Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Aydın Kaşiyev

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Aydın Kaşiyev
Kaşiyev Aydın Rizvan oğlu
Aydın Kaşiyev
Aydın Kaşiyev, 1997-ci il.
Anadan olub 20 aprel 1933(1933-04-20)
Anadan olduğu yer Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat edib 22 avqust 2000 (67 yaşında)
Vəfat etdiyi yer Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Dəfn yeri Şəki, Sona qəbiristanlığı
Uşağı Ləman Kaşiyeva
Atası Rizvan Kaşiyev
Anası Rübabə Hüseynova
Təhsili

 • Azərbaycan Politexnik İnstitutu (–1956)

 • Sov.İKP yanında Ali Partiya Məktəbi (–1964)
Mükafatları Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı

Aydın Kaşiyev (1933–2000) — 1967 – 1970-ci illərdə Azərbaycan KP Nuxa/Şəki şəhər komitəsinin birinci katibi olmuş, həmçinin, 1967-ci ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş şəxs.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

20 aprel 1933-cü il tarixdə Bakıda anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

1956-cı ildə Azərbaycan Politexnik İnstitutunu,

1964-cü ildə isə Sov.İKP yanında Ali Partiya Məktəbini bitirib.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

Aydın Kaşyev 1967-ci ildə (“İpəkçi” qəzetində dərc olunmuş foto).

1956 – 1959-cu illərdə Azərbaycan dəmir yolunda stansiya növbətçisi, dispetçer, stansiya rəisinin baş köməkçisi, mühəndis vəzifələrində işləyib.

1960-ci ildə Azərbaycan KP MK-ya, təlimatçı vəzifəsinə irəli çəkilib.

1964 – 1967-ci illərdə Azərbaycan KP MK-nın partiya orqanları şöbəsində əvvəl məsul təşkilatçı, sonra isə inspektor vəzifəsində çalışıb.

17 fevral 1967-ci il tarixdən 1970-ci ilin oktyabrına qədər Nuxa/Şəki şəhər komitəsinin birinci katibi olub.

İctimai aktivliyi[redaktə | HTML redaktə]

Azərbaycan dəmir yolunda işləyərkən (1956 – 1959) bir neçə dəfə ilk komsomol və partiya təşkilatlarına katib seçilib.

1967-ci ildə Nuxa rayonundan Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. Ali Sovetdə sənaye, nəqliyyat və rabitə komissiyasının üzvü olub.

Vəfatı[redaktə | HTML redaktə]

22 avqust 2000-ci il tarixdə – 67 yaşında, Bakıda vəfat edib. Şəkidə dəfn olunub.

Ailəsi[redaktə | HTML redaktə]

Atası Rizvan Kaşiyev Nuxada və Bakıda uzun müddət müəllim işləmişdir.

Anası Rübabə Hüseynova həkim olub.

Qızı Ləman Kaşiyeva Azərbaycan Dövlət İqtisad Universitetinin dosentidir.

Həmçinin, bax:[redaktə | HTML redaktə]

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Birinci katib (azərb.) // İpəkçi : qəzet. — Nuxa, 1967. — В. 11 mart. — № 8 (874). — Səh. 1.
  2. Məmmədov Ə., Xalıqov F. Kaşıyev Aydın Rizvan oğlu // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 212-213. — 600 nüsx. — ISBN 5-8066-1708-4.