Ləman Vaqifqızı
Ləman Vaqifqızı | |
---|---|
Süleymanova Ləman Vaqif qızı | |
Ləman Vaqifqızı. | |
Doğum tarixi | 14 oktyabr 1977 |
Doğum yeri | Balakən, Azərbaycan SSR, SSRİ |
Elm sahəsi | filologiya |
İş yeri | AMEA Folklor İnstitutu, Təhsil şöbəsi (müdir) |
Elmi dərəcəsi | filologiya üzrə fəlsəfə doktoru |
Elmi adı | dosent |
Təhsili |
• M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin Şəki filialı, filologiya fakültəsi (1995–1999) • Bakı Dövlət Universiteti, filologiya fakültəsi, magistratura, folklor və mifologiya ixtisası (1999–2001) • AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu, aspirantura, folklor və mifologiya ixtisası (2002–2005) |
Ləman Vaqifqızı (Ləman Süleymanova) — filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Folklor İnstitutunun Təhsil şöbəsinin müdiri.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
14 oktyabr 1977-ci il tarixində Balakəndə anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
1983 – 1994-cü illərdə Şəki rayon Cumakənd kənd orta məktəbində,
1995 – 1999-cu illərdə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin Şəki filialının filologiya fakültəsində,
1999 – 2001-ci illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin magistraturasında (folklor və mifologiya ixtisası üzrə),
2002 – 2005-ci illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına (folklor və mifologiya ixtisası üzrə) təhsil alıb.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
2000-ci ildən AMEA Folklor İnstitutunda işləyir; əvvəlcə baş laborant, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, sonra isə aparıcı elmi işçi olub.
2011 – 2014-cü illərdə Azsaylı xalqların folkloru bölməsinə rəhbərlik edib.
2021-ci ildən Təhsil şöbəsinin müdiridir.
İkinci iş yerləri[redaktə | HTML redaktə]
2008 – 2009-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun,
2008 – 2011-ci illərdə Bakı Avrasiya Universitetinin,
2009 – 2010-cu illərdə Azərbaycan Dillər Universitetinin,
2009 – 2012-ci illərdə Azərbaycan Turizm Universitetinin bakalavr və magistr pillələrində mühazirə və seminar dərslərini aparıb.
Elmi fəaliyyəti[redaktə | HTML redaktə]
2008-ci ildə “Şəki folklor mühiti” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
2012-ci ildə dosent elmi adını alıb.
80-dən artıq elmi məqaləsi Azərbaycanın və müxtəlif xarici ölkələrin elmi dərgilərində çap olunub.
Müxtəlif beynəlxalq və yerli elmi konfranslarda məruzə edib.
7 kitabı çap olunub:
- Şəki folklor mühiti. Bakı, “Elm və təhsil”, 2012, 248 səh.;
- Qarabağ: folklor da bir tarixdir (Cəbrayıl, Kəlbəcər və Tərtər rayonlarından toplanmış folklor örnəkləri). VI kitab. Bakı, “Zərdabi LTD” MMC, 2013, 468 səh.;
- Qarabağ: folklor da bir tarixdir (Xocavənd rayonundan toplanmış folklor örnəkləri). VII kitab. Bakı, “Zərdabi LTD” MMC, 2014, 444 səh.;
- Şəki folklor örnəkləri. II kitab. Bakı “Elm və təhsil”, 2014, 408 səh.;
- Şəki folklor örnəkləri. III kitab. Bakı “Elm və təhsil”, 2016, 364 səh.;
- Azərbaycan bayatıları. Bakı, “Şərq-Qərb”, 2017, 423 səh.;
- Dambur ifaçılığı və hayla yaradıcılığı. Bakı, “Elm və təhsil”, 2020, 264 səh.
Bir neçə kitabın elmi redaktorudur. AMEA Folklor İnstitutunun nəzdində nəşr olunan “Dədə Qorqud” adlı elmi-ədəbi toplunun 2006-2012-ci illər ərzində ədəbi işçilərindən biri olub. İKT üzrə Milli Strategiya layihəsi çərçivəsi daxilində Azərbaycan dilində orfoqrafiyasının yoxlanması üçün proqram sisteminin (Spell Check) hazırlanmasında dilçi-ekspert kimi iştirak edib.
“Bayatı yaradıcılığında kontekst, funksiya və variantlaşma” adlı doktorluq dissertasiyasının üzərində işləyir.
Digər[redaktə | HTML redaktə]
AMEA Folklor İnstitutunun nəzdində 5719.01 folklorşünaslıq ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən FD.01.201 Dissertasiya Şurasının Elmi Seminarının üzvüdür.
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Məmmədov Ə., Xalıqov F. Vaqifqızı Ləman // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 365-366. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
- Orsər R. Ləman Vaqifqızı // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I cild. — Səhifələrin sayı: 856. — Səh.: 788. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
- Folklor İnstitutunun fəlsəfə doktorları : Süleymanova Ləman Vaqif qızı : [arx. 6 Jun 2021 - 6 Jun 2021] // Azərbaycan Milli Elmlər Akademiyası. — Müraciət tarixi: 13.10.2021.
- Ləman Vaqif qızı Süleymanova : [arx. 3 Mar 2017 - 15 Feb 2020] // [ttp://www.folklor.az/ Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu]. — Müraciət tarixi: 13.10.2021.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- L
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış pedaqoqlar
- 14 oktyabrda doğulanlar
- Oktyabrda doğulanlar
- 1977-ci ildə doğulanlar
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- “Şəkidən gələn səslər” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə