Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Dünyamin Yunusov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Dünyamin Yunusov
Yunusov Dünyamin Nurqələm oğlu
Dünyamin Yunusov
Dünyamin Yunusov.
Doğum tarixi 10 yanvar 1951(1951-01-10)
Doğum yeri Böyük Dəhnə, Nuxa (indiki Şəki) rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 28 mart 2017 (66 yaşında)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
İş yeri Azərbaycan Dillər Universiteti (elmi işlər üzrə prorektor)
Elmi dərəcəsi filologiya elmləri doktoru
Elmi adı professor
Təhsili Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu (1968–1973)

Dünyamin Yunusov (1951–2017) — filologiya elmləri doktoru, professor, Azərbaycan Dillər Universitetinin elmi işlər üzrə prorektoru.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

10 yanvar 1951-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Böyük Dəhnə kəndində anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

1957 – 1967-ci illərdə Böyük Dəhnə kənd orta məktəbində,

1968 – 1973-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda təhsil alıb.

Hərbi xidmətdə[redaktə | HTML redaktə]

1973 – 1974-cü illərdə həqiqi hərbi xidmətdə olub.

Elmi fəaliyyəti[redaktə | HTML redaktə]

1985-ci ildə “Müasir ingilis dilində “that” bağlayıcılı və onsuz tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlələrin intonasiya variativliyi” mövzusunda namizədlik dissertasiyanı,

2007-ci ildə “Müxtəlifsistemli dillərdə mürəkkəb sintaktik vahidlərin variativliyi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

1973-cü ildən Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dilinin qrammatikası kafedrasında işləməyə başlayıb. O cümlədən, əvvəl müəllim, sonra baş müəllim,

1988-ci ildən dosent,

2008-ci ildən professor vəzifəsini tutub.

25 noyabr 2015-ci il tarixdən 2016-cı ilin dekabrınadək Azərbaycan Dillər Universitetinin rektoru vəzifəsini icra edib.

Digər[redaktə | HTML redaktə]

Azərbaycan Dillər Universitetin “Dil və Ədəbiyyat” jurnalının baş redaktoru olub.

Vəfatı[redaktə | HTML redaktə]

28 mart 2017-ci il tarixdə – 66 yaşında, Bakıda vəfat edib.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. Yunusov Dünyamin // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 556-557. — 1.000 nüsx.
  2. ADU-nun prorektoru Dünyamin Yunusov vəfat edib : [arx. 29 Mar 2017 - 13 Jun 2017] // [Trend ttps://az.trend.az/]. — 2017. — 29 mart. — Müraciət tarixi: 09.01.2022.