Yaqub Mahir
Yaqub Alxasov | |
---|---|
Alxasov Yaqub Mahir oğlu | |
Yaqub Mahir (“Yaqub Mahirin poetik irsi (dövrü, mühiti, həyatı və yaradıcılığı)” kitabının üz qabığındakı şəkli). | |
Doğum tarixi | 27 may 1927 |
Doğum yeri | Oxud, Şəki qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfatı | 25 noyabr 2015 (88 yaşında) |
Vəfat yeri | Şəki, Azərbaycan |
Dəfn yeri | Çöl qəbiristanlığı, Şəki, Azərbaycan |
Atası | Vahab Cəbrayıl oğlu Alxasov |
Anası | Nazilə |
Uşaqları | Vüqar, Xatın, Bahar və Nigar |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Təhsili | Nuxa Kənd Təsərrüfatı Texnikumu (1954–1957) |
Yaqub Mahir (1927–2015) — XX əsrdə və XXI əsrin ilk onilliklərində Şəkidə yaşayıb-yaratmış şair.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
27 may 1927-ci il tarixdə Şəki qəzasının Oxud kəndində, yoxsul ailədə anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
Əvvəl Oxud kənd səkkizillik məktəbində,
1947 – 1948-ci illərdə isə M.Qorki adına Nuxa şəhər 10 №-li orta məktəbində təhsil alıb.
1948-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunsa da 1953-cü ildə universitetdən xaric edilib.
1953-cü ildə Həsən bəy Zərdabi adına Kirovabad Pedaqoji İnstitutuna qəbul olunsa də orada da təhsilini davam etdirə bilməyib.
1954 – 1957-ci illərdə Nuxa Kənd Təsərrüfatı Texnikumunda aqronom ixtisası üzrə təhsil alıb.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
1948-ci ildə bir müddət Sabir adına Nuxa Dövlət Dram Teatrında kütləvi işçi,
1957 – 1963-cü illərdə əvvəl bir müddət ixtisası üzrə Oxud kəndində aqronom-entimoloq, sonra müxtəlif vaxtlarda V.İ.Lenin adına Nuxa İpək Kombinatında çeşidləyici fəhlə, “Şəki fəhləsi” qəzeti redaksiyasında mühasib və digər sahələrdə və müxtəlif vəzifələrdə çalışıb.
1963 – 1988-ci illərdə Şəki şəhər Rabitə Qovşağında texnik işləyib.
Yaradıcılığı[redaktə | HTML redaktə]
1938-ci ildən yaradıcılığa başlayıb. Şeirləri uzun müddət yerli dövri-mətbuatda dərc olunub. 1998-ci ildə “Şəkililər”, 2002-ci ildə “Mahirnamə”, 2015-ci ildə isə “Şəki gözəli” adlı şeir kitabları çap edilib. “Səbuhi” ədəbi məclisinin üzvü olub, satiralarında M.Ə.Sabir, lirik-aşiqanə qəzəllərində Əliağa Vahid, gəraylı və qoşmalarında isə zəngin aşıq şeiri ənənələrini davam etdirib.
Digər[redaktə | HTML redaktə]
Atası, anası, bacısı və özündən ibarət ailəvi rəqs qrupunun tərkibində 1938-ci ildə Moskva şəhərində keçirilmiş Azərbaycan incəsənəti ongünlüyündə çıxış edib.
Vəfatı[redaktə | HTML redaktə]
25 noyabr 2015-ci il tarixdə – 88 yaşında, Şəkidə vəfat edib. Şəkidə Çöl qəbiristanlığında dəfn olunub.
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Orsər R. Yaqub Mahir // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I cild. — Səhifələrin sayı: 856. — Səh.: 291-294. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
- Adışirinov K.F. (kitaba keçid) // Yaqub Mahirin poetik irsi (dövrü, mühiti, həyatı və yaradıcılığı) / AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: Elm və təhsil, 2020. — Səhifələrin sayı: 353. — ISBN 978-9952-8175-0-7. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 20 aprel 2021.
Həmçinin, bax:[redaktə | HTML redaktə]
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- Y
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış şair və yazıçılar
- 1927-ci ildə doğulanlar
- 27 mayda doğulanlar
- Mayda doğulanlar
- 25 noyabrda vəfat edənlər
- Noyabrda vəfat edənlər
- 2015-ci ildə vəfat edənlər
- Şair və yazıçılar
- Şəxslər (ad sırası ilə)
- “Şəkidən gələn səslər” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr