“İpəkçi” qəzeti — 1933 – 1941 və 1958 – 2018-ci illərdə çap olunmuş qəzet. 2022-ci ilin sonunadək isə internet-media kimi fəaliyyət göstərmişdir.

Picto infobox newspaper.png
İpəkçi
İpəkçi, loqo.jpg
Format A2
Təsisçilər Şəki “İpək” şirkətiM.Salis
Baş redaktor Aydın Məmmədov
Yaranma tarixi 1933
Dil Azərbaycan dili
Qiymət pulsuz
Səhifə 4
Tiraj 1250 (15.06.2013)
ipekchi.info (arxiv versiyası)
facebook səhifəsi

TarixiRedaktə

 
“İpəkçi” qəzetinin 1-ci sayının üz səhifəsi.

Birinci sayı “Nuxa ipək kombinatı firqə kollektivinin və yerli komitəsinin orqanı” və çoxtirajlı qəzet[1] olaraq 13 mart 1933-cu il tarixdə çap olunub. İlk redaktoru R.Rəsullu idi. Daha sonra Ə.Hacıyevin (1935–8 yanvar 1939-cu il tarixləri arasında), Ə.Yusifovun (2 fevral–10 mart, 1939-cu il tarixləri arasında), G.Əlimovun (mart 1939–13 may 1940), Ə.Yusifovun (21 may, 1940-cu il tarixdən), M.Kərimovun (28 may–18 sentyabr, 1940-cı il tarixləri arasında), P.İsmayılovun (24 sentyabr 1940-cı il tarixdən) redaktorluğu ilə çap edilib. Böyük Vətən müharibəsinin başlaması ilə əlaqədar olaraq nəşri dayandırılsa da, müharibədən sonra – 1958-ci ildə, yenidən bərpa edilib. 1958 – 1965-ci illərdə redaktor M.Cabbarov (Məmmədiyyə Süleymanlı), 1965 – 2009-cu illərdə S.Məmmədov (M.Salis), 2009-cu ildən isə A.Məmmədov olub.

İnternetdəRedaktə

2007 – 2022-ci illərdə qəzetin internet saytı da fəaliyyət göstərmiş, o cümlədən, 2018-ci ilin əvvəlindən bu saytın rusca versiyası da fəaliyyətə başlamışdı.

Təltif və mükafatlarıRedaktə

 
“İpəkçi” qəzetinin 60 illik yubileyi münasibəti ilə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin təbrik məktubu.
  • Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı – “İpəkçi” qəzetinin 50 ilik yubileyi münasibəti ilə (1983).
  • Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin təbrik məktubu – “İpəkçi” qəzetinin 60 ilik yubileyi münasibəti ilə (1993).

MaraqlıRedaktə

 
“İpəkçi” qəzetinin 12 dekabr 1990-cı il tarixli sayında (№ 33–34 (1967–1968)) başlığı.

“İpəkçi” qəzetinin 12 dekabr 1990-cı il tarixli (№ 33 – 34 (1967 – 1968)) buraxılışında sovet mətbuatının atributu olan “Bütün ölkələrin proletarları birləşin!” şüarından imtina edilmiş, həmin vaxta qədər “Azərbaycan Kommunist partiyası V.İ.Lenin adına Şəki İstehsal İpək Birliyi Komitəsinin, Birlik Həmkarlar İttifaqı, Komsomol Komitələrinin və baş direktorluğun orqanı” olmuş qəzet, “Şəki ipəkçilərinin açıq tribunası” elan edilmişdir. Bu, o dövr üçün Azərbaycan Sovet mətbuatında analoqu olmayan, keçmiş SSRİ-də isə nadir hallarda təsadüf edilən bir hadisə idi.

İstinadlarRedaktə

  1. Sovet mətbuatında müəssisə qəzetləri “çoxtirajlı qəzet” adlanırdı.

ƏdəbiyyatRedaktə

  1. Azərbaycanın ən köhnə qəzetlərindən biri vəsait çatışmazlığı səbəbindən işini dayandırır : [arx. 19 Dec 2022 - 19 Dec 2022] : [azərb.] // Turan İnformasiya Agentliyi. — Müraciət tarixi: 11.06.2023.