Məmməd Bürcəliyev
Məmməd Bürcəliyev | |
---|---|
Bürcəliyev Məmməd İsmayıl oğlu | |
Məmməd Bürcəliyev. | |
Doğum tarixi | 25 aprel 1914 |
Doğum yeri | Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | 25 noyabr 1994 (80 yaşında) |
Vəfat yeri | Gəncə, Azərbaycan |
Dəfn yeri | Gəncə, Azərbaycan |
Vətəndaşlığı | Rusiya İmperiyası→ Azərbaycan Cümhuriyyəti→ SSRİ→ Azərbaycan |
Həyat yoldaşı | Sədayə Mustafayeva |
Uşağı | Anar Bürcəliyev |
Peşəsi | aktyor |
Təhsili | N.K.Krupuskaya adına Moskva Dövlət İncəsənət Universiteti, teatr aktyoru və rejissoru fakültəsi (1967–1968) |
Fəaliyyət illəri | 1935–1994 |
Teatr | Gəncə Dövlət Dram Teatrı |
Mükafatları |
Məmməd Bürcəliyev (1914–1994) — tanınmış teatr aktyoru, Azərbaycan SSR xalq artisti. Həmçinin, “Azərbaycanfilm”in istehsalı olan bir neçə bədii filmdə də rol oynayıb.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
25 aprel 1914-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
1932-ci ildə 5-illik orta təhsilini başa vurub və Karl Libknext adına fabrik-zavod məktəbinə daxil olub.
1967 – 1968-ci illərdə N.K.Krupuskaya adına Moskva Dövlət İncəsənət Universitetinin teatr aktyoru və rejissoru fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
1932 – 1935-ci illərdə Nuxa Dövlət Dram Teatrında,
1935 – 1994-cü illərdə isə Kirovabad/Gəncə Dövlət Dram Teatrında çalışıb.
Digər[redaktə | HTML redaktə]
1948-ci ildə “Yadigar” adlı bir dram əsəri qələmə alıb. Bu dram əsəri 1948-ci ildə SSRİ-də keçirilmiş “Müasir dramaturqların əsərlərinə baxış” festivalında 3-cü dərəcəli mükafata layiq görülüb.
Dövri-nəşrlərdə 75-dən artıq məqalə, resenziya və oçerki çap olunub.
Təltif və mükafatları[redaktə | HTML redaktə]
- “Azərbaycan SSR əməkdar artisti” fəxri adı – 24 iyul 1955-ci il.
- “Azərbaycan SSR xalq artisti” fəxri adı – 20 may 1958-ci il.
Vəfatı[redaktə | HTML redaktə]
25 noyabr 1994-cü il tarixdə – 80 yaşında, Gəncədə vəfat edib.
Xatirəsi[redaktə | HTML redaktə]
Gəncə Dövlət Dram Teatrının yerləşdiyi köhnə Kutaisi küçəsinə onun adı verilmiş, vaxtilə yaşadığı binanın qarşısında xatirə-barelyef lövhəsi vurulmuşdur.
1998-ci ildə “Günəş” nəşriyyatı tərəfindən teatrşünas-tənqidçi Anar Bürcəliyevin “Əsl el adamı” monoqrafiyası çap edilmişdir. Anadan olmasının 95 illik yubileyi münasibəti ilə ANS Televiziyasında onun haqqında “Xoşbəxt bürc altında” televiziya filmi yayımlanmışdır.
Filmoqrafiya[redaktə | HTML redaktə]
- Mən ki gözəl deyildim (film, 1968) – əsgər.
- Dəli Kür (film, 1969) – Allahyar.
- Firəngiz (film, 1975) – Sürücü.
- Gözlə məni (film, 1980) – Bəy.
- Köhnə bərə (film, 1984) – İbrahim.
- Qəm pəncərəsi (film, 1986) – Rəşid bəy.
- O dünyadan salam (film, 1991) – Hacı Baxşəli.
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Məmmədov Ə., Xalıqov F. Bürcəliyev Məmməd // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 75. — 1.000 nüsx.
- Məmməd İsmayıl oğlu // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya : [25 cilddə] (tiraj: 25 000; 592 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. —V c. — Səh. 152-153. — ISBN 978-9952-441-10-9.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- M
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış aktyorlar
- Şəkidən çıxmış görkəmli şəxslər
- Şəkidən çıxmış teatr xadimləri
- 1914-cü ildə doğulanlar
- 25 apreldə doğulanlar
- Apreldə doğulanlar
- 25 noyabrda vəfat edənlər
- Noyabrda vəfat edənlər
- 1994-cü ildə vəfat edənlər
- Azərbaycan SSR əməkdar artistləri
- Azərbaycan SSR xalq artistləri
- Teatr xadimləri
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- AME məqaləsinə istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə