Məcid Rəsulov
Məcid Rəsulov | |
---|---|
Rəsulov Məcid Lətif oğlu | |
Məcid Rəsulov. | |
Doğum tarixi | 6 iyul 1916 |
Doğum yeri | Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | 11 fevral 1993 (76 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elm sahəsi | riyaziyyat |
İş yeri | M.Rəsulzadə adına Bakı Dövlət Universiteti, riyazi fizika tənlikləri kafedrası, müdir |
Elmi dərəcəsi | fizika-riyaziyyat elmləri doktoru |
Elmi adı | professor |
Təhsili |
Azsənaye Şurasının Nuxa Sənaye Texnikumu (1932–) V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu, fizika-riyaziyyat fakültəsi (1934–1938) S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, aspirantura (1938,–) və Ukrayna SSR Elmlər Akademiyasının Lvov filialı, aspirantura |
Üzvlüyü | AMEA-nın həqiqi üzvü |
Mükafatları |
|
Məcid Rəsulov (1916–1993) — tanınmış riyaziyyatçı alim, fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan SSR əməkdar elm xadimi, M.Rəsulzadə adına Bakı Dövlət Universitetinin riyazi fizika tənlikləri kafedrasının müdiri.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
6 iyul 1916-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub. Atası Hacı Lətif Rəsul oğlu o dövrün məşhur ipək sənayeçisi idi.
1928-ci ildə atası Hacı Lətif ailəsi ilə birlikdə Tsxmok qəsəbəsinə (Gürcüstan SSR) sürgün olunub. Daha sonra isə Hacı Lətif ailəsi ilə birlikdə Aral dənizindəki Kokaral adasına (Qazaxıstan MSSR) sürgün olunub və o, 1930-cu ildə orada da vəfat edib. Bundan sonra isə mərhum Hacı Lətifin bütün ailəsi, o cümlədən, Məcid Rəsulov da Nuxaya qayıdıb.
Təhsili[redaktə | HTML redaktə]
1923 – 1928-ci illərdə və 1932-ci ildə Nuxada, yeddiillik məktəbdə təhsil alıb[qeyd 1].
1932-cu ildə Azsənaye Şurasının Nuxa Sənaye Texnikumuna daxil olub[qeyd 2].
1934 – 1938-ci illərdə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsində təhsil alıb; institutu birinci dərəcəli diplomla bitirib.
1938-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin aspiranturasına daxil olub, lakin bundan az sonra hərbi xidmətə çağırıldığına görə aspirant təhsilini yalnız Böyük Vətən müharibəsinin (1941 – 1945) bitməsindən sonra Ukrayna SSR Elmlər Akademiyasının Lvov filialında tamamlaya bilib[qeyd 3].
Hərbi xidmətdə[redaktə | HTML redaktə]
1939-cu ildə hərbi xidmətə çağırılıb. Sovet-fin müharibəsində iştirak edib, 293-cü atıcı diviziyanın 393-cü artilleriya alayının hesablayıcı bölməsinin komandiri olub. 1941-ci ilin may ayında hərbi xidmətdən tərxis edilsə də 22 iyun 1941-ci il tarixdə Böyük Vətən müharibəsinin başlamasından sonra yenidən hərbi xidmətə çağırılıb, qızğın döyüşlərin iştirakçısı olub və bir dəfə yaralanıb. 1943-cü ildə baş leytenant rütbəsi alıb və Böyük Vətən müharibəsinin sonuna kimi artilleriya alayının batareya komandiri vəzifəsində xidmət edib. Hərbi xidmət dövründə iki medalla təltif olunub.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
1945 – 1953-cü illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin riyazi analiz kafedrasında işləyib, o cümlədən,
1945 – 1951-ci illərdə əvvəl müəllim, sonra baş müəllim,
1951 – 1953-cü illərdə isə dosent vəzifəsini tutub.
1953 – 1960-cu illərdə Lvov Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində işləyib, o cümlədən,
1953 – 1959-cu illərdə dosent,
1959 – 1960-cı illərdə isə professor vəzifəsini tutub.
1960 – 1993-cü illərdə yenidən S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinində/M.Rəsulzadə adına Bakı Dövlət Universitetində işləyib, o cümlədən,
1960 – 1964-cü illərdə ümumi riyaziyyat,
1964 – 1993-cü illərdə isə riyazi fizika tənlikləri kafedrasının müdiri olub.
Elmi fəaliyyəti[redaktə | HTML redaktə]
1949-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Elmi Şurasında “Differensial tənliklər üçün bəzi qarışıq məsələlərin çıxıqlar üsulu ilə həllinin tədqiqi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
1950-ci ildə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini alıb.
1951-ci ildə dosent elmi adını alıb.
1960-cı ildə V.A.Steklov adına Riyaziyyat İnstitutunda (Moskva) “Xüsusi törəməli xətti diferensial tənliklər üçün sərhəd və qarışıq məsələlərin həlli üçün çıxıqlar üsulu” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib və fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini alıb.
1961-ci ildə professor elmi adını alıb.
1964-cü ildə Moskvada çap edilmiş “Kontur inteqralı üsulu” adlı fundamental monoqrafiyası o dövrdə SSRİ riyaziyyatçılarının stolüstü kitabına çevrilib və dərslik kimi sovet ali məktəblərində tədris edilib. 1967-ci ildə isə həmin monoqrafiya İngiltərə Kral Riyaziyyat Cəmiyyətinin sifarişi ilə ingilis dilinə tərcümə olunub.
1968-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü,
1983-cü ildə isə həqiqi üzvü seçilib.
3 elmlər doktorunun, 25 elmlər namizədinin elmi rəhbəri olub.
Təltif və mükafatları[redaktə | HTML redaktə]
- “Qafqazın müdafiəsinə görə” medalı (01.05.1944)[1] — döyüş şücaətinə görə;
- “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalı (09.05.1945);
- Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı (07.04.1970);
- “Sosializm yarışının qalibi” döş nişanı (1974);
- “Əmək veteranı” medalı (29.6.1979);
- “Qırmızı Əmək Bayrağı” ordeni (03.10.1980) — Sosializm quruculuğu və SSR İttifaqının müdafiəsi sahəsində xüsusi xidmətlərinə görə;
- II dərəcəli “Vətən Müharibəsi” ordeni (11.03.1985)[2] — Alman-faşist işğalçılarına qarşı mübarizədə göstərilən igidlik, dözüm və mərdliyə və 1941 – 1945-ci illər Böyük Vətən müharibəsində Sovet xalqının Qələbəsinin 40-cı ildönümünə görə;
- “Azərbaycan SSR əməkdar elm xadimi” fəxri adı (21.03.1989).
Vəfatı[redaktə | HTML redaktə]
11 fevral 1993-cü il tarixdə – 76 yaşında, Bakıda vəfat edib. Bakıda – Birinci Fəxri xiyabanda dəfn olunub.
Xatirəsi[redaktə | HTML redaktə]
Şəkidə bir küçəyə adı verilib.
2016-cı ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şəkidə 100 illik yubileyi keçirilib.
Qeydlər[redaktə | HTML redaktə]
- ↑ 1923-cü ildə Məcid Rəsulov Nuxada 7 illik məktəbin 1-ci sinfinə daxil olub. 1928-ci il martın 16-da beşinci sinifdə oxuyarkən atası Hacı Lətif həbs olunub və bütün əmlakı müsadirə edilib. Daha sonra ailəsi ilə birgə 8 il müddətinə Qazaxıstana sürgün olunub. Hacı Lətif 1930-cu ildə sürgündə vəfat edib. Bundan sonra ailəsi Nuxaya qayıdıb və Məcid Rəsulov Nuxada 7 illik məktəbin altıncı sinfində təhsilini davam etdirməyə başlayıb; bir il ərzində ikiillik tədris kursunu mənimsəyərək, məktəb şəhadətnaməsini alıb.
- ↑ Nuxa Sənaye Texnikumu 1934-cü ildə bakıya köçürülüb.
- ↑ Böyük Vətən müharibəsindən (1941 – 1945) sonra Məcid Rəsulovun elmi rəhbəri professor Y.B.Lopatinski Ukrayna SSR-nin Lvov şəhərinə köçüb və Məcid Rəsulova aspirantura təhsilini Ukrayna Elmlər Akademiyasının Lvov filialında davam etdirməsini təklif edib. Məcid Rəsulov bu təklifi qəbul edib və aspirant təhsilini Lvovda davam etdirib.
İstinadlar[redaktə | HTML redaktə]
- ↑ "Расулов Меджид Лятифович (Латифович)" (русский). Подвиг народа. İstifadə tarixi: 2017-03-14. (#parameter_ignored)
- ↑ "Расулов Меджид Лятифович" (русский). Подвиг народа. İstifadə tarixi: 2017-03-14. (#parameter_ignored)
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Rəsulov Məcid Lətif oğlu // Azərbaycan Sovet Ensiklopediyası : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1984. — VIII cild. — Səhifələrin sayı: 608. — Səh.: 137-138. — 80.000 nüsx.
- Məmmədov Ə., Xalıqov F. Rəsulov Məcid // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 470-472. — 1.000 nüsx.
- "Vəfat etmiş həqiqi üzvlər/Rəsulov Məcid Lətif oğlu". http://science.gov.az (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası. 11 Sep 2018 – 7 Aug 2020 tarixində arxivləşdirilib.
- Mərdanov M., Həsənova A. Görkəmli alim və şəxsiyyət (azərb.) // 525-ci qəzet : qəzet. — 2016. — В. 2 iyul. — Səh. 10 – 11. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 11 fevral 2021.
- "Akademik Məcid Lətif oğlu Rəsulov". http://www.imm.az/ (azərb.). Riyaziyyat və Mexanika İnstitutu. 05/10/2015. 27 May 2016 - 4 Feb 2020 tarixində arxivləşdirilib.
Həmçinin, bax:[redaktə | HTML redaktə]
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- M
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış görkəmli şəxslər
- Şəkidən çıxmış Böyük Vətən müharibəsi iştirakçıları
- Şəkidən çıxmış pedaqoqlar
- 1916-cı ildə doğulanlar
- 6 iyulda doğulanlar
- İyulda doğulanlar
- 11 fevralda vəfat edənlər
- Fevralda vəfat edənlər
- 1993-cü ildə vəfat edənlər
- Azərbaycan SSR əməkdar elm xadimləri
- "Qırmızı Əmək Bayrağı" ordeni (SSRİ) laureatları
- II dərəcəli Vətən Müharibəsi Ordeni laureatları
- "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif edilənlər
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər
- Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı ilə təltif edilənlər
- "Əmək veteranı" medalı ilə təltif edilənlər
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- ASE-yə istinad olunan məqalələr
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə