İlham Əliyev (1951–2021) — riyaziyyat üzrə elmlər doktoru və “Xəzər” Universitetinin professoru.

İlham Əliyev
Əliyev İlham Vəliyullah oğlu
İlham Əliyev
İlham Əliyev.
Doğum tarixi 24 mart 1951(1951-03-24)
Doğum yeri Baş Layısqı, Nuxa (indiki Şəki) rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 15 may 2021 (70 yaşında)
Elm sahəsi Riyaziyyat
Elmi dərəcəsi Riyaziyyat üzrə elmlər doktoru
Təhsili

 • Həsən bəy Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutu (1968–1972)

 • V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu, riyazi analiz kafedrası, əyani aspirantura (1975–1978)
Elmi rəhbəri fizika-riyaziyyat elmləri doktoru, professor Sasun Yakubov

Haqqında məlumatlar Redaktə

24 mart 1951-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Baş Layısqı kəndində anadan olub.

Təhsili Redaktə

1968-ci ildə Baş Layısqı kənd orta məktəbini bitirib.

1968 – 1972-ci illərdə Həsən bəy Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunda,

1975 – 1978-ci illərdə isə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun riyazi analiz kafedrasının əyani aspiranturasında təhsil alıb.

Elmi fəaliyyəti Redaktə

1980-ci ildə 01.01.01.-“Riyazi analiz” ixtisası üzrə “Bütün oxda ikinci tərtib diferensial operator tənliklərin spektral nəzəriyyəsi və onların tətbiqi” mövzusunda namizədlik dissertasiyasını,

2012-ci ildə isə “Diferensial-operator tənliklərin bəzi spektral məsələləri və onların tətbiqləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

Çapdan çıxmış 60-dan çox elmi və metodiki əsərin müəllifidir.

1 elmlər namizədinin elmi rəhbəri olub (akademik F.Q.Maqsudov ilə birgə).

Əmək fəaliyyəti Redaktə

1972-ci ildə təyinatla Şəki rayonunda işləməyə göndərilib.

1980 – 1983-cü illərdə əvvəlcə Azərbaycan Pedaqoji İnstitutunun riyazi analiz kafedrasında baş laborant, sonra isə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun Sumqayıt filialında müəllim,

1983 – 2004-cü illərdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun Sumqayıt filialında dosent,

2004 – 2006-cı illərdə Azərbaycan Müəllimlər İnstitutunda kafedra müdiri,

2006 – 2012-ci illərdə AMEA Riyaziyyat İnstitutunda baş elmi işçi,

2012 – 2017-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində dosent,

2017-ci ildən “Xəzər” Universitetində professor vəzifəsində çalışıb.

Vəfatı Redaktə

15 may 2021-ci il tarixdə – 70 yaşında, Bakıda vəfat edib.

Ailəsi Redaktə

Ailəlidir, 3 övladı var.

Ədəbiyyat Redaktə

  1. Məmmədov Ə., Xalıqov F. Əliyev İlham // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 138-139. — 1.000 nüsx.
  2. Əliyev İlham Vəliyullah oğlu // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya  : [25 cilddə] (tiraj: 10 000; 600 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2018. —VIII  c. — Səh. 365. — ISBN 978-9952-441-13-0.
  3. CV : İlham Əliyev : [arx. 31.01.2020] // “Xəzər” Universiteti. — Müraciət tarixi: 27.10.2021.