Sabir Abdulla
Sabir Abdulla | |
---|---|
Məmmədov Sabir Abdulla oğlu (rus.: Мамедов Сабир Абдулла оглы) | |
Sabir Abdulla. | |
Doğum tarixi | 15 iyun 1950 |
Doğum yeri | Oravan (indiki Oraban), Nuxa rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfatı | 8 yanvar 2013 (62 yaşında) |
Vəfat yeri | Moskva, Rusiya |
Dəfn yeri | Lobnya qəbristanlığının müsəlmanlara məxsus hissəsində, Moskva ətrafı |
Vətəndaşlığı | SSRİ→ Rusiya |
Təhsili |
• Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutu • M.Qorki adına Moskva Ədəbiyyat İnstitutunu |
Sabir Abdulla (1950–2013) — tanınmış şair və bədii tərcüməçi, Rusiyanın və Azərbaycanın yazıçılar birliklərinin üzvü.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
15 iyun 1950-ci il tarixdə Nuxa rayonunun Oravan (indiki Oraban) kəndində anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
Oraban kənd məktəbində,
Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunda,
M.Qorki adına Moskva Ədəbiyyat İnstitutunda təhsil alıb.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
Rusiyanın Dövlət Tarix Muzeyində işləyib.
Yaradıcılığı[redaktə | HTML redaktə]
Ədəbi yaradıcılığa şeir yazmaqla başlayıb. 5 kitabı çap olunub. O cümlədən, Moskvada azərbaycanca çap olunmuş çağdaş rus şairlərindən Vladimir Boyarinovun “Həyat qapıları” və İvan Qolubniçin “Nisgilli mələk” şeir kitablarının tərcüməçisidir.
Təltif və mükafatları[redaktə | HTML redaktə]
V.D.Sıbin adına ədəbiyyat mükafatı, – 2005-ci ildə Moskvada çapdan çıxmış “Jivi i pomni” (“Yaşa və xatırla”) şeirlər kitabına görə.
Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin fəxri fərmanı.
Digər[redaktə | HTML redaktə]
Rusiyanın Petrovski elm və mədəniyyət Akademiyasının müxbir üzvü və Rusiya Federasiyası “Doveriya” prezident klubunun koordinasiya şurasının üzvü oub.
Ailəsi[redaktə | HTML redaktə]
2 övladı olub.
Vəfatı[redaktə | HTML redaktə]
8 yanvar 2013-cü il tarixdə – 63 yaşında, Moskvada vəfat edib. Moskva ətrafında – Lobnya qəbristanlığının müsəlmanlara məxsus hissəsində, dəfn olunub.
Xatirəsi[redaktə | HTML redaktə]
19 fevral 2013-cü il tarixdə Moskvadakı «Baku» kinoteatrında xatirə gecəsi keçirilib.
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Afaq Şıxlı (12.01.2013). ""Şair öldü" deyərsiz!". https://shahriyar.ru/ (azərb.). “Şəhriyar” Ədəbi-Mədəni Cəmiyyəti. 7 Jan 2021 tarixində arxivləşdirilib.
- Əliş Əvəz Ürəklərə köçən şair - Moskvada vəfat edən azərbaycanlıı şairin xatirəsinə (azərb.) // Türküstan : qəzet. — 2013. — В. 20 – 26 yanvar. — Səh. 15. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 7 yanvar 2021.
- "В Москве состоялся вечер памяти азербайджанского поэта Сабира Абдуллы". https://az.sputniknews.ru/ (русский). Sputnik. 19.02.2013. 7 Jan 2013 tarixində arxivləşdirilib.
- Orsər R. Sabir Abdulla // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I cild. — Səhifələrin sayı: 856. — Səh.: 522-525. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- S
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış şair və yazıçılar
- 1950-ci ildə doğulanlar
- 15 iyunda doğulanlar
- İyunda doğulanlar
- 8 yanvarda vəfat edənlər
- Yanvarda vəfat edənlər
- 2013-cü ildə vəfat edənlər
- Şair və yazıçılar
- Şəxslər (ad sırası ilə)
- “Şəkidən gələn səslər” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə