Şərafət Əliyeva-Əzizova

Şərafət Əliyeva-Əzizova — pedaqoq-musiqiçi və konsertmeyster. Müxtəlif illərdə Azərbaycandakı (Şəki Musiqi Texnikumu, Şəki Dövlət Regional Kolleci) və Türkiyədəki (Ədirnə-Anadolu İncəsənət Liseyi, Trakya Universiteti Dövlət Konservatoriyası, Batman şəhər Valiliyi nəzdindəki özəl musiqi dərnəyi) musiqi təhsili verən təhsil müəssisələrində işləmişdir.

Şərafət Əliyeva-Əzizova
Əliyeva-Əzizova Şərafət Abbasəli qızı
Şərafət Əliyeva-Əzizova
Şərafət Əliyeva-Əzizova, 2006-cu il.
Şəxsi məlumatlar
Doğum tarixi 16 oktyabr 1949 (1949-10-16) (74 yaş)
Doğum yeri Zaqatala, Zaqatala rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Həyat yoldaşı Fərhad Əzizov
Uşaqları Anar Əzizsoy, Gündüz Əzizov
Atası Abbasəli Əliyev

Musiqi aləti fortepiano

Haqqında məlumatlarRedaktə

16 oktyabr 1949-cu il tarixdə Zaqatalada, hərbçi həkim ailəsində anadan olub.

TəhsiliRedaktə

1970 – 1975-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano sinfində təhsil alıb.

Əmək fəaliyyətiRedaktə

 
“Bizim böyük müəllimimiz” kitabının üz qabığı.

1975 – 1998-ci illərdə Şəki Musiqi Texnikumunda işləyib; o cümlədən, fortepiano şöbəsində ixtisas müəllimi,

1975 – 1977-ci illərdə texnikumun fortepiano şöbəsinin müdiri vəzifəsində çalışıb.

1998 – 2003-cü illərdə Ədirnə-Anadolu İncəsənət Liseyində (Türkiyə),

2003 – 2010-cü illərdə isə Trakya Universiteti Dövlət Konservatoriyasında (Türkiyə) müəllim və konsertmeyster işləyib.

2011 – 2012-ci illərdə Batman şəhər Valiliyi (Türkiyə) nəzdindəki özəl musiqi dərnəyində dərs deyib.

2012-ci ildən əmək fəaliyyətini Şəki Dövlət Regional Kollecində davam etdirib.

Publisistik fəaliyyətiRedaktə

“Azərbaycan”, “Mədəniyyət” və “Şəki” qəzetlərində məqalələri çıxıb.

2020-ci ildə K.K.Səfərəliyevanın XX əsr musiqi tarixindəki rolu haqqında “Bizim böyük müəllimimiz” adlı kitabı çap olunub.