Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Əzəl Sultanov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Əzəl Sultanov
Sultanov Əzəl Cəfər oğlu
Əzəl Sultanov
Əzəl Sultanov.
Doğum tarixi 25 dekabr 1905(1905-12-25)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 1990(1990-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00) (85 yaşında)
Vəfat yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ
Elm sahəsi geologiya
Elmi dərəcəsi geologiya-mineralogiya elmləri doktoru
Elmi adı professor
Təhsili

Azərbaycan Politexnik İnstitutunu, mühən­dis-geoloq ixti­sa­sı üzrə (–1930)

Mos­kva Neft İnstitutu, aspi­ran­tura (1935–)
Üzvlüyü Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü
Mükafatları "Qırmızı Əmək Bayrağı" ordeni

Əzəl Sultanov (1905–1990) — geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

25 dekabr 1905-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

1930-cu ildə mühən­dis-geoloq ixti­sa­sı üzrə Azərbaycan Politexnik İnstitutunu bitirib.

1935-ci ildə Mos­kva Neft İnstitutunun aspi­ran­turasına daxil olub.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

1930 – 1934-cü illərdə Zaqafqaziya geoloji tres­tində geoloji-kəşfiyyat dəstələrinin rəisi vəzifəsində işləyib.

1934-cü ildə Azər­baycan geoloji bürosunun rəisi vəzifəsinə təyin olunub.

1939 – 1945-ci illərdə SSRİ EA Azərbaycan filialının Geologiya İnstitutunda baş elmi işçi,

1945 – 1949-cu və 1958 – 1970-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Geologiya İnstitutunun direktoru,

1952 – 1956-cı illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin elm üzrə prorektoru və Çökmə süxurların petroqrafiyası kafed­rasının müdiri,

1954 – 1955-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Rə­ya­sət Heyəti yanında Məhsuldar Qüvvələri Öyrənən Şuranın sədri olub.

İkinci iş yerləri[redaktə | HTML redaktə]

Uzun müddət S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində və M.Əzizbəyov adına Azər­baycan Neft-Kimya İnsti­tu­tunda dərs deyib.

Elmi fəaliyyəti[redaktə | HTML redaktə]

1939-cu ildə “Naftalan akçaqıl çöküntülərinin litologiyası” mövzusunda namizədlik,

1944-cü ildə isə “Azərbaycanın məhsuldar qatının litologiyası” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

1945-ci il­də professor elmi adını alıb.

1958-ci ildən Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü,

1959-cu ildə isə həqiqi üzvü seçilib.

Bütün elmi fəaliy­yəti geologiyanın vacib məsələlərinin həlli, neft və qaz yataqlarının axtarışı və onların proqnoz qiy­mətlərinin verilməsi, həmçinin çökmə və vulkanogen-çökmə yolla əmələ gə­lən qeyri-filiz yataqlarının və tikinti materiallarının öyrənilməsi ilə əla­qədar olmuş­dur.

300-dən artıq elmi əsərin, o cümlədən bir neçə monoqra­fiya və elmi-kütləvi kitabçanın müəllifidir.

20-dən çox elmlər namizədinin və elmlər doktorunun elmi rəhbəri olub.

Elmi-ictimai aktivliyi[redaktə | HTML redaktə]

SSRİ EA Yer haqqında Elmlər Bölməsinin çökmə süxurlar komi­tə­si­nin üzvü,

Britaniya Krallığı Mineraloji Cəmiyyətinin fəxri üzvü idi.

Təltif və mükafatları[redaktə | HTML redaktə]

Vəfatı[redaktə | HTML redaktə]

1990-cı ildə – 85 yaşında, Bakıda vəfat edib.

Xatirəsi[redaktə | HTML redaktə]

27 dekabr 2005-ci il tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunda anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçirilmişdir.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Sultanov Əzəl Cəfər oğlu // Azərbaycan Sovet Ensiklopediyası  : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1986. — IX  cild. — Səhifələrin sayı:  623. — Səh.: 71. — 80.000 nüsx.
  2. Məmmədov Ə., Xalıqov F. Sultanov Əzəl // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 509-510. — 1.000 nüsx.
  3. "Vəfat etmiş həqiqi üzvlər/Sultanov Əzəl Cəfər oğlu". http://science.az/ (azərb.). Azərbaycan Milli Elmlər Akademiyas. 23 Dec 2020 tarixində arxivləşdirilib.
  4. Murtuzayev S.N Əzəl Cəfər oğlu Sultanov // İlisu (ensiklopedik məlumat kitabı). — İkinci nəşr. — Bakı: Vətən, 2012. — Səhifələrin sayı:  416. — Səh.: 181. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 25 dekabr 2023.