Barat Şəkinskaya
Barat Şəkinskaya | |
---|---|
Şəkinskaya Barat Həbib qızı | |
Barat Şəkinskaya. | |
Doğum tarixi | 28 iyun 1914 |
Doğum yeri | Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | 14 yanvar 1999 (84 yaşında) |
Vətəndaşlığı | Rusiya İmperiyası→ Azərbaycan Cümhuriyyəti→ SSRİ→ Azərbaycan |
Həyat yoldaşları | Mir İbrahim Həmzəyev, Şəmsi Bədəlbəyli və Mehdi Məmmədov |
Atası | Həbib xan Şəkinski |
Anası | Gövhər Şəkinskaya |
Təhsili | Gəncə Pedaqoji Məktəbi (1927–1930) |
Mükafatları | |
IMDb | ID 3528484 |
Barat Şəkinskaya (1914–1999) — məşhur teatr və kino aktrisası, Azərbaycan SSR xalq artisti, ilk azərbaycanlı travist (oğlan rolları oynayan aktrisa).
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
28 iyun 1914-cü il tarixdə Şuşada anadan olub.
1920-ci il avqustun 21-də anası ilə birlikdə Göytəpə kəndinə,
1923-cü ildə isə Gəncəyə köçüblər.
Təhsili[redaktə | HTML redaktə]
1923 – 1927-ci illərdə Gəncə 2 saylı birinci dərəcəli qız məktəbində,
1927 – 1930-cu illərdə isə Gəncə Pedaqoji Məktəbində təhsil alıb.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
1929-cu ildə Gəncə Həmkarlar ittifaqının Fəhlə klubunda aktrisa ştatı üzrə işə qəbul edilib.
1930-cu ildə Sərkər kənd məktəbinə müəllim işləməyə göndərilib.
1933 – 1935 və 1943 – 1944-cü illərdə Gəncə teatrının,
1935 – 1943, 1944 – 1956 və 1960-cı ildən sonra Məşədi Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrının aktyoru olub.
1956 – 1960-cı illərdə isə “Azərbaycanfilm” kinostudiyasında aktrisa, Azərbaycan Dövlət Akademik Filarmoniyasında aparıcı, Azərbaycan televiziyasında diktor vəzifələrində çalışıb.
Mükafatları[redaktə | HTML redaktə]
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 23 aprel 1940.
- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 21 iyul 1949.
Filmoqrafiya[redaktə | HTML redaktə]
- Görüş (film, 1955).
- O olmasın, bu olsun (film, 1956).
- Qızmar günəş altında (film, 1957).
- Kölgələr sürünür (film, 1958).
- Qəribə əhvalat (film, 1960).
- Telefonçu qız (film, 1962).
- Azəri teatrının ustaları (film, 1966).
- Evin kişisi (film, 1978).
- Onun bəlalı sevgisi (film, 1980).
- Üzeyir ömrü (film, 1981).
Vəfatı[redaktə | HTML redaktə]
14 yanvar 1999-cu il tarixdə – 84 yaşında, Bakıda vəfat edib. Bakıda İkinci Fəxri xiyabanda dəfn olunub.
Ailəsi[redaktə | HTML redaktə]
Atası Həbib xan Şəki xanı Səlim xanın nəslindən idi, 1920-ci ildə Azərbaycanda sovet hökumətinin qurulmasından sonra qaçaq düşmüşdür. Anası Gövhər xanım Əbdürrəhim bəy Haqverdiyevin əmisi qızı idi.
Barat Şəkinskaya üç dəfə ailəli olmuşdur:
- 1931-ci il, iyulun 9-da Gəncədə tanınmış həvəskar aktyor və rejissor, Fəhlə klubunun direktoru Mir İbrahim Həmzəyevlə ailə qurub. 1932-ci il mayın 3-də Barat Şəkinskayanın birinci övladı-qızı Solmaz Həmzəyeva anadan olub. İki ildən sonra – 1933-cü ildə, Barat Şəkinskaya ilə Miribrahim Həmzəyev boşanırlar.
- 1936-cı ildə Məşədi Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrının rejissoru Şəmsi Bədəlbəyli ilə ikinci dəfə ailə qurub. Bu nikahdan qızı Rövşanə Bədəlbəyli anadan olub. 1943-cü ildə Barat Şəkinskaya Şəmsi Bədəlbəylidən boşanır.
- 1944-cü ildə Gəncə Dövlət Dram Teatrının baş rejissoru Mehdi Məmmədovla ailə qurub. Bu nikahdan 1946-cı il Elçin Məmmədov doğulub.
Şəkinskilərin nəsil şəcərəsi[redaktə | HTML redaktə]
Səlim xan | Tutu bəyim (İbrahim xanın qızı) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Asiya bəyim | Fəxrunnisə xanım | Hüseyn xan | Hacı xan | Süleyman xan Şəkinski | Hürcahan bəyim | ||||||||||||||||||||||||||||||||||||||||||||||||
Məşədi Məmməd/İsgəndər xan (?) | Əbdül xan | Qasım xan | Cəfər xan | Həsən ağa | Sara bəyim | Tuti bəyim | |||||||||||||||||||||||||||||||||||||||||||||||
Gövhər | Süleyman xan | Əziz xan | Yusif xan | Sitarə bəyim | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
Həbib xan Şəkinski | Ağca bəyim | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Miribrahim Həmzəyev | Şəmsi Bədəlbəyli | Barat Şəkinskaya | Mehdi Məmmədov | Süleyman Hacıyev | Səriyyə Hacıyeva | ||||||||||||||||||||||||||||||||||||||||||||||||
Solmaz Həmzəyeva | Rövşanə Bədəlbəyli | Elçin Məmmədov | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Şəkillər[redaktə | HTML redaktə]
Şəki xanları, yaxud xanzadələri (şərti), — Şəki xan sarayında friz (divar rəfi) üzərində miniatür.
Yusif xan Şəkinski (1887–?).
Həbib xan Şəkinski (1880–1956).
Barat Şəkinskaya (1914–1999).
Elçin Məmmədov (1947–2001).
Xatirəsi[redaktə | HTML redaktə]
3 aprel 2014-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Barat Şəkinskayanın 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirməsi barədə sərəncam (№ 364) imzalamışdır.
17 dekabr 2014-cü il tarixdə isə Azərbaycan Dövlət Musiqili Teatrında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Barat Şəkinskayanın anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilmişdir.
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Kəbutər. Azərbaycan səhnəsinin Cülyettası (azərb.) // Yeni Azərbaycan : qəzet. — Bakı, 2011. — В. 15 yanvar. — Səh. 11. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 20 noyabr 2020.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- B
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış aktyorlar
- Şəkidən çıxmış teatr xadimləri
- Şəkidən çıxmış görkəmli şəxslər
- Şəkinskilər
- 1914-cü ildə doğulanlar
- 28 iyunda doğulanlar
- İyunda doğulanlar
- 14 yanvarda vəfat edənlər
- Yanvarda vəfat edənlər
- 1999-cu ildə vəfat edənlər
- Azərbaycan SSR xalq artistləri
- Azərbaycan SSR əməkdar artistləri
- Teatr xadimləri
- Şəxslər (ad sırası ilə)
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə