"İpəkçi (qəzet)" səhifəsinin versiyaları arasındakı fərqlər
(→Tarixi) |
(→Tarixi) |
||
Sətir 21: | Sətir 21: | ||
==Tarixi == | ==Tarixi == | ||
[[Şəkil:İpəkçi qəzetinin 1-ci sayı.jpg|250px|left|thumb|“İpəkçi” qəzetinin 1-ci sayının üz səhifəsi.]] | [[Şəkil:İpəkçi qəzetinin 1-ci sayı.jpg|250px|left|thumb|“İpəkçi” qəzetinin 1-ci sayının üz səhifəsi.]] | ||
− | + | Birinci sayı “''Nuxa ipək kombinatı firqə kollektivinin və yerli komitəsinin orqanı''” və [[çoxtirajlı qəzet]]<ref>Sovet mətbuatında müəssisə qəzetləri “çoxtirajlı qəzet” adlanırdı.</ref> olaraq 13 mart 1933-cu il tarixdə çap olunub. İlk redaktoru [[Rəsul Rəsullu]] olub. Daha sonra [[Əlisgəndər Hacıyev|Əlisgəndər Hacıyevin]] (1935–8 yanvar 1939-cu il tarixləri arasında), Ə.Yusifovun (2 fevral–10 mart, 1939-cu il tarixləri arasında), G.Əlimovun (mart 1939–13 may 1940), Ə.Yusifovun (21 may, 1940-cu il tarixdən), Möhsün Kərimovun (28 may–18 sentyabr, 1940-cı il tarixləri arasında), Paşa İsmayılovun (24 sentyabr 1940-cı il tarixdən) redaktorluğu ilə çap edilib. Böyük Vətən müharibəsinin başlaması ilə əlaqədar olaraq nəşri dayandırılsa da, müharibədən sonra – 1958-ci ildə, yenidən bərpa edilib. 1958 – 1965-ci illərdə redaktor [[Məmmədiyyə Cabbarov]] (Məmmədiyyə Süleymanlı), 1965 – 2009-cu illərdə [[Salis Məmmədov]], 2009-cu ildən isə [[Aydın Məmmədov (jurnalist)|Aydın Məmmədov]] olub. | |
=== İnternetdə === | === İnternetdə === |
21:08, 11 iyun 2023 versiyası
İpəkçi | |
---|---|
Format | A2 |
Təsisçilər | Şəki “İpək” şirkəti və M.Salis |
Baş redaktor | Aydın Məmmədov |
Yaranma tarixi | 1933 |
Dil | Azərbaycan dili |
Qiymət | pulsuz |
Səhifə | 4 |
Tiraj | 1250 (15.06.2013) |
ipekchi.info (arxiv versiyası) facebook səhifəsi |
“İpəkçi” qəzeti — 1933 – 1941 və 1958 – 2018-ci illərdə çap olunmuş qəzet. 2022-ci ilin sonunadək isə internet-media kimi fəaliyyət göstəmişdir.
Tarixi
Birinci sayı “Nuxa ipək kombinatı firqə kollektivinin və yerli komitəsinin orqanı” və çoxtirajlı qəzet[1] olaraq 13 mart 1933-cu il tarixdə çap olunub. İlk redaktoru Rəsul Rəsullu olub. Daha sonra Əlisgəndər Hacıyevin (1935–8 yanvar 1939-cu il tarixləri arasında), Ə.Yusifovun (2 fevral–10 mart, 1939-cu il tarixləri arasında), G.Əlimovun (mart 1939–13 may 1940), Ə.Yusifovun (21 may, 1940-cu il tarixdən), Möhsün Kərimovun (28 may–18 sentyabr, 1940-cı il tarixləri arasında), Paşa İsmayılovun (24 sentyabr 1940-cı il tarixdən) redaktorluğu ilə çap edilib. Böyük Vətən müharibəsinin başlaması ilə əlaqədar olaraq nəşri dayandırılsa da, müharibədən sonra – 1958-ci ildə, yenidən bərpa edilib. 1958 – 1965-ci illərdə redaktor Məmmədiyyə Cabbarov (Məmmədiyyə Süleymanlı), 1965 – 2009-cu illərdə Salis Məmmədov, 2009-cu ildən isə Aydın Məmmədov olub.
İnternetdə
2007 – 2022-ci illərdə qəzetin internet saytı da fəaliyyət göstərmiş, o cümlədən, 2018-ci ilin əvvəlindən bu saytın rusca versiyası da fəaliyyətə başlamışdı.
Təltif və mükafatları
- Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı – “İpəkçi” qəzetinin 50 ilik yubileyi münasibəti ilə (1983).
- Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin təbrik məktubu – “İpəkçi” qəzetinin 60 ilik yubileyi münasibəti ilə (1993).
Maraqlı
“İpəkçi” qəzetinin 12 dekabr 1990-cı il tarixli (№ 33 – 34 (1967 – 1968)) buraxılışında sovet mətbuatının atributu olan “Bütün ölkələrin proletarları birləşin!” şüarından imtina edilmiş, həmin vaxta qədər “Azərbaycan Kommunist partiyası V.İ.Lenin adına Şəki İstehsal İpək Birliyi Komitəsinin, Birlik Həmkarlar İttifaqı, Komsomol Komitələrinin və baş direktorluğun orqanı” olmuş qəzet, “Şəki ipəkçilərinin açıq tribunası” elan edilmişdir. Bu, o dövr üçün Azərbaycan Sovet mətbuatında analoqu olmayan, keçmiş SSRİ-də isə nadir hallarda təsadüf edilən bir hadisə idi.
İstinadlar
- ↑ Sovet mətbuatında müəssisə qəzetləri “çoxtirajlı qəzet” adlanırdı.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |