tutmuş dövlət məmuru; Şəki və Zaqatala qəza, Lənkəran mahal və Nuxa okruq icraiyyə komitələrinin və Nuxa Şəhər Sovetinin sədri, həmçinin, Azərbaycan İpəkçilik Trestinin, Nuxa Maşın-Traktor Stansiyasının və Lenin adına Nuxa İpək Kombinatının direktoru vəzifəsində çalışmışdır.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

24 iyul 1888-ci il tarixdə (Yuli təqvimi ilə 12 iyulda) Nuxa (indiki Şəki) şəhərinin Çayqırağı hissəsindəki Gümburlar məhəlləsində anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

Yalnız ibtidai təhsil alıb.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

Ələşrəf Kərimov (İsmayılov), gənclik şəkli.

1920-ci ilin may ayından 1923-cü ilədək, müxtəlif vaxtlarda Vartaşen nahiyə inqilab komitəsinin sədri, Nuxada inqilab komitəsinin üzvü, inqilab komitəsi sədrinin müavini (1921–1922), siyasi büronun müdiri (1922–1923), Nuxa qəza Milis İdarəsinin rəisi, Azəripək zavod idarəsinin müvəkkili,

1923 – 1924-cü illərdə Nuxa qəza icraiyyə komitəsi daxili işlər şöbəsinin müdiri, Nuxa qəza icraiyyə komitəsi sədrinin müavini,

1924 – 1925-ci illərdə Nuxa ipək üzrə zavod idarəsinin direktoru,

1925 – 1928-ci illərdə Şəki Qəza İcraiyyə Komitəsinin sədri,

1928 – 1929-cu illərdə Zaqatalada Qəza İcraiyyə Komitəsinin sədri,

1929 – 1930-cu illərdə Lənkəranda Mahal İcraiyyə Komitəsinin sədri,

1930-cu ildə Nuxa Okruq İcraiyyə Komitəsinin sədri,

1930 – 1932-ci illərdə Nuxa Şəhər Sovetinin sədri,

1932 – 1933-cü illərdə Azərbaycan İpəkçilik Trestinin direktoru,

1933-cü ildən isə Nuxa Maşın-Traktor Stansiyasının (MTS) direktoru olub.

1937-ci ilin fevral ayında Lenin adına Nuxa İpək Kombinatının direktoru idi.

1940-cı ildə həbsdən çıxdıqdan sonra Lenin adına Nuxa İpək Kombinatında sex rəisi, Nuxa kommunal təsərrüfat idarəsində təmir kontorunun direktoru vəzifəsində çalışıb.

1957-ci ildə altıncı çağırış Nuxa rayon zəhmətkeş deputatları Sovetinin birinci sessiyasında rayon kommunal təsərrüfat şöbəsinin müdiri vəzifəsinə təsdiq edilib.

1959-cu ildə fərdi pensiyaçı idi.

Siyasi fəaliyyəti[redaktə | HTML redaktə]

1920-ci ildən kommunist partiyasının üzvü olub.

1922-ci ilin sonunda Moskvada keçirilmiş Ümumittifaq sovetlər qurultayında iştirak edib.

1937-ci ildə həbs olunduqdan sonra partiyadan xaric edilib. Sonralar partiyaya bərpa edilib.

1957-ci ildə1959-u ildə Nuxa şəhər Sovetinə deputat seçilib.

Məhkumluğu[redaktə | HTML redaktə]

3 avqust 1937 – 3 avqust 1940-cu il tarixədək 3 illik həbs cəzası çəkib.

Ədəbi-publisistik fəaliyyəti[redaktə | HTML redaktə]

“Şəki fəhləsi” qəzetində məqalələri dərc olunub, bundan başqa, 1927 və 1928-ci illərdə Nuxa mətbəəsində çap olunmuş 28 səhifəlik “Şəki keçmişdə və imdi” adlı kitabçanın müəllifidir. 1957-ci ildə “Nuxa fəhləsi” qəzetində “İpək kombinatı necə yarandı” başlıqlı xatirələri də dərc olunub.

Vəfatı[redaktə | HTML redaktə]

6 oktyabr 1963-cü il tarixdə – 75 yaşında, Nuxada (indiki Şəki) vəfat edib. Vəfatı münasibəti ilə Nuxada çap olunan “Lenin bayrağı” qəzetində Nuxa şəhər partiya komitəsinin birinci katibi Əbdülrəhim Məmmədovun, Nuxa şəhər sovetinin sədri İsmət Quliyevanın və digər vəzifəli şəxslərin imzası ilə nekroloq dərc olunub.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. // Şəki fəhləsi : qəzet. — Nuxa, 1930. — В. 30 noyabr. — № 55 (802).
  2. ƏLƏŞRƏF KƏRİMOV = ӘЛӘШРӘФ КӘРИМОВ // Məhyəddin Abbasov (redaktor) Lenin bayrağı : qəzet. — Nuxa: Nuxa mətbəəsi, 1963. — В. 11 oktyabr. — № 131 (263). — Səh. 4.
  3. Tahirzadə Ə.Ş. Ələşrəf Kərimov/İsmayılov; Şəki keçmişdə və imdi // Şəkinin tarixi qaynaqlarda. — Bakı: “Master” nəşriyyatı, 2005. — Səh.: 77 – 83; 194 – 213. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 23 aprel 2021.
  4. Tahirzadə Ə., Manaflı H. Unudulmuş azman - Əliabbas Qədimov. — Bakı: Apostroff, 2012. — Səhifələrin sayı:  204. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 27 aprel 2021.
  5. Kərimov Ə. İpək kombinatı necə yarandı (xatirələrim) (azərb.) // Nuxa fəhləsi : qəzet / Abbasov M.. — Şəki: Nuxa mətbəəsi, 1957. —6 sentyabr  c. — № 104 (5560). — Səh. 2.