Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Firədun İbrahimov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Firədun İbrahimov
İbrahimov Firədun Nadir oğlu
Firədun İbrahimov
Firədun İbrahimov.
Doğum tarixi 5 fevral 1952 (1952-02-05) (72 yaş)
Doğum yeri Qudula, Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Elm sahəsi geologiya
İş yeri Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı, kafedra müdiri.
Elmi dərəcəsi pedaqoji elmlər doktoru
Elmi adı professor
Təhsili

 • V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu (–1972)

 • aspirantura (–1982)
Mükafatları "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adı

Firədun İbrahimov — pedaqoji elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar müəllimi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının kafedra müdiri, AMEA Şəki Regional Elmi Mərkəzinin aparıcı elmi işçisi.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

5 fevral 1952-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Qudula kəndində anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

1968-ci ildə Nuxa şəhər M.Füzuli adına 3 №-li orta məktəbini,

1972-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunu,

1982-ci ildə aspiranturanı bitirib.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

1972 – 1973-cü illərdə Təpəcənnət kənd məktəbində müəllim,

1973 – 1982-ci illərdə Baltalı kənd məktəbində müəllim və direktor,

1983 – 2000-ci illərdə Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması İnstitutunun Şəki filialında direktor,

2000 – 2005-ci illərdə Şəki şəhər İcra hakimiyyəti aparatında şöbə müdiri,

2005 – 2012-ci illərdə Şəki Şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb.

2012-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında kafedra müdiridir.

İkinci iş yeri[redaktə | HTML redaktə]

AMEA Şəki Regional Elmi Mərkəzinin aparıcı elmi işçisidir.

Elmi fəaliyyəti[redaktə | HTML redaktə]

1982-ci ildə “Riyaziyyatın tədrisi prosesində şagirdlərin fəza təsəvvürlərinin formalaşdırılması problemi” mövzusunda namizədlik dissertasiyasını,

2006-cı ildə isə “Təlim prosesində alqoritmik və evristik fəaliyyətlərin optimal münasibətlərinin əsasları” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

144 elmi məqalənin müəllifidir. O cümlədən, 15 məqaləsi xarici elmi nəşrlərdə çap olunub.

Təltif və mükafatları[redaktə | HTML redaktə]

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. İbrahimov Firədun // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 195-197. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
  2. "Şəki REM-in elmlər doktorları/İbrahimov Firədun Nadir oğlu". http://www.science.gov.az (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası. 15 Jul 2017 – 21 Jul 2020 tarixində arxivləşdirilib.