Nurpaşa Hümmətov

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.
Şəki Ensiklopediyası materialı
Nurpaşa Hümmətov
Hümmətov Nurpaşa Ömər oğlu
Nurpaşa Hümmətov
Nurpaşa Hümmətov.
Doğum tarixi 12 may 1923(1923-05-12)
Doğum yeri Oxud, Şəki qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfatı 1989(1989-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00) (65 yaşında)
Dəfn yeri Oxud, Şəki rayonu
Təhsili

 • Nuxa Pedaqoji Texnikumu (1938–1941)

 • V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu, dil-ədəbiyyat fakültəsi (–1954)
Mükafatları Azərbaycan SSR qabaqcıl maarif xadimli

Nurpaşa Hümmətov (1923–1989) — tanınmış pedaqoq-alim, pedaqogika elmləri namizədi, şair və yazıçı. Uzun müddət Oxud kənd orta məktəbində müəllim və direktor vəzifəsində çalışıb.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

12 may 1923-cü il tarixdə Şəki qəzasının Oxud kəndində anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1931 – 1938-ci illərdə Oxud kənd məktəbində,

1938 – 1941-ci illərdə Nuxa Pedaqoji Texnikumunda,

1948 – 1954-cü illərdə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsində təhsil alıb.

Hərbi xidmətdə[Vizual/Mobil redaktə | HTML redaktə]

1941-ci ildə hərbi xidmətə çağırılıb. Böyük Vətən müharibəsi iştirakçısıdır.

1943-cü ildə döyüşlərdə ağır yaralandığına görə ordudan tərxis olunub.

Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1971-ci ildə professor Bəşir Əhmədovun elmi rəhbərliyi ilə “V – VII siniflərdə azərbaycan dili dərslərində şagirdlərin rabitəli nitq vərdişlərini inkişaf etdirmək yolları” mövzusunda dissertasiya müdafiə edib.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1943 – 1945-ci illərdə Baltalı kənd məktəbində müəllim,

1946 – 1947-ci illərdə Nuxa şəhər 1 saylı uşaq evində pioner baş dəstə rəhbəri və tərbiyəçi,

1948 – 1989-cu illərdə Oxud kənd orta məktəbində əvvəl ibtidai sinif müəllimi, sonra dil-ədəbiyyat müəllimi,

1969 – 1985-ci illərdə isə direktor vəzifəsində çalışıb.

İkinci iş yerləri[Vizual/Mobil redaktə | HTML redaktə]

1980-cı illərdə Şəki şəhər Müəllimləri Təkmilləşdirmə İnstitutunda müəllim,

1988 – 1989-cu illərdə Azərbaycan SSR EA Şəki Zona Elmi Bazasında Folklorşünaslıq və el sənətləri laboratoriyasının rəhbəri vəzifəsində çalışıb.

Ədəbi yaradıcılığı[Vizual/Mobil redaktə | HTML redaktə]

Ədəbi yaradıcılığa erkən yaşlarında başlayıb.

1950 –1980-ci illərdə Şəki ədəbi mühitinin tanınmış qələm sahiblərindən biri olub. Dövri-mətbuatda çoxlu sayda şeir, oçerk və publisist məqalələri çap olunub. 250 şer, 150 məqalə, bir çox oçerk və monoqrafiyanın və “Tanrıdan diləyim” adlı kitabın müəllifidir.

Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]

  • “Azərbaycan SSR qabaqcıl maarif xadimi” döş nişanı;

Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]

1989-cu ildə – 65 yaşında vəfat edib. Oxud kəndinin kənd qəbiristanlığında dəfn olunub.

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. Hümmətov Nurpaşa // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 254-255. — 1.000 nüsx.
  2. Şükürov R., Orsər R. Hümmətov Nurpaşa Ömər oğlu // İşıq məbədi. — Bakı: İdeal-Print, 2010. — Səhifələrin sayı:  310. — Səh.: 184. — (Ş 4702060200). — 1.000 nüsx. — ISBN 978995244710.
  3. Maisqızı M. 3.5.2.3. Nurpaşa müəllimin məktəbi — Oxut kənd tam orta məktəbi. III FƏSİL. ŞƏKİNİN TƏHSİLİ MÜSTƏQİLLİK İLLƏRİNDƏ // Şəkidə təhsil: tarix, inkişaf yolu. — AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu. — Bakı, 2015. — Səhifələrin sayı:  542. — Səh.: 258.
  4. Orsər R. Nurpaşa Hümmətov // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 260-264. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.