Dürrə Məmmədova
Dürrə Məmmədova | |
---|---|
Məmmədova-Kosmodemyanskaya Dürrə Əlabbas qızı rus.: Мамедова-Космодемьянская Дурра Алаббас Гызы | |
Dürrə Məmmədova. | |
Anadan olub | 25 dekabr 1923 |
Anadan olduğu yer | Nuxa (indiki Şəki), Nuxa qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat edib | 1 sentyabr 2005 (81 yaşında)[1], (yaxud 31 avqust[2]) |
Vəfat etdiyi yer | Bakı, Azərbaycan |
Dəfn yeri | Sona qəbiristanlığı, Şəki, Azərbaycan |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Təhsili | Bakı Əczaçılıq Texnikumunu (–1940) |
Mükafatları |
|
Dürrə Məmmədova (1923–2005) — Böyük Vətən müharibəsi iştirakçısı olmuş azərbaycanlı qadın-tibb işçisi, baş leytenant, Azərbaycan SSR əməkdar səhiyyə işçisi, “Florens Naytingel” medalı ilə təltif olunmuş cəmi 12 azərbaycanlı tibb bacısından biri. 1995 və 2000-ci illərdə Moskvada – Qızıl Meydanda, keçirilmiş Qələbə paradların iştirakçısıdır.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
25 dekabr 1923-cü ildə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
1940-cı ildə Bakı Əczaçılıq Texnikumunu bitirib.
Hərbi xidmətdə[redaktə | HTML redaktə]
22 iyun 1941-ci il tarixdə Böyük Vətən müharibəsinin başlamasından sonra könüllü olaraq cəbhəyə gedib. Əvvəlcə Novorossiysk şəhər 43 №-li hərbi-dəniz hospitalının sərəncamına göndərilib, sonra Novorossiysk Hərbi-Dəniz Bazasının sanitar anbarına köçürülüb. Burada tibb işçisi kimi 18-ci Ordunun Qara dəniz hərbi hissələrinin dərmanlarla, sarğı ləvazimatları və tibbi avadanlıqlarla təchizi məsələləri ilə məşğul olmuş, yaralılara da yardım göstərmişdir. Sovet qoşunları Novorossiysk şəhərini tərk etdikdən sonra isə Gəlincik və Karbardinkada döyüş meydanlarında fəaliyyət göstərib.
1948-ci ilədək hərbi qulluqda saxlanılmış, Hərbi-Dəniz Donanmasının 41 və 45 №-hospitallarında aptek müdiri vəzifəsində çalışmışdır.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
1940 – 1941-ci illərdə Nuxadakı 85 №-li aptekdə işləyib.
1948 – 1961-ci illərdə əmək fəaliyyətini Leninqradda, Uzaq Şərqdə, Port-Arturda (ÇXR),
1961-ci ildən isə Bakıda – 329 saylı aptekdə əmək fəaliyyətini davam etdirib.
1978-ci ildə fərdi pensiyaya çıxıb.
İctimai aktivliyi[redaktə | HTML redaktə]
3 dəfə Bakı şəhəri Sovetinə deputat,
2 dəfə SSRİ Müharibə Veteranları Komitəsinin plenumuna üzv seçilib.
Təltif və mükafatları[redaktə | HTML redaktə]
- “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalı[3];
- “Qafqazın müdafiəsinə görə” medalı[3];
- “Qırmızı Ulduz” ordeni (06.11.1945) [4];
- II dərəcəli “Vətən Müharibəsi” ordeni (06.04.1985)[5];
- SSRİ tibb xidməti əlaçısı;
- Azərbaycan SSR əməkdar səhiyyə işçisi (1981);
- Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının ən ali mükafatı olan “Florens Naytingel” medalı (2005).
Maraqlı[redaktə | HTML redaktə]
1998-ci ildə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevlə görüşdə, Heydər Əliyev onun cavan qalmasına və səliqəsinə işarə edərək belə deyib:
Mən səni artıq 30 ildir ki, tanıyıram. Bu müddət ərzində sən heç dəyişməmisən. 30 il əvvəl də elə belə idin. |
Vəfatı[redaktə | HTML redaktə]
1 sentyabr[1] (digər mənbədə 31 avqust[2]) 2005-ci il tarixdə – 81 yaşında, Bakıda vəfat edib. Vəsiyyətinə uyğun olaraq, Şəkidəki Sona qəbiristanlığında dəfn olunub.
İstinadlar və qeydlər[redaktə | HTML redaktə]
- ↑ 1,0 1,1 Память народа-4.
- ↑ 2,0 2,1 Əsədov Q., 2016, s. 64.
- ↑ 3,0 3,1 Память народа-2.
- ↑ Память народа-3.
- ↑ Память народа-5.
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Мамедова Дурра Абассовна : Документы о награждении : [arx. 24.08.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 24.08.2021.
- Мамедова-Космодаменская Дурра Аббасовна : Орден Отечественной войны II степени : [arx. 24.08.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 24.08.2021.
- Мамедова Дурра Аббасовна : Документы о награждении : [arx. 24.08.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 24.08.2021.
- Мамедова-Космодемьянская Дурра Алаббас Гызы : Дополнительные источники : [arx. 24.08.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 24.08.2021.
- Məmmədov Ə., Xalıqov F. Məmmədova-Kosmodemyanskya Dürrə Əlabbas qızı // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 403. — 1.000 nüsx.
- Mete Ə. Şəfqətli döyüşlər // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 355-356. — 500 nüsx.
- Naibə (7 – 10 may, 2011). "Qələbə günündən qələbə gözləntisi". http://anl.az/ (azərb.). “Həftə içi” qəzeti. 23 Dec 2020 tarixində arxivləşdirilib.
- Novruz Aslanov (3 May 2011). "Böyük Hərəkat günü". https://modern.az/ (azərb.). Modern.az. 24 Dec 2020 tarixində arxivləşdirilib.
- Əsədov Q. (Dürrə Məmmədovadan bəhs edilən səhifə) // Şəki və onun təbabət tarixi. — Bakı: Qanun, 2016. — Səh.: 64. — 500 nüsx. — ISBN 978-9952-36-282-4. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 24 dekabr 2020.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- D
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış Böyük Vətən müharibəsi iştirakçıları
- Şəkidən çıxmış həkimlər
- Şəkidən çıxmış hərbçilər
- 1923-cü ildə doğulanlar
- 25 dekabrda doğulanlar
- Dekabrda doğulanlar
- 1 sentyabrda vəfat edənlər
- Sentyabrda vəfat edənlər
- 2005-ci ildə vəfat edənlər
- Azərbaycan SSR əməkdar səhiyyə işçiləri
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər
- "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif edilənlər
- "Qırmızı Ulduz" ordeni laureatları
- II dərəcəli Vətən Müharibəsi Ordeni laureatları
- “Florens Naytingel” medalı ilə təltif olunanlar
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- “O torpağın övladları” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə