Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

"İşxan Əbu Əbdülmalik" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 1: Sətir 1:
[[Kateqoriya: İ]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]]
+
[[Kateqoriya: İ]]
 
{{Dövlət xadimi
 
{{Dövlət xadimi
 
|azərbaycan dilində adı = İşxan Əbu Əbdülmalik
 
|azərbaycan dilində adı = İşxan Əbu Əbdülmalik

02:12, 27 iyun 2020 versiyası

İşxan Əbu Əbdülmalik
Şəki hökmdarı
(ranların çarı – [1])
ən tezi 1044 — ən tezi 944-dən ən geci 1110-cu ilə qədər
Sələfi Atrnerseh
Xələfi Dinar
Şəxsi məlumatlar
Sülalə Mehranilər
Atası Atrnerseh
Anası Dinar

İşxan Əbu ƏbdülmalikŞəki hökmdarı. Mənbələrdə adı ilk dəfə Х əsrin qırxıncı, sonuncu dəfə isə 941-957-cü illər arasında baş vermiş hadisələrin təsvirində çəkilmişdir. Alban çarı Qriqor Hammamın nəvəsi, Şəki hökmdarı Atrnersehin və Tao-Klarceti hakimi, eristavlar-eristavı III Adarnase qızı Dinarın oğlu idi.

Həyatı və siyasi fəaliyyəti

X əsr erməni tarixçisi, katolikos Ananiya Mokasi yazır ki, Х əsrin 40-cı illərində Albaniyada

" hökmdar Atrnersehin oğlu, mömin çar mübarək Hammamın nəvəsi İşxannik padşahlıq taxtına oturdu. "

İşxanniki Stepannos Orbelean da “Albaniya hökmdarı” kimi tanıyır[2].

“Kartli salnaməsi”ə görə

" Heretidə İşxanikin çarlığına qədər onun bütün sələfləri qeyri-prvoslav idilər. İşxannik isə eristavlar-eristavı Qurgenin bacısının oğlu idi, onun anası Dinar, onu pravoslav etdi. Həmin vaxt Bərdə və Azərbaycan salarilər tərəfindən tutuldu[3]. "

İşxanın həm də “Əbu Əbdülmalik” adı ilə tanındlğını göstərən digər mənbədən isə məlum olur ki, o, 941-957-cü illər arasında Salarilər dövlətinə ildə 1 milyon dirhəm bac verirmiş[4].

Bununla da tarixi mənbələrin İşxan Əbu Əbdülmalik haqqında qısa bir dövrə – X əsrin ortalarına təsadüf edən məlumatları bitir.

Müasir erməni tədqiqatşılardan Qriqor Qriqoryanın yazdığına görə 962-ci ildə yeni Albaniya katolikosunun seçilməsi münasibətibəti ilə təşkil olunmuş mərasimdə İşxan da iştirak etmiş və hətta provoslav məzhəbindən imtina etmişdir[5].

Mənbələrdə 1010-cu il üçün Şəki hökmdarı kimi çariça Dinarın adı çəkilir.

“Kartli salnaməsi”nə görə gürcü çarı III Baqrat (1008–1014/15[qeyd 1]) (abxaz çarı II Baqrat (975-1014/15)) atası Qurgenin ölümündən sonra (1008) Heretini tutmuş və bura Əbu Lalanı mtivar (knyaz) təyin etmişdir. Lakin Baqrat gedən kimi, heretililər Kaxeti xorepiskopu Davidin (976-1010) tərəfinə keçmiş və David Heretini tutmuşdur. Kaxeti xorepiskopu Davidin ölümündən sonra (1010) III Baqrat yenidən Heretini tutmuş və çariçə Dinarı əsir götürmüşdür[6].

Yuxarıda qeyd edildiyi kimi, çariça Dinar Atrnersehin arvadı və İşxan Əbu Əbdülmalikin anası idi və əsir götürüldüyü zaman onun 90-dan çox yaşı olmalı idi[7].

Həmçinin, bax:

Qeydlər

  1. 234 год грузинского хроникона соответствует 1014 году. По сообщению Аристакэса Ластивертци, Баграт скончался в 464 году армянского летосчисления, что соответствует 1015 году (см . Э. Такаишвили, указ. русский перевод, с. 161, прим. 2; К. Н. Юзбашян, комментарии к указ. переводу Аристакэса, с. 114, прим. 22((Картлис Цховреба, 2008, s. 240, qeyd 129.)).

İstinadlar

Ədəbiyyat

  1. Мусхелишвили Д. Л. Из исторической географии восточной Грузии (Шаки и Гогорена). — Тбилиси: Мацниереба, 1982.
  2. Картлис Цховреба / Главный редактор академик Роин Метревели. — Тбилиси: Артануджи, 2008.
  3. Караулова П. А. Сведения арабских географов IX и X веков по Р.Х. о Кавказе, Армении и Адербейджане: VII, ал-Мукаддасий; VIII, Масуди; IX, Ибн Хаукал (rus.) : СМОМПК. — Тифлис, 1903.
  4. Григорян Г. М. Новонайденные надписи Ваанаванка (rus.) // Ист.-филол. журн.. — 1972. — С. 215-229.
  5. Əliyev Ş. H. Şimal-Qərbi Azərbaycan: ingiloylar (I kitab: Ən qədim zamanlardan XIII əsrin ortalarınadək). — Bakı: Təhsil, 2007. — 1.000 nüsx.

Şablon:Yaxşı məqalə