Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Rəfiqə Axundova

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Rəfiqə Axundova
Axundova Rəfiqə Mirhəsən qızı
Rəfiqə Axundova
Rəfiqə Axundova.
Doğum tarixi 1 aprel 1925(1925-04-01)
Doğum yeri Nuxa (indiki Şəki), Şəki qəzası, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 11 fevral 2010 (84 yaşında)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili

 • Azərbaycan Tibb İnstitutu, müalicə-profilaktika fakültəsi (1943–1948)

 • Azərbaycan Tibb İnstitutu, göz xəstəlikləri kafedrası, kliniki ordinatura (1956–)

 • Azərbaycan SSR Elmi-Tədqiqat Oftalmologiya İnstitutu, aspirantura (1961–1964)
Atası Mirhəsən Axundov
Mükafatları Səhiyyə əlaçısı (SSRİ)
"Əmək veteranı" medalı
Adının digər versiyaları Refiqe Axundova, Rafiqa Axundova, Refiqe Axundova, Rafiqe Axundova, Рафига Ахундова, Рафиге Ахундова, Рефиге Ахундова, Рефига Ахундова, Рәфигә Ахундова

Rəfiqə Axundova (1925–2010) — tanınmış oftalmoloq həkim və pedaqoq, tibb elmləri namizədi, Azərbaycan Tibb Universitetinin dosenti.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

1 aprel 1925-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

1933 – 1934-cü illərdə Nuxa şəhər 7 №-li orta məktəbində,

1934 – 1943-cü illərdə Bakı şəhər 171 №-li orta məktəbində,

1943 – 1948-ci illərdə Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində,

1956-cı ildən Azərbaycan Tibb İnstitutunun göz xəstəlikləri kafedrasının kliniki ordinaturasında,

1961 – 1964-cü illərdə isə Azərbaycan SSR Elmi-Tədqiqat Oftalmologiya İnstitutunun aspiranturasında təhsil alıb.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

1948-ci ildə təyinatla Quba rayon xəstəxanasına həkim-terapevt göndərilib.

1964-cü ildən Azərbaycan Tibb İnstitutunun göz xəstəlikləri kafedrasında əvvəl həkim baş laborant, sonra assistent, daha sonra dosent,

Elmi fəaliyyəti[redaktə | HTML redaktə]

1967-ci ildə “Traxomanın çətin sağalan III stadiyasının konkrementlərlə müşahidə olunan formasının klinika, patomorfologiya, histokimyəvi dəyişiklikləri və müalicəsi” mövzusunda dissertasiyasını müdafiə edib.

76 elmi məqalənin və akademik U.S.Musabəyli ilə birgə yazılmış “Refraksiya akkomodasiya və optiki şüşələrin təyini” adlı dərsliyin müəllifidir (Bakı, Tibb İnstitutunun mətbəəsi, 1977).

Təltif və mükafatları[redaktə | HTML redaktə]

Vəfatı[redaktə | HTML redaktə]

11 fevral 2010-cu il tarixdə – 84 yaşında, Bakıda vəfat edib.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. Axundova Rəfiqə // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 57-58. — 1.000 nüsx.
  2. Mete Ə. Tibb elmləri doktoru və namizədi olan həkimlər haqda qısa məlumat // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 367. — 500 nüsx.