Diqqət! Saytın stabil versiyası www.sheki.org domenində fəaliyyət göstərir. Burada səhifə xətaları ola bilər...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Mirhəsən Axundov

Şəki Ensiklopediyası materialı
Naviqasiyaya keç Axtarışa keç
......
Mirhəsən Axundov
Axundov Mirhəsən Mirabdulla oğlu
Mirhəsən Axundov
Mirhəsən Axundov.

Mirhəsən Axundov (1893–1988) — tanınmış ticarətçi, Azərbaycan SSR əməkdar iqtisadçısı. Biologiya elmləri doktoru, professor Mirəli Axundovun qardaşı, tibb elmləri namizədi, dosent Rəfiqə Axundovanın isə atasıdır.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

1893-cü ildə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1905-ci ildə Nuxada yeni açılmış rus-tatar məktəbinə daxil olub.

1924 – 1927-ci illərdə 3 illik Moskva İqtisadiyyat İnstitutunda ali təhsil alıb.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1910-cu ildə Nuxada fəaliyyət göstərən “Kommersiya Bank”ına hesabdar müavini vəzifəsinə işə götürülüb. Daha sonra həmin bankda şöbə müdiri işləyib.

1927 – 1933-cü illərdə Nuxada, Zaqatalada, Qaxda və Balakəndə ticarət sahəsində məsul vəzifələr tutub.

1933-cü ildə Azərittifaqın baş idarəsində plan şöbəsinin baş inspektoru, daha sonra şöbə müdiri,

1941-ci ildə Xaçmaz şöbəsinin müdiri,

1946-cı ildə isə Quba şöbəsinin müdir müavini vəzifəsinə təyin edilib.

1965-ci ildə təqaüdə çıxıb.

Pedaqoji fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1 aprel 1917-ci il tarixdə Nuxada (indiki Şəki) təsis edilmiş Hürriyyəti-maarif cəmiyyətinin idarə heyətinin üzvü olub.

Şəkidə işləyərkən qadınların savadsızlığının ləğvi məqsədi ilə kursların açılması, qadınların ictimai işlərə cəlb olunması, fəal qadınların Bakı şəhərinə oxumağa göndərilməsi işində yaxından iştirak edib. Gələcəkdə tanınmış şəxslər olacaq Bilqeys HəşimzadəSəidə İmanzadə də məhz bu dövrdə Bakıya göndərilmişdi.

Bakıda işləyərkən Kooperativ texnikumunda iqtisadiyyatdan mühazirələr oxuyub.

Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]

Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]

6 aprel 1988-ci il tarixdə – 95 yaşında, Bakıda vəfat edib.

Digər[Vizual/Mobil redaktə | HTML redaktə]

1925-ci ildə Moskvada təhsil alan azərbaycanlı tələbələrlə birlikdə Nəriman Nərimanovun dəfn mərasimində iştirak edib.

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. ... ... // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 42-44. — 600 nüsx. — ISBN 5-8066-1708-4.

Həmçinin, bax:[Vizual/Mobil redaktə | HTML redaktə]


Bildiriş[HTML redaktə]

...